Cümə axşamı günü, 01 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azı 2800 yaşlı qədim Muğanımız - tariximiz, sərvətimiz...
Tarix: 26.05.2016 / 01:31
Bölmə: Sosial
...Ovçu, insaf elə, keçmə bu düzdən,
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən -
Qıyma öz qanına boyana ceyran,
Nə gözəl yaraşır Muğana ceyran!
Tarixən ceyranlar oylağı kimi tanınıb Muğan torpağı - dahi Səməd Vurğunun bu misraları qələmə aldığı dövrdən əsrlər əvvəl də, müasir günümüzdə də. Təsadüfi deyil ki, bugünkü günümüzdə də ərəb oliqarxları ov təşnəsini söndürmək üçün məhz bura - zəngin faunalı Muğan torpağına üz tutur...
Tarixin dərin qatlarında qeyb olan Muğan şəhəri...
Muğan torpağının məskunlaşma tarixi minilliklərə dayanır. Bunu hələ antik dövrdə Herodotun, Strabonun, Ptolomeyin, Polibinin və digərlərinin əsərlərində Azərbaycanla bağlı yer alan məlumatlar da təsdiqləyir. Bəzi tədqiqatçılara görə, Muğan düzünün adı orta əsrlərdə mövcud olmuş Muğan şəhərinin adı ilə bağlıdır. Orta əsr ərəb mənbələrində (IX-X əsrlər) Xəzər dənizi sahilində, Kürün mənbəyindən təqribən 100 kilometr cənubda - Ərdəbilin 50 kilometrliyində yerləşən Muğan şəhəri iki çay arasında təsvir olunur. X əsrdə yaşamış Müqəddəsinin, XI əsrdə yaşamış ərəb coğrafiyaşünas və səyyahlarından İbn Xordadbehin və digərlərinin öz əsərlərində Muğan hakimi Şəklə xan haqqında, başdan-başa bağ-bağatla əhatə olunmuş bu şəhərin əsrarəngiz gözəlliyi, hörmətcil və səxavətli əhalisi barədə məlumat verməsi də Muğanın qədimliyinin təkzibolunmaz təsdiqi sayıla bilər. Lakin bu şəhərin dağıntılara məruz qalması haqqında mənbələrdə fikirlər fərqlidir. Bir qisim tarixçilər şəhərin XIII əsrdə monqol yürüşləri zamanı dağıdıldığını önə sürür. Digər fikrə görə isə, Muğan şəhəri XV əsrdə Teymuri sultanı Əbu Səidlə Ağqoyunlu hökmdarı Uzun Həsən arasında baş vermiş vuruşma zamanı dağıdılıb.
Tarixi mənbələrin Muğan torpağı haqqında ortaq nöqtəyə gəldiyi məqam isə buranın iqliminin Azərbaycanın başqa regionlarına nisbətən daha isti və yumşaq olması, o üzdən də heyvandarlıq üçün daha əlverişli olmasıdır. Bu fikirdə olan Qərnati, Zəkəriyyə Qəzvini və başqaları, maraqlıdır ki, öz əsərlərində yerli əhalini türkmənlər adlandırırlar. Antik müəlliflər Hekatey, Herodot və başqaları isə tarixi Mukan ərazisində (indiki Muğan düzü) yaşayan əhalini mik/muk tayfası adlandırıb və bəlli ki, Muğan adının da bu tayfanın adından götürüldüyünü ehtimal ediblər.
Muğan torpağının arxeoloji inciləri...
Muğanın çox zəngin tarixə malik olduğunu onun ərazisində enolit dövrünə aid arxeoloji tapıntılar da təsdiqləyir və bu yerlərdə məskunlaşmanın çox qədimlərə dayandığını göstərir. Elə təkcə Suqovuşan, Surra, Qalaqayın, Cavad, Şəhərgah xarabalıqları, Surra, Qaratəpə, Abdulian, Qaraqaşlı, Cavad, Bulaqlı, Kürkəndi ərazilərində olan nekropollar deyilənlərin real təsdiqidir. Bundan əlavə, Kovlar yaxınlığında Ağ-qoyunqışlaq yeri, Sığrılı yolu üzərində Təpəqışlaq yeri (Qalacıq), Quruzma kəndi yaxınlığında Puttəpə, Qaratəpə yaxınlığında Binə, Yastıqobu yaşayış yerləri, Kürkəndidə yurd və oba yerləri, Baba-Samid pirinin müxtəlif tarixi dövrlərə aid olduğu və tarixin dərin qatlarından xəbər verdiyi faktdır. Tarixi mənbələrdə bu ərazinin 3500-4000 il bundan əvvəl bütöv, bəzən isə ayrı-ayrı dövlətlərin tərkibində olması barədə məlumatlar var. Həmin mənbələrə görə, Muğan düzü qədimdə Midiyanın, eramızdan əvvəl IV əsrdən Atropatenanın əyaləti idi. Muğanın ərazisi tarixən çox geniş olub. O, Kür - Araz çaylarının sağ və sol tərəflərinə, o cümlədən Cənubi Azərbaycandan Şirvan düzünədək uzanan ərazini əhatə edib. Bu gün Lənkəran ovalığından şimalda olan hissə - Salyan və Mil ərazisinə qədər indiki Muğan ərazisidir. Alman səyyah Adam Oleari yazırdı ki, "türklər bu səhraya "mingünlük", yəni "1000 - bacalı yer" adını veriblər. Qədim iranlılar isə onu "Mokan", yaxud "Muğan" adlandırıblar".
Mənbələrdə eramızdan əvvəl III-II minilliklərdə burada yaşayan əhalinin əsas məşmuliyyətinin əkinçilik və maldarlıq olduğu əksini tapır. Sənətkarlıq və xalçaçılığın da geniş inkişaf etdiyi deyilən bu ərazilərdə tapılan tunc dövrünə aid sənətkarlıq əşyaları içərisində şarşəkilli və armudvarı gövdəli küplər diqqəti cəlb edir. Onlardan daha çox təsərrüfat məqsədilə istifadə olunub. Arxeoloji qazıntılar zamanı tapılan çoxsaylı küp qəbirlərin bəziləri dairəvi formadadır. Bu küplərin yerli istehsala məxsus olduğu öz təsdiqini tapmış məsələdir. Eyni zamanda buradakı orta əsr yaşayış məskənlərindən xeyli miqdarda saxsı məmulatlar da aşkar edilib. Maraqlıdır ki, rayonun Zəngənə kəndi yaxınlığında tapılmış Şəhərgahda numizmatik materiallar da aşkar edilib. Alimlər 1926-cı ildə həmin ərazidən tapılmış, sonradan Azərbaycan tarixinə "Sabirabad dəfinəsi" kimi daxil olan sikkələrin Şirvanşah-Kəsranilərə aid olduğunu müəyyən edib. Həmin pul vahidləri I Axsitana (XII əsrin sonu), II Toğrula (1177-1194), II Fərubuza məxsusdur. Bu bölgədə Eldəgiz və Şirvanşahlara məxsus pullar sonralar da aşkar edilib.
Tarixi mənbələrə görə, IX əsrdə ərəb xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda bir neçə müstəqil feodal dövləti meydana gəlir. Onların içərisində Muğanşahlıq kimi nisbətən kiçik feodal dövləti də yaranır. Həmin dövrə aid ərəb mənbələrində Muğanda Allan şahın (Amuxan şah) Sasanilər dövründə hakimiyyətdə olduğu göstərilir və Muğanın ərəb xilafətinə daxil olduğu bildirilir.
Tariximizə dövlət qayğısı...
Bütün bu deyilənlər isə Azərbaycanın, Muğan bölgəsi ilə yanaşı, mədəniyyətinin də nə qədər qədim tarixə malik olduğunu faktlarla gözlər önünə sərir. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan Prezidenti İlham Əliyev Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, indiyədək aparılan çoxsaylı tədqiqatlar və üzə çıxarılan müxtəlif maddi mədəniyyət nümunələri Azərbaycanın olduqca zəngin və böyük tarixi keçmişə malik ölkə olduğunu sübuta yetirib. Ulu əcdadlarımızın ən qədim zamanlardan etibarən bu yerlərdə məskunlaşdıqlarını Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınmış Babazanlı ərazisində son vaxtlar qazıntılar zamanı 2800 il bundan əvvəlki dövrə aid yaşayış məskəninin aşkarlanması bir daha təsdiq edir. Odur ki, Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Milli Elmlər Akademiyasına və Salyan Rayon İcra Hakimiyyətinə Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd olunmasına dair tədbirlər planının hazırlanması tapşırılır. Bundan əlavə, rayonun Sarıcalar kəndi ərazisində yerləşən Cəfərxan nekropolu, Azadkənd kəndi yaxınlığındakı Keçiqıran küp qəbirləri nekropolu, Azadkənd kəndi ərazisində yerləşən Azadkənd nekropolu, Qaralar kəndi ərazisində yerləşən 3 ədəd Qaralar nekropolu, Muğan kanalının yaxınlığındakı Muğan nekropolu, Abasbəyli nekropolu və Məmmədabad kəndi ərazisində yerləşən Məmmədabad nekropolu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilərək arxeoloji abidə kimi mühafizə olunur.
Muğan xalçaçılığının əsrlərə dayanan şöhrəti...
Muğan torpağı özünün əsrlərdən gələn xalçaçılıq sənətilə də öyünə bilər. Bu torpaqda xalçaçılıq sənətinin yaşı buranın əhalisinin hələ qədim zamanlardan heyvandarlıqla məşğul olduğunu düşünməyə tutarlı əsas verir. X əsrdə yazılmış "Hüdud-əl Əlyamin" əsərində deyilir ki, Muğanda çoxlu sayda çuval və palazlar toxunur. Yaşlı xalçaçıların hekayələrindən isə belə anlaşılır ki, Muğan xalçaları Şirvan xalçalarına nisbətən daha yüksək keyfiyyəti ilə sexilib. Deyilənə görə, Muğan xalçalarını digərlərindən fərqləndirən əsas cəhətlər onlardakı yumşaqlıq, zəriflik, hamarlıq və rənglərin ahəngdarlığıdır. Yazılı mənbələrdə də Muğanda xalça, çuval, xurcun və palaz istehsal edildiyi barədə qiymətli məlumatlar yer alır. Muğan xalçaçılıq məktəbinin özünəməxsus dəsti-xətti olduğunu isə bu sənət əsərləri haqqında mütəxəssis rəylərilə tanış olarkən görürük. Məsələn, Sankt-Peterburqun "Ermitaj" muzeyində qorunan "Muğan xalçası"nın orta hissəsində güllər arasında buludu ifadə edən ziqzaqvari elementlərin yer alması, XIX əsrdən başlayaraq budaqlarla haşiyəli "Muğan xalçaları"nın toxunması deyilənlərə sübut sayıla bilər.
Muğan düzünün Azərbaycanın ən qədim əkinçilik bölgəsi olduğunu isə burada qədim zamanlarda istifadə edilən arxların günümüzə qədər qalan izləri sübut edir. Bu arxlardan bəziləri təmir edilib, bəzilərinin yerində isə yeni arx və kanallar çəkilib. Eyni zamanda tarixi mənbələr sübut edir ki, Muğan ilk süni suvarma sisteminin yarandığı bölgələrdən biridir. Bütün bunlar isə bu bölgədə əkinçiliyin tarixinin əsrlərə dayandığından xəbər verir.
Qədim Muğan əkinçilik diyarının müasir simvolu - Saatlı...
Müasir dövrümüzdə Muğan bölgəsinin qədim tarixi olan əkinçilik missiyasının böyük hissəsini Saatlı rayonu öz çiyinlərində daşıyır. Məlumatlara görə, Saatlı rayonu XIV əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranıb. Tarixi mənbələrdə göstərilir ki, Saatlı tayfasının adı Çuxur Səəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin-Saadlı tayfasının etnik adıdır.
Bugünkü Saatlı rayonu 25 may 1943-cü ildə rayon statusu alıb. Lakin iyirmi il müstəqil inzibati ərazi kimi fəaliyyət göstərdikdən sonra 1963-cü ildə hansısa səbəbdən ləğv edilərək qonşu Sabirabad rayonunun tərkibinə qatılıb. 1965-ci ildən isə yenidən müstəqil rayon statusu qazanıb. Yayı quraq keçən rayonun mülayim-isti, yarımsəhra və quru çöl iqlimi və Araz çayının bol suyu bu ərazini taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik və heyvandarlığın inkişafı üçün əlverişli məkana çevirib. Elə bu səbəbdən də Saatlı rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, xüsusilə taxılçılıq təşkil edir.
Bu gün rayonların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən tədbirlər, Azərbaycanın bütün rayonları kimi, Saatlı rayonundan da yan ötməyib. Rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, tikilən yeni-yeni istehsal müəssisələri əhali arasında işsizliyin minimuma endirilməsi ilə yanaşı, insanların həyat səviyyəsinin yüksəlməsinə, məşğulluğun artmasına gətirib. Eyni zamanda rayonda sahibkarlığın inkişafına da geniş şərait yaradılıb ki, bu da kapitalizmin bel sütunu sayılan orta təbəqənin ölkə iqtisadiyyatının inkişafında xüsusi çəkisinin artmasına rayonun verdiyi töhfə sayıla bilər. Təsadüfi deyil ki, hazırda rayonda istehsal olunan məhsulların 82,1 faizdən çoxu özəl sektorun payına düşür. Bu isə dövlət səviyyəsində qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasət fonunda rayonun uğuru sayıla bilər.
"Seçicilərlə birinci görüşdə onların gözlərinə baxdım, işıltı vardı..."
"Seçicilərlə birinci görüşdə onların gözlərinə baxdım, işıltı vardı..." Bu sözlər hazırda bu rayonu Milli Məclisdə təmsil edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova aiddir. Hələ ötən il seçkilər ərəfəsində hər bir Saatlı seçicisinin ümid yeri olacağını demişdi Əflatun müəllim. "Bir telefon zəngilə həlli mümkün məsələ varsa, heç bir halda köməyini əsirgəməməlisən. Mən bu vaxtadək belə işləmişəm. Bundan sonra da eyni qaydada davam edəcəm. Hər bir Saatlı seçicisinin ümid yeri olacam. Seçiləcəyim təqdirdə nümunəvi deputat kimi təkcə saatlılıların deyil, digər bölgələrdən olan vətəndaşlarımızın da yanında olacam, qayğılarını, çətinliklərini bölüşəcəm"- deyən MŞ sədri bu gün dediklərini əməldə də göstərir. Elə Mətbuat Şurasının sədri olaraq Saatlı Rayon İcra hakimiyyətilə birgə bu müsabiqənin təşkili də Əflatun müəllimin seçiciləri qarşısında götürdüyü öhdəliklərə sadiq olduğunu göstərir. Çünki bu səbəblə Muğanın tarixinə dair onlarla araşdırma yazı yazıldı ki, bununla da bu bölgənin qürur doğuran keçmişinin qaranlıqlarına işıq tutuldu. Zəngin tariximizi üzə çıxarmaq isə əsl vətəndaşlıq nümunəsidir və o üzdən bu ideyanı gündəmə gətirən, onu həyata keçirən rayon rəhbərliyinə də, Mətbuat Şurasına da təşəkkür borcumuz var.
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İcra Hakimiyyətinin "Muğanımız - tariximiz, sərvətimiz" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Tarix: 30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Tarix: 30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
Tarix: 30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir"
- Siyavuş Novruzov
Tarix: 30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr
Tarix: 29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi
- FOTO
30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?...
- VIDEO
30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...
30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir
30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu
- heç kim güzəştə getmək istəmir…
30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi
- sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...
30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır
30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…
30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu
30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar
- FOTO/YENİLƏNDİ
30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır
30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...
Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ