Cümə axşamı günü, 01 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixdə iz buraxanlar: İbrahim Abay
Tarix: 18.05.2016 / 01:45
Bölmə: Sosial
Çağdaş qazax ədəbiyyatının qurucusu və yazılı ədəbiyyatın klassiki qəbul edilən İbrahim Abay, şairliyi ilə yanaşı, filosof, mütərcim, bəstəkar və dövlət adamı sifətlərilə də qazax türklərinin mədəniyyət tarixində yönləndirici bir təsirə sahibdir. Atası Kunanbay Özkenbay oğlu Arqın boyundan Tobuktu soyunun lideri olub. Onun qazax boyları arasında tutduğu mövqe o qədər mühüm və yüksək olub ki, sultan nəslindən olmadığı halda digər boylar onu "Sultan" seçiblər.
Anası isə Boşan soyunun tanınan bəyi Bertis nəslindən Ulcandır. 10 avqust 1845-ci ildə Çingiz dağları yaxınlığındakı Semeyin Kaskabulaq kəndində anadan olub. 1904-cü ildə 59 yaşında vəfat edib. Əsl adı İbrahimdir. Abay adı anasının oğluna qarşı olan sevgi ifadəsindən irəli gəlir. Şair bu ifadəni sonradan ləqəb olaraq istifadə edib.
İbrahim Abay ətrafındakıları heyran edəcək dərəcədə nəcib insanlardan biri olub. O, mədəni, şəfqətli, dostpərəst, sərt və qırıcı mübahisələrdən xoşlanmayan bir xüsusiyyətə sahib idi. Diqqətə layiq cəhət odur ki, istər yaradıcılığının, istərsə də ictimai fəaliyyətinin bütün sahələrində Abay istedadı həmişə parlaq şəkildə özünü göstərib. Onun adı bütün dünyada qazax şeirinin şərəf və şöhrət rəmzinə çevrilib.
Yüksək ideya və bədii keyfiyyətlərinə görə bu dahi insanın əsərlərinə maraq gündən-günə artıb və güclənib. Qeyri-adi yaradıcılığı, qabaqcıl fəlsəfi dünyagörüşü ilə millətinin həyatını dərindən əks etdirən şair qəhrəman əsgərlərin və yaradıcı insanların parlaq surətlərini yaradıb. Yüksək vətənpərvərlik duyğuları, insaniyyəti, humanizmi, xalqlar dostluğu, təmiz ailə məhəbbəti İbrahim Abayın şeirlərinin tərkib hissəsidir. O, sözün əsl mənasında həyatı sevən, əsrin müsbət yaradıcı ruhunu, xalqın böyük arzu və əməllərini tərənnüm edən bir şair idi.
Şairin gözəl xasiyyətinə iki adam təsir edib. Biri onda dövlət və millət sevgisi oyandıran, ədalət və həqiqət fikrini inkişaf etdirən sərt təbiətli atası, digəri isə sevgi, eşq, mərhəmət və gözəllik hisslərini inkişaf etdirən anasıdır. İbrahim Abay ilk şeirini hələ 13 yaşında ikən yazıb.
Şair Semey mədrəsəsində oxuduğu zaman buradakı dil bilgilərilə qane olmayıb, ərəb və fars dillərilə birlikdə Türk dünyasının şimalında dövrün ortaq dili olan çağatay dili ilə də yaxından məşğul olub. Buna görə də şairin 19 yaşına qədər yazdığı şeirlərdə çağatay şeirlərinin və şərq mədəniyyətinin izləri açıqca hiss edilir. Şairin bu illərdə yazdığı şeirlərdə Nizami, Füzuli, Firdovsi və Nəvainin adları da keçir.
Abayın faydalandığı digər bir mənbə isə rus ədəbiyyatıdır. Ögey qardaşı Kaliola Öskenbay vasitəsilə rus ədəbiyyatı ilə yaxından tanış olan Abay daha sonra Rüsiyanın bəzi yazıçı və ziyalıları ilə görüşlər keçirib, rus ədəbiyyatını dərindən mənimsəyib, bir çox əsərini də qazax dilinə tərcümə edib. Abayın həyatını araşdıran alimlərə görə, şair rus ədiblərindən Puşkin, Lermontov, Tolstoy, Saltıkov-Şedrin, Nekrasov, Belinski, Gertsen, Çernışevski və Dobrolyubovu tanıyıb. Qərb şairlərindən Höte, Bayron; filosoflardan Spinoza və Darvin kimi dahilərin həyatlarını araşdırıb, Puşkin, Lermontov, Tolstoy, Turgenev, Nekrasov, Krılov və Höte kimi tanınmış dahilərin əsərlərindən bir çoxunu qazax dilinə tərcümə edib.
İbrahim Abay yazılarının mövzusunu zamanından alıb və dövrünün məsələlərinə toxunub. Məşhur qələm sahibi hər şeydən əvvəl hər kəsin böyük həyacanla diqqətini çəkən üslubu ilə özünü kütlələrə sevdirib.
Onun üslubundakı təbiilik və səmimiyyət, suyun axışı kimi rəvan, sadə üslubu məcazındakı doğruluq və rahatlıqdan doğar. Dili cəlbedicidir. Realist görünmək qorxusu ilə şivə təqdirlərinə qacmaz, üslubuna ayıb cümlə və çirkin söz qatmazdı.
Tarixi şəxsiyyət Abayın əsərlərinin üçüncü mənbəyi isə milli mədəniyyətidir. Şairin ruhundakı incəliyi, coşqunluğu və zəkası onun çox mürəkkəb fəlsəfi fikirləri ana dildə rahatca tələffüz etməsinə yol açıb. Kekitay İsaqulu: "Abay 20 yaşında ikən xalqın arasında xatiblik edib. Xalqını tanıyıb, ənənəsini öyrənib, hələ gənc yaşlarından etibarən hörmətlə qəbul edilən və dinlənən şeirlərini, hikmətli sözlərini hər kəsə qəbul etdirib..." - sözlərilə Abayın xalq ədəbiyyatını dərindən və çox yaxşı bildiyinə və hərtərəfli inkişaf etdirdiyinə şahidlik edir.
Onun əsərlərinin çoxunda bariz bir şəkildə sevgi və şəfqət təlqinləri müşahidə edilir. Yalan, riya kimi cəmiyyət qüsurlarını israrla müzakirə edib, bu kimi davranışların türk millətindən uzaq olduğunu açıq bir şəkildə qeyd edib.
Araşdırmaçılar Abayın əsərlərini üç qrupa ayırırlar: a) qazax türkcəsilə yazılan şeirlər; b) ruscadan qazax tükcəsinə tərcümə etdiyi mənzumələr; c) nəsrlər: 45 "Qara söz(nəsihət)," 3 məqalə və bir məktub.
İbrahim Abayın şeirləri dünya dillərinin bir çoxuna tərcümə edilib. Onun şeirlərindəki dil ifadə gücü ilə xəyal dünyasının, eyni zamanda çağdaş qazax ədəbiyyatının yazılı ilk nümunələrini əmələ gətirir. Bilindiyi kimi, bu dahi şair rus dilində şeir yazmayıb. Ancaq ruscadan tərcümə etdiyi şeirlərin böyük bir qismində bəzi mənzumələri özü yenidən şəkilləndirib.
Şairin şeirlərində istifadə etdiyi dil qazax dilçiləri tərəfindən tədqiqat mövzusu olub və bu sahədə çox sayda qiymətli əsərlər ortaya qoyub. "Abay dilinin tədqiqatı" qazax alimləri üçün zəngin bilgilərə qovuşma imkanı verib. Abayın əsərlərində istifadə olunan dil haqqında diqqətçəkici məlumatları verən K.Jumaliyevdir.
O, qələmə aldığı əsərində belə deyir: "İbrahim Abayın yaşadığı dövrdə qazaxların ədəbi dilini, qəlibləşən ifadələri zamanının texnik metodları ilə inkişaf etdirib, o dövrdə dilə hakim olan çağataycaya və tatarcaya qarşı qazax dilini zənginləşdirib. Buna görə yeni sözlər, ifadə qəlibləri qurub, şeir tipli qəlibləşən şəkillərini pozaraq ona canlılıq və hərəkətlilik gətirib. 1968-ci ildə nəşr edilən "Abay dili lüğəti" şairin geniş dil mədəniyyətini göstərir".
Abayın şeirlərində və nəsrlərində vermək istədiyi xəbərlər olduqca çoxdur. O, hər şeydən əvvəl dövrün ən böyük çatışmazlığı və ciddi məsələsi olan idarəçilərin xalqa qarşı pis davranışlarını tənqid edib, xalqı öyrənməyə və birləşməyə çağırıb. Ədalətsizlik, mədəniyyətsizlik, paxıllıq, özünü öymə, yalan, dedi-qodu və tənbəllik kimi mənfi halları bütün həqiqətləri ilə ortaya çıxarıb və tənqid edib. Sosial həqiqətlər və cəmiyyət içərisindəki bərabərsizlikləri simvolik təsvirləri ilə ortaya qoyub.
Abaydan əvvəl ədəbiyyatda müxtəlif tərzlərdə işlənən qadın mövzusu onun bir çox əsərlərində də yer alıb. O, "Mashut" adlı poemasında qadının sosial həyatdakı yeri və əhəmiyyətinə diqqət çəkir. Qadının ev içərisindəki rolunu, ümumiyyətlə, millətin həyatındakı təməl funksiyasını çox dərindən, incəliklərinə qədər anladıb. Abayın təsvir etdiyi qadın, ənənələrimizdəki türk qadını tipidir. Yəni ailəni quran iki quşdan biridir. Kişi qartal kimi gücün və qoruyuculuğun simvoludur. O, zaman-zaman hirslənib bağırsa da, qadın hər zaman ailədə müvazinət ünsürü olmalıdır. Bir göyərçin kimi sevgi və şəfqətlə ailə səadətini davam etdirməli, ağlından mükəmməl, hərtərəfli istifadə etməlidir. Bu fikirlər bizə "Dədə Qorqud" hekayələrindəki qadın tiplərindən tanış gəlir. Şərq mədəniyyətindən uzaq olmayan bu türk mədəniyyətinin içərisində yetişən şairin şeirlərində də bu tiplər yaşadılıb, qadının ailə içərisindəki roluna, yaşayışına islamiyyətə uyğun bir tərzdə qiymət verilib.
Dahi şair, filosof Abay insanı reallığına görə qəbul edər: doğular, böyüyər və ölər. Ancaq insanı heyvandan ayıran ən mühüm fərq onun həqiqətlər arxasınca qaçmağa çalışması, elmlə məşğul olması, faydalı işlər görməsidir. Abay ağlın gücünə inanan bir şair olub. O: "Bir şey ağlınıza yatmırsa, ona inanmayın" - deyib.
Türk dünyasının tarixi şəxsiyyəti İbrahim Abay qazax türklərinin yaşayış tərzindən gələn "doğru olma" şüuruna sahib olub. O, 45 nəsihətdən meydana gələn "Qara söz" adlı kitabının 32-ci qara sözündə elmlə məşğul olan, öyrənmək həvəsinə qapılan insanlara nələri bilməsini bu sətirlərlə anladıb:
"Elm arxasınca gedənlər, bunu dünya nemətlərindən faydalanmaq qayəsi ilə etməməlidirlər.
Elmi həqiqi məqsədlə bilmək üçün öyrənmək lazımdır. Elm rəqabət qayəsi ilə öyrənilməməlidir. Rəqabət insanı pozar.
İnsan həqiqəti ürəklə öyrənməlidir. Əgər bir adam özü bir şeyə hörmət göstərməzsə, bunu başqasından necə gözləyə bilər?
Elm mülahizə və mühafizə ilə inkişaf edər.
Elmi qoruyan çox ciddi bir xapakterə sahib olmalıdır. Bu xarakter pozulmamalıdır. Birinin boş sözünə uyaraq bir anlıq xoşbəxtliyə aldanılırsa, xarakterin sağlamlığı pozular. Bundan sonra isə oxuma və öyrənmənin heç bir faydası olmaz".
Abayın bizlərə hədəf olaraq göstərdiyi bu beş xüsusiyyət Mövlanə Cəlaləddinin "Məsnəvi" adlı əsərindəki hekayələrdə, Yunus Əmrənin dünyagörüşündə və şair Məhməd Akif Ərsoyun düşüncə tərzinin təməlində olan xüsusiyyətlərlə eynidir. Bir-birindən uzaq coğrafiyalarda təxminən eyni təməl fikirləri ifadə edən bu məşhur türk ədəbiyyatçılarının ortaq mədəniyyətləri bizə zövq verir və biz tam bir qətiyyətlə onların tövsiyələrinə əməl etməliyik.
Qazax ədəbiyyatına gur bir səs qazandıran Abay özündən sonra yetişən çox sayda şairə və ziyalıya təsir edib, milli mücadilə, siyasət və pedaqoji sahələrdə Əhməd Bəydursunoğlu (1873-1937), Mağcan Cumabayoğlu (1896-1937) və Miryaqub Dulatoğlu (1885-1936) kimi qiymətli adların yetişməsinə vəsilə olub. Təəssüflər olsun ki, sayılan bu üç ad və daha bir çoxları 1937-ci ildə rusun qeyri-insani siyasəti nəticəsində həyata keçirilən ziyalı qətliamı ilə müxtəlif işgəncə və zülmlərə uğrayıb, vətənlərindən Sibirə sürgün edilib, öldürülüblər. Ancaq qazax ziyalıları bu şəhidləri uzun illər boyunca rəsmi kitablarda yox deyiləcək qədər az yer almalarına baxmayaraq unutmayıblar, milli hafizələrində saxlayıblar. 1980-ci ildən sonra onlara layiq olduqları haqlı dəyərli sözlərlə və yayınladıqları əsərlərlə verməyə çalışıblar.
Bax, Abay bu ziyalı insanların yetişməsi üçün tarixi seyr içərisində taleyin ən uyğun mövqedə yerləşdirdiyi parlaq bir ad olaraq yerini alıb. O, bütün varlığı ilə doğma xalqının adət və ənənələri ilə bağlı olan, xalqın ən gözəl sifətlərini hamıdan artıq duyan və hamıdan çox sevən bir qələm sahibi olub. Onun yaradıcılığı yalnız öz xalqı üçün deyil, bütün həqiqət aşiqləri üçün qiymətli və əzizdir.
Fazil QARAOĞLU,
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Tarix: 30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Tarix: 30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
Tarix: 30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir"
- Siyavuş Novruzov
Tarix: 30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr
Tarix: 29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi
- FOTO
30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?...
- VIDEO
30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...
30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir
30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu
- heç kim güzəştə getmək istəmir…
30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi
- sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...
30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır
30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…
30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu
30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar
- FOTO/YENİLƏNDİ
30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ