Cümə axşamı günü, 01 oktyabr 2026
     

Qarabağ atları 60 ildən sonra ingilis kraliçasını ikinci dəfə təkrar heyrətləndirdi

Image


Avropada Qarabağ Atlarını Sevənlər Cəmiyyəti necə yaranmağa başladı?

Maarif Hüseynov: "Qarabağ atını ilk dəfə görən şəxs ona heyran olduğunu gizlədə bilmir"

Verena Solian: "Qarabağ atının qeyri-adi gözəlliyinə, füsünkar qamətinə, şax duruşuna məftun olmuşam"


Yaşar Quluzadə: "Qarabağ atı cinsinin Azərbaycanda qorunması və inkişaf etdirilməsi vacib məsələdir"
Azərbaycanın milli sərvəti olan Qarabağ atları qədim dövrlərdən yerli atların əsasında, uzun təkamül yolu nəticəsində, əsrlər boyu aparılan xalq seleksiyası sayəsində Qarabağda formalaşıb. Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq geniş yayılmasında Qarabağın xanlarına məxsus atçılıq təsərrüfatlarının əvəzsiz rolu olub.
Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və digər xan zümrəsinə daxil olan sülalələrin nümayəndələrinə məxsus tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılıb. Qarabağın xan atçılıq təsərrüfatlarında əsasən 4 tipə aid atlar saxlanıb - maymun, qarnıyırtıq, əlyetməz və toxmaq.
Əsasən qızılı-kürən və kəhər rəngli, dözümlü, ortaboylu, bədən quruluşu mütənasib, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu yerlər tutub. Məsələn, 1867-ci ildə Fransada keçirilən sərgidə "Xan" ləqəbli Qarabağ atı yüksək mükafatlar alıb, 1869-cu ildə keçirilən Ümumrusiya at sərgisində maymun gümüş, toxmaq bürünc medala, xan qızı Natəvanın əlyetməz adlı atı isə attestata layiq görülüb. Qarabağ atları Rusiyaya, həmçinin, Avropanın bir sıra ölkələrinə aparılıb, at cinslərinin o cümlədən Kabardin və Don atlarının yaxşılaşdırılmasına təsiri olub.
1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Yelizavetaya "Zaman" adlı Qarabağ atının hədiyyə edilməsi bu atların məşhurluğuna bir misaldır.
Qarabat atlarının şöhrəti bu gün də dünyaya yayılır.
İngiltərə kraliçasının 90 illik yubileyi şərəfinə Vindzor qəsrində keçirilən Kral Vindzor at şousunda ölkəmizin iştirakı Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və Azərbaycan Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycanı Qarabağ cinsindən olan 15 at təmsil edir.
TEAS-dan mediaya bildirilib ki, məharətli azərbaycanlı çaparların yaddaqalan akrobatik şou nömrələri və Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının çıxışları tamaşaçıların rəğbətini qazanıb.
Pavilyon vasitəsilə yüzlərlə britaniyalı və dünyanın müxtəlif yerlərindən gələn at həvəskarları Azərbaycan və Qarabağ haqqında müfəssəl məlumatlar əldə edir.
Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter fikirlərini belə bölüşüb: "Qarabağ atlarının Kral Vindzor at şousunda iştirakı çox əlamətdar bir hadisədir. Yüz minlərlə azərbaycanlı kimi, atlar da Dağlıq Qarabağ erməni hərbi qüvvələri tərəfindən zəbt ediləndən sonra məcburi köçkünə çevrilib. Mən əminəm ki, atlar da, elə məcburi köçkün insanlar kimi, öz qədim ata-baba torpaqlarına qayıtmaq həsrətindədir".
Onu da qeyd edək ki, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Bob Bləkman də tədbirdə iştirak edib. O deyib: "Mən də kraliçanın 90 illik yubileyinin qeyd edildiyi Kral Vindzor at şousunda iştirak etmək şərəfinə nail oldum. Bayramın bir hissəsi olaraq Azərbaycan şouda əzəmətli Qarabağ atları ilə təmsil olunur. Onların çıxışı çox gözəl, olduqca rəngarəngdir. Tamaşaçılarda yaxşı təəssürat yaratdılar. Hazırda bu əzəmətli məxluqların öz doğma torpaqlarından uzaq düşdüklərini təsəvvür etmək çox kədərlidir. Ümidvaram ki, tezliklə onlar da məcburi köçkünlərlə birlikdə öz doğma yerlərinə qayıda biləcək".
Ağdam Atçılıq Zavodunun direktoru Maarif Hüseynov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Qarabağ atının şöhrəti tarixən dünyaya bəlli olub: "Hələ 1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Yelizavetaya Qarabağ atı hədiyyə olunub. Həmin atı Atçılıq Zavodunun nümayəndəsi Əli Tağıyev şəxsən kraliçaya təqdim edib. Kraliça Qarabağ atına məftun olduğunu deyib. Dünyanın bir sıra ölkələrində Qarabağ Atlarını Sevənlər Cəmiyyəti yaranıb".
Atçılıq Zavodu direktorunun dediyinə görə, İngiltərə kraliçası II Elizabetin 90 illik yubileyi şərəfinə Vindzor qəsrində keçirilən Kral Vindzor at şousunda Qarabağ atlarının möhtəşəm çıxışı orada iştirak edənləri heyran edib: "Qarabağ atlarının həmin şouda çıxışını izləyərkən kövrəldim. Vaxt vardı Qarabağ atları Şuşada bu cür şoular göstərirdi. Həmin şouda iştirak edən nümayəndələr anladı ki, Qarabağ atı Azərbaycana məxsusdur və Qarabağ da ermənilər tərəfindən işğal olunub".
Həmsöhbətimizin dediyinə görə, yubiley mərasimində iştirak edənlər Qarabağ atlarının gözəlliyinə vurulub: "O atların rəngi və şax qamətli olması digər cins atlardan seçilir. Bu səbəbdən Qarabağ atını ilk dəfə görən şəxs ona heyran olduğunu gizlədə bilmir".
"Qarabağ atlarının dostları" klubunun rəhbəri, hazırda Almaniyanın Frankfurt şəhərində yaşayan Verena Solian adlı xanım qəzetimizə açıqlamasında bildirdi ki, Qarabağ atlarının vurğunudur. Bu xanımın rəhbərliyi ilə Almaniyada "Qarabağ atlarının dostları" klubu da fəaliyyət göstərir və onun təşəbbüsü ilə Almaniyada Qarabağ atlarının kataloqu da dərc olunub: "Qarabağ atlarını çox sevirəm. 1989-cu ildə at almaq üçün bazara getdim. Burada bir neçə cinsdən olan atlara baxdım və onlar arasında mənim diqqətimi məhz Qarabağ atı çəkdi. Bu hadisə illər öncə baş verib. SSRİ-dən gətirilən Qarabağ atı məni valeh etdi. Bu atın qeyri-adi gözəlliyinə, füsünkar qamətinə, şax duruşuna məftun oldum. Bu at cinsi çox xoşuma gəldi. Beləliklə, Qarabağ atlarına həvəsim yarandı, onlarla maraqlanmağa başladım. İlk Qarabağ atımın adını İnturist qoydum. Çoxlu sayda Qarabağ atım olub və indinin özündə də Frankfurtda Qarabağ atım var. Qarabağ atlarına olan vurğunluğum, bir sözlə, məni qarabağlı edib".
Almaniyalı xanımın dediyinə görə, bu atlara baxmaqdan böyük zövq alır: "Qarabağ atını ingilis atından fərqləndirən cəhət onun insana əziyyət verməməsidir. Bu atlara baxmaq üçün xüsusi proqram aldım. Onlara öz övladım kimi qayğı göstərirəm. Mən yalnız Qarabağ atlarına baxıram. Bu atlara necə baxılmasını dəqiq öyrənmək üçün Azərbaycana dəfələrlə gəlmişəm. Sizə deyim ki, 1989-cu ildə Qarabağ atını alanda heç bir almaniyalı bu cins atı tanımırdı. Mən bu cins atın təbliği üçün çox ölkələrə getdim. Nəinki Almaniyada, hətta Avropanın bəzi ölkələrində də Qarabağ atını tanıtdırdım. Əvvəllər Almaniyada heç kim Qarabağ atını tanımırdı. Amma indi kimdən Qarabağ atı barədə soruşsan, dərhal o cins barədə məlumat verir".
Qarabağ atları saxlayan Yaşar Quluzadənin də mövzu ilə bağlı maraqlı fikirləri oldu: "İstər Londondakı, istərsə də beynəlxalq səviyyəli istənilən tədbirdə Qarabağ atlarının iştirakını, bu kimi yerlərdə atlarımızın nümayiş etdirilməsini kifayət qədər yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, Azərbaycanın, onun mədəniyyətinin tanıdılması yönündə atılan addımlardan biridir. Qarabağ atlarının məhz İngiltərə kraliçasının şərəfinə təşkil olunmuş şouda iştirakı Qarabağ atı cinsinə olan marağın əlamətidir. Ümumiyyətlə, kraliça atsevərdir və onun çox sayda atı var. Əslində, kraliçanın Qarabağ atları ilə tanışlığı 1956-cı ildə "Zaman" ləqəbli atın ona hədiyyə göndərildiyində olub. Bu hadisədən sonra Qarabağ atına məftunluğunu gizlətməyən kraliça bildirib ki, bütün dünya atları bir üzükdürsə, Qarabağ atı onun qaşıdır. Fikrimcə, biz həm milli sərvətimiz olan Qarabağ atını, həm də dünya səviyyəsində ona verilən yüksək qiyməti hərtərəfli dəyərləndirməliyik. Bu nöqteyi-nəzərdən də Qarabağ atı cinsinin Azərbaycanda qorunması və inkişaf etdirilməsi vacib məsələdir".
Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ