Cümə axşamı günü, 01 oktyabr 2026
     

Təqsirsizlik prezumpsiyasına prossesual ehtiyac varmı?

Image


"Qoy on günahkar cəzadan yayınsın, amma bircə nəfər günahsız məsuliyyətə cəlb edilməsin, ziyan çəkməsin"

Azərbaycan Respublikası Konstitusiyası (63-cü maddəsində) hər kəsin təqsirsizlik prezumpsiyası hüququnu təsbit edir. Yəni şəxsin hər hansı bir əməldə təqsirli olduğu ehtimallara söykənərsə, təqsirsiz sayılır. Təqsirsizlik prezumpsiyası latın sözü olub - "praesumptio innocential" - təqsirin ehtimal olunması mənasını verir. Cinayət mühakimə icraatının əsas prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası - ittiham olunanın təqsiri sübuta yetirilməyibsə, o günahsızdır" - deməkdir.
Amma hüquqda başqa prezumpsiya da var - təqsirlilik prezumpsiyası. Bu, təqsirsizlik prezumpsiyasının əksi - antipodudur. Təqsirlilik prezumpsiyası hazırda mülki və inzibati hüquq sahələrində müəyyən şəraitlərdə hüquq norması kimi istifadə edilir. Mülki hüquq sahəsində təqsirlilik prezumpsiyası iki qəbul edilən - ehtimal olunanı birləşdirən ümumi anlayışdan ibarətdir. Cinayət mühakimə icraatında prezumpsiya - şəxsin günahı, təqsiri sübuta yetirilməyibsə, təqsirli sayıla bilməz. İstənilən şəxs (açıq və rəsmi olaraq müəyyən cinayət növlərinə görə istintaq zamanı ittiham edilən, hətta bu ittihamla həbs edilənlər) qanuni qaydada təqsiri sübuta yetirilməyibsə və həmin sübut məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə təsdiq olunmamışsa, o mütləq günahsız sayılır. Şübhələndirilən və yaxud təqsirləndirilən hər bir şəxsin ifadə vermək hüququ olsa da, öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İttiham olunan şəxs istənilən ifadəni verə və ya ifadə verməkdən, habelə sualları cavablandırmaqdan imtina edə bilər. Bir qayda olaraq sübut etmək vəzifəsi isə ittiham tərəfinin üzərinə düşür.
Təqsirlilik prezumpsiyası - şəxsin təqsiri hələlik sübuta yetirilməyibsə də, o, təqsirli sayılır. İki prezumpsiya bir birindən çox fərqlənməsə də, müxtəlif hüquqi konsepsiyaya xasdırlar. Bəzi xarici alimlər, o cümlədən ABŞ-ın Stenford Universitetinin professoru Herbert Pakker bunu Cinayət Hüququnun iki modeli adlandırır. Onun bu ideyasını başqa bir professor Filipp Reyçel də davam etdirir. Cinayət hüququnda prezumpsiyanın tətbiqi diskussiya doğuran prosedurdur. Beynəlxalq Konvensiyalar (İnsan Hüquqları Haqqında Avropa Konvensiyası) və Milli Konstitusion Aktlar (Amerikanın hüquqlar haqqında Bill və ya RF-də) təqsirin prezumpsiyasının tətbiqini mümkün saymır (Təqsiri ehtimal olunduğuna və güman edildiyinə görə). Lakin de-fakto belə qadağalar bəzi qanunların qəbulu ilə təqsirsizlik prezumpsiyasını məhdudlaşdıran qadağaları üstələyir. (məs. ABŞ-ın patriotik aktı şəxslərə ittiham elan olunmadan onların qeyri müəyyən müddətə tutulub saxlanmasına imkan verir). Belə yanaşma təqsirlilik prezumpsiyasının həyata keçirilməsini bilavasitə reallaşdırır. Formal məntiq bir növ həm təqsirsizlik, həm də təqsirlilik prezumpsiyasının "geriyə" yolunu göstərir; - şəxsin əməli sübuta yetirilməyibsə günahı yoxdur və ya günahı sübuta yetirilməyibsə də təqsiri var.
Məşhur Amerika hüquqşünas-komparativist (müqayisəli dilçi) Filipp Reyçel əvvəlki alimlərlə həmfikir olur. Reyçelə görə, təqsirsizlik prezumpsiyası hakimiyyət üçün formal alətdir, ədalət mühakiməsini həyata keçirmək üçün isə bir növ doktrinal qadağadır.
"Ədalət mühakiməsi məhz belə qadağalarla bu və ya sair şəxslərin sübutlar təqdim edilmədən təqsirli sayılmasına və yaxud təqsirsizlik prezumpsiyasına aid qadağalara məhəl qoymadan şəxslərin təqsirli sayılmasına cəmlənir". Bu mülahizələr Reyçelin "Dünyanın cinayət hüquq sisteminin müqayisəsi" kitabında əksini tapır. Formal nöqteyi - nəzərdən prezumpsiyaların ziddiyyət təşkil etməsi sübut etmə prosesi zamanı bəzən üçüncü imkanların mövcudluğu ilə bağlı olur. Eyni zamanda subyektin "təqsirsizliyinin və təqsirliyinin sübutu"na ehtiyac olmamalıdır. Daha dəqiq desək, hüquqşünas alimlər hüquqi praktikada bundan istifadə etməyi məsləhət görmür.
Digər alimlər də var ki, ümumi fikirdən çıxış edir, təqsirsizlik prezumpsiyasını cəmiyyət və hakimiyyət orqanları tərəfindən xüsusi müdafiə tələb edən hüquq elminin "isti kəşfi" (ixtirası) adlandırırlar. Siyasi sistemin demokratik rejimdən avtoritar rejimə transformasiyası zamanı bu reqressiv tendensiya xarakteri alır, təqsirlilik prezumpsiyası əhəmiyyətini itirir, insan hüquqlarına riayət olunması və təqsirsizlik prezumpsiyası unudulmuş bir hal kimi yada düşür. Daha aydın ifadə etsək, təqsirlilik prezumpsiyası hakimiyyətin istənilən formasında və hakimiyyətsizlik şəraitində sağalmaz bir xəstəliyin pasiyentinə çevrilir, bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyin simptomunu aradan qaldırmaq və müalicəsi üçün təqsirsizlik prezumpsiyasının tətbiqi dərman vasitəsi kimi çox vacibdir. "Dərman vasitəsindən" istifadə dayanan kimi bu xəstəlik daha təhlükəli formada irəliləyəcək. Bu baxımdan, Folkner Universitetinin dosenti Cozet Lester təqsirsizlik prezumpsiyasının birmənalı şəkildə işlənməsinin tərəfdarı kimi çıxış edir. Əks təqdirdə onun yerini təqsirlilik prezumpsiyası tuta bilər - deyir.
Antik dövrlərdə də təqsirlilik prezumpsiyasına yaxın tənqidi nəzəri mülahizələr səslənib. İlk dəfə ingilis mütəffəkkiri Tomas Qobbs təqsirlilik prezumpsiyası ilə bağlı fikirlər işlədib. (Böyük Britaniyada bu prinsipə 1394-1480-ci illərdə istinad edilib.) O, bu prezumpsiyanı qəbuledilməz sayır və ədalət mühakiməsindən yayınanlara bunu aid etmək olmaz - deyirdi. Digər ingilis hüquqşünası (XVI-XVII) Edvard Kuk təqsirlilik prezumpsiyasını ittihamdan yayınan və sonradan bəraət almış şəxslərə şamil etməyi məqsədəuyğun hesab etmirdi. Onun təqsirsizliyinə baxmayaraq, daşınmaz və daşınan əmlakının müsadirəsinə, əmlak və qeyri-əmlak münasibətlərinə ittiham yönəlməlidir - deyə fikrini tamamlayıb. Belə təcrübə uzun müddət ingilis məhkəmələri tərəfindən hüquq norması kimi qəbul olunmuşdur. Fəlsəfi - hüquqi konsepsiya kimi (qanunvericilikdə təsbit edilmiş hüquq norması kimi yox) XVIII əsrdə və XIX əsrin əvvəllərində təqsirlilik prezumpsiyası Britaniya hüquqşünaslarının əsərlərində təqsirsizlik prezumpsiyasının antipodu kimi qələmə alınır. Belə yanaşma cinayət mühakimə icraatında qəbulolunmaz model olaraq rədd olunurdu. Tədricən Afrika və Latın Amerikasında təqsirsizlik prezumpsiyasının qəbul olunması ABŞ-da ciddi məsələ kimi diqqət çəkməyə başladı. Bu, daha çox, vətəndaş müharibəsi bitdikdən sonra aktuallığa çevrildi. Amerika qaradərililərinin hüququnun müdafiəsinə, həmin əhalinin hüquqları uğrunda mübarizəyə qalxan Federik Duqlas 1883-cü ildə yazırdı:
"Amerikada köləliyin ləğvindən sonra Amerika məhkəmə sisteminin ən mühüm prinsipi olan "məntiqli şübhə" (Reasonable doubt) yalnız ağdərili müttəhimlərə şamil olunurdu, asiyalılar bu prinsipdən faydalana bilməzdi. Barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərə təqsirsizlik prezumpsiyasından istifadəyə çətinlik yaranırdı. Müdafiəçi təqsirsizlik prezumpsiyasının müdafiəsi altında olan belə şəxslərin, azad olunmasına cəhd edə bilməzdi."
Keçmiş SSRİ-də təqsirsizlik prezumpsiyası prinsipi Sovet dövlət xadimi, diplomat və məşhur hüquqşünas Vışinskiy Andrey Yanuaroviçin işlədiyi Stalin repressiyası dövrünə təsadüf edir. Həmin illərdə A.Y.Vişinskiy "xalq düşmənlərinə qarşı" Stalin repressiyasına bəraət qazandırdı. Çünki o, bu işdə daha aktiv rol oynayıb. Aşağıdakı tezis də ona məxsusdur: "Təqsirləndirilən şəxsə bəraət qazandıran şəraitin sübut olunma ağırlığını və yükünü özü daşımalıdır." Yəni təqsirsizliyini özü sübut etməlidir. Müasir dövrün mülki hüququnda təqsirsizlik prezumpsiyasının anlayışı altında prezumpsiyanın iki əsası önə çəkilir:
- Yüksək təhlükə mənbəyi ilə mülkiyyət sahibinə ziyanın yetirilməsinə aid təqsirlilik prezumpsiyası;
- Öhdəliyin icra olunmamasına görə təqsirlilik prezumpsiyası. (yəni, öhdəliyin yerinə yetirilmədiyinə görə təqsirin olmaması başa düşülür.) Öhdəliyə cavabdeh olan şəxs bütün imkanları ilə çalışır ki, vəzifəsini icra etsin, amma iradəsindən asılı olmayan səbəblərə görə götürdüyü öhdəliyi yerinə yetirə bilmirsə, bunu sübut etməlidir. Daha doğrusu, öhdəliyi lazımi qaydada yerinə yetirə və yaxud ümumiyyətlə icra edə bilməyən şəxslər bunun üçün məsuliyyət daşıyır. Lakin onun təqsiri müəyyən səbəblərdən aradan qalxıbsa və bunu sübut edə bilərsə, bu halda təqsirsizdir.
Son illərdə cinayət hüquq normalarında təqsirin texniki prezumpsiyasına da rast gəlmək olur. Azərbaycan Respublikasında cinayətkarlıqla mübarizədə, sübut növlərinin təhlilində və cinayət törədənlərin ifşa olunmasında texniki imkanlardan - video-audio qurğularının quraşdırılması, yüksək texniki - təchizat nəticəsində mübarizənin uğurları özünü təsdiq edir. Audio və video müşahidə kameraların, texniki vasitələrin köməyi ilə şəxslərin səslərinin və digər əhəmiyyət kəsb edən halların tanınması təqsirin texniki prezumpsiyasının təcəssümü, təsdiqidir.
İttiham tərəfi texniki vasitələrin köməyi ilə təqsirkarı fakt qarşısında qoyur, təqsirli tərəf isə özünün günahsızlığını sübut etməyə çalışsa da, ittiham tərəfi ilə arasında olan vizual əlaqə itir, ifşa olunan belə şəxslər "qara otaqlarda" texniki vasitələrin - dinamiklərin gücü ilə prosesi izləyəcək və ittihamı dinləməli olacaqlar. Burada diqqət çəkən hal ondan ibarətdir ki, yalnız şahid ifadələri məhkəmələr üçün qane edəcək sübut növü kimi qəbul olunur. Nanotexnikanın gücü çərçivəsində "həbs və axtarış" üçün kifayət qədər əsas verən şahid ifadələrinə artıq ehtiyac qalmayacaq - texniki vasitələrin əks etdiyi görüntülər axtarışa və həbsə orderin verilməsinə prosesual imkan verəcək. Müasir, sivil innovativ prioritetlər kimi qəbul edilən nanoetik və nanotexnika (innonativ texnologiyanın etik tənzimlənməsi) qaydaları cəmiyyətin təhlükəsizliyinə yönələn yeni vasitələrdir. Təqsirin prezumpsiyası, daha dəqiq ifadə etsək, təqsirlilik prezumpsiyası təkcə hüquq sahələrinin deyil, bəzən fantastik yazı müəllifləri üçün də əsas mövzuya çevriləcək.
Müdafiə tərəflərinin ilkin istintaq, hətta məhkəmə istintaqı zamanı müdafiə üçün kifayət edilən vəsatətləri ortalığa çıxarsa, ittiham olunanın təqsirsizliyi üçün obyektiv hallar irəli sürülərsə, təqdim olunan sübutların fövqündə sübut etmək vəzifəsi məhkəmənin və digər dövlət orqanlarının üzərinə düşür. Məs: Təqsirləndirilən şəxsin müdafiə xarakterli "Alibi" nin olması irəli sürülərsə nə hakim, nə də ittiham tərəfi "Alibi"ni təkzibolunmaz sübutlar və həqiqətə uyğun olmayan hal kimi rədd edə bilər. İctimai təhlükəli əməlin törədilməsində təqsirkarın iştirakını istisna edən hal "Alibi" - başqa yerdə olma, şəxsin əməlini rədd edən obyektiv şəraitin olması mənasını verir. Eyni halı iqtisadi cinayətlərə də şamil etmək olar. Təqsirkar təqsirsizliyini sübut etmək üçün məhkəmə - mühasibat ekspertizasının keçirilməsini tələb edərsə, məhkəmə həmin vəsatəti təmin etməyə borcludur.
Qeyd olunan mülahizələrə söykənərək cinayət mühakimə icraatında qərar tutan və ölkə konstitusiyasında təsbit olunan müddəalara əsaslanaraq, şəxsin təqsirli olduğuna yönələn bütün şübhələr (istintaq zamanı meydana çıxan yarımçıq sübutlar, qanunsuz yolla toplanan sübutlar, sübutların toplanması qaydalarına zidd olan sübutlar) məhkəməyədək olan müddət ərzində müəyyən olunmuş qaydada aradan qalxmazsa, məhkəmə bu şübhəli əsaslarla toplanan sübutları sübut növü kimi qəbul etməməli, təqsirləndirilən məsuliyyətdən azad və onun təqsirsiz sayılması barədə məhkəmə aktı qəbul edilməlidir. Müxtəlif ölkələrin qanunvericiliyində bu müddəa başqa cür yazılsa da, Azərbaycan Respublikasının Konstitusiyasında bitkin müddəa kimi əks olunur.
Məhkəmənin ittiham hökmü ehtimallara, istintaqın və hakimin tapmaca xarakterli düşüncələrinə əsasən qəbul edilə, şahidlərin mənbəyi bəlli olmayan ifadələrinə, söz yığnağından ibarət mülahizələrə uyğun da elan oluna bilməz. Dövlətin vəzifəsi məhkəmələrin müstəqilliyini təmin etməkdən ibarətdir. Məhkəmələr şəxslərin ittiham olunması üçün cinayət təqibi orqanına çevrilməməli, nə müdafiə, nə də ittiham tərəfində çıxış və onların funksiyalarını icra etməməlidir. (nə qismən, nə də tam) Məhkəmələr həmçinin prosesin bütün mərhələlərində müstəqilliyini, qərəzsizliyini, obyektivliyini, ittihamın hərtərəfli və qanuna əsaslanaraq baxılmasına səy göstərməli, qərar qəbul edərkən ittihamdan kənara çıxmamalıdır. Daha obrazlı ifadə etsək, məhkəmələrə yönələn tələb ondan ibarət olmalıdır ki, dövlətin adından çıxarılan qərar qanuni qüvvəsini alana və təqsirləndirilənin günahı sübut olunana qədər şəxsin müqəssir olmaması barədə proses iştirakçılarını təlimatlandırılmalı, onlara təqsirsizlik prezumpsiyasının mənası çatdırılmalıdır. Təbii, peşəkar hakimlər üçün prezumpsiya əhəmiyyət kəsb edir. Onlar peşəkar vəkillərin vəsatətlərini diqqətlə nəzərdən keçirir və prosesdə nəzərə alırlar.
Şəmsəddin Əliyev,
"Polisə Dəstək"
İB-nin sədri



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ