Cümə axşamı günü, 01 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixdə iz buraxanlar: Zamahşeri
Tarix: 14.05.2016 / 01:48
Bölmə: Sosial
Təfsir, fiqh və lüğət alimi Zamahşeri 19 mart 1075-ci ildə Xarəzmin Zamahşer qəsəbəsində anadan olub. Əsl adı Əbül Qasımdır. Bəzi mənbələrə görə, Zamahşeri gənc yaşlarında damdan və ya bir heyvanın üzərindən yıxıldığına, başqa bir rəvayətə görə, bir səfər əsnasında qar fırtınasında donduğuna görə dizdən aşağı bir ayağı kəsilib, əsa ilə yerimək məcburiyyətində qalıb.
Bu hadisə barəsində Zamahşeri bir əsərində uşaqlıq xatirəsindən bəhs edərkən belə deyir: Bir gün oynamaq üçün tutduğu bir sərçənin ayağına bir ip bağlayır. Sərçə əlindən qaçıb bir divar deşiyinə girir. Kiçik Zamahşeri quşu çıxarmaq üçün ipin çöldə qalan ucundan çəkdikdə sərçənin ayağı qopur. Bunu görən anası oğlunun yaramazlığı üzündən quşun uğradığı fəlakətə çox kədərlənir və: "Onun ayağını qopardığın kimi Allah da sənin ayağını qoparsın", - deyərək qarğış edir. Sonralar ayağı kəsilib çolaq qaldıqda Zamahşeri o quşun ayağının qopmasını və anasının qarğışını acılar içərisində xatırlayıb və bunun İlahi bir təqdir olduğunu qəbul edib. Onun: "Çolaqlardan neçəsinin yüksəklərə yüksəlməkdə, sağlam ayaqlılardan daha irəlidə olduqlarını gördüm, amma sağlam ayaqlıların yaxşılıqda irəli keçdiklərini görmədim", - deməsi öz çolaqlığı ilə əlaqədardır.
Zamahşerinin "Divan"ında ana və atası haqqında verdiyi qısa məlumatlardan onların dindar adamlar olduqlarını anlayırıq. Şərabın vəsfinə dair yazdığı qəsidəsində: "Şeirə şərab ilə başladığım üçün Allah məni bağışlasın. Halbuki, mən onun hərarətini dadmadım. Nə atam, nə də ailəmdən bir kəs onu ağzına almadı. Bu barədə hər kəs məni ittifaqla doğrulayacaqdır", - deyib.
Zamahşerinin atası Ömər ibn Əhməd oğluna ilk təhsili ilə bilikləri öyrədirkən onu Zamahşerdə olan digər müəllimlərə də yollayardı. Lakin bir ayağından şikəst olan oğlunun keçinmə vəsaitini ancaq oturularaq icra edilən bir məslək ilə qazana biləcəyini düşünüb onu bir dərzinin yanına şagird olaraq vermək istəsə də, uşağının oxumaq üçün yalvarmalarına dayana bilməyərək onu Xarəzmə gətirib bir mədrəsəyə verir.
Zamahşerinin bir elm adamı olaraq yetişməsində onun ilk müəllimi, o zaman lüğət, dil və tibb sahəsində tanınan alimlərdən biri olan və bir müddət qaldığı Xarəzmdə Mütəzilə məzhəbini yayan Əbu Muzar Mahmud ibn Carir əl-Zabbinin əməyi böyük olub. Gələcəyin yazıçısı bu alimdən dil və ədəbiyyat dərsləri alıb, Mütəzilə məzhəbinin əsaslarını dinləyib mənimsəyibdir. Zamahşeridə gördüyü üstün qabiliyyət və dərin anlayışa xüsusi bir qayğı göstərən əl-Zabbi bu fövqəladə bilikli tələbəsinə hər cür maddi və mənəvi yardımı səmimi qəlbdən göstərib.
Bu zamanlar özünün elmi nöqteyi-nəzərdən inkişafına xüsusi fikir verən Zamahşeri keçmişdən bəri bir mədəniyyət mərkəzi sayılan Buxaraya gedib, elmi araşdırmalar aparıb. Orada hansı alimlərin dərslərinə davam etdiyi məlum deyilsə də, onun elm üfüqünün genişlənməsini təmin edən əsaslı biliklər aldığı mütləqdir.
Zamahşerinin gənclik dövrü Sultan Məlik şah və onun tanınan vəziri Nizamülmülk zamanı ilə üst-üstə düşür. Bu iki böyük dövlət adamının birlikdə təqib etdikləri siyasət sayəsində məmləkətin hər tərəfində bir çox mədrəsələr açılmaqda, elmi fəaliyyətlər təşviq edilməkdə, alimlər diqqət, qayğı və himayə görməkdə idi. O illərdə bu böyük insanın adının islam və ədəbiyyat sahəsində duyulmağa başladığını Nizamülmülk barəsində yazdığı bir qəsidədən anlayırıq. Dahi şair bu qəsidəsində yüksək idari mövqelərin və imkanların dəyərsiz insanlara verilməsini zülm olaraq qiymətləndirib yaşadığı zamandan şikayət edir, özü ilə Nizamülmülk arasındakı möhkəm elmi əlaqədən bəhs edir, öz elmini, şəxsi qabiliyyət və üstünlüyünü öyür və layiq olduğu yüksək bir məqama gətirilməsini istəyir. Fəqət o, Nizamülmülkdən gözlədiyi məqamı və umduğu əlaqəni əldə edə bilməyib.
Zamahşeri doğulub böyüdüyü bu yerlərdə qalmanın artıq bir zülm olduğunu düşünərək Xarəzmini tərk etmək qərarına gəlir. Əvvəl Xorasana gedib orada bəzi dövlət adamları ilə görüşür. Görüşdüyü adamlardan bir şey əldə edə bilmədikdə İsfahana keçən Zamahşeri burada Məlik şahın oğlu Məhəmmədi gözəl əxlaqı, ədaləti və qəhrəmanlığı ilə öyürsə də, yenə bir şeylər əldə edə bilmir. Nəhayət, onun elmi həyatında, inkişafında və yaşayışında xüsusi bir yeri olan Bağdada gedir. Bu onun Bağdada ilk gedişi deyildi. O, daha əvvəllər hələ həcc ziyarətinə gedərkən və həccdən dönərkən Bağdada gəlib, oradakı alimlərlə görüşüb, onların dərslərini dinləyib, elmi söhbətlərinə qatılmışdı. Bu gəlişində isə ciddi çalışmalara başlayır, tanınan elm adamları arasında yer alır, ciddi-ciddi çalışmaları nəticəsində şöhrətə sahib olur.
Fəqət Zamahşeri 1118-ci ildə, yəni 45 yaşında ikən "nahike" deyilən bir xəstəliyə tutulur, çox zəif və halsız bir hala gəlir. Bu xəstəlikdən qurtulduqdan sonra bir daha sultanlar və dövlət adamları barəsində yazmamağa, onlardan məqam və ehsan tələbində olmamağa qərar verir. Keçici dünyəvi sultanları tərk edərək sultanlar sultanına yönəlib, ona qonşu olmaq üçün Məkkəyə gedir. Məkkənin şərifi Əbül Həsən Zamahşerini yaxşı qarşılayır, aralarında yaranan dostluq hər ikisi üçün qarşılıqlı şeirlərlə güclənir.
Zamahşeri Məkkədə yaşadığı zaman ərəb yarımadasını dolaşaraq müxtəlif qəbilələrin dili, ədəbiyyatı, yaşayışı, adət və ənənələri haqqında dəyərli məlumatlar toplayır. Onun ərəbcə biliyi o qədər sağlam və mükəmməl bir dərəcəyə çatır ki, Əbu Kubays tərəfinə çıxaraq ərəblərə xitabən: "Gəlin atalarınızın, babalarınızın dilini məndən öyrənin", - deyərək, üstünlük hissini açıqlamaqdan özünü saxlaya bilmir.
Məkkədə iki il qalan Zamahşeri Vətən həsrətinə dayana bilməyərək Xarəzmə dönür. Vətənə döndükdən sonra türklərə islamiyyətin əmr və qadağanlarını başa salmağa davam edir. Onun böyüklüyü və qiyməti qısa bir zamanda Xarəzmin hər tərəfinə yayılır. Beləcə, onun zamanında olan alimlərin və övliyaların ən böyüklərindən və ən üstünlərindən biri oldu. Onun dinə olan bağlılığı səbəbilə sözləri və tövsiyələri çaşıb yoldan azanlara qısa bir zamanda təsirli olub.
Bu müvəffəqiyyətlərə baxmayaraq, Zamahşeri müqəddəs yerlərdən ayrıldığına dayana bilmədi və bir müddət sonra yenidən Məkkəyə dönmək üçün yola düşdü. Məkkəyə gəldikdə ibn Vahhasla yenə əvvəlki gəlişində olduğu kimi yaxın əlaqə qurur. Çox sevdiyi bu vəfalı dostunun təşviqi ilə məşhur təfsiri "əl-Kaşşafi" yazmağa başlayır. Məkkədə qaldığı müddətdə dəfələrcə Kəbəni ziyarət edir. Kəbə ətrafında çox qaldığı üçün ona "Carullah" (Allahın qonşusu) ləqəbi verilir.
Bu dəfə Məkkədə üç il qalan Zamahşeri yenə Vətən həsrətinə dözə bilməyib Xarəzmə dönməyə qərar verir. Vətənə dönərkən Bağdada uğrayır. Burada ondan istifadə etmək istəyən həvəskarlarına dərslər verməyə başlayır. Özü də oradakı elm adamlarının dərslərini dinləməkdən uzaq durmur. Zamahşeri o zaman 66 yaşında idi. Bağdaddan Xarəzmə dönüb Ceyhun çayının kənarındakı Urgəncdə yerləşdikdən bir neçə il sonra 1144-cü il iyun ayının 14-də, ərəfə gecəsi vəfat edir. Sonralar Xarəzmə gələn İbn Battuta Zamahşerinin qəbri üzərinə bir türbə tikildiyindən bəhs edir.
Evliliyə və uşaq sahibi olmağa qarşı istifadə etdiyi ifadələrdən Zamahşerinin ya heç evlənmədiyi, ya da evlənmişsə də, evliliyinin çox qısa və talesiz olduğu aydın olur. Ailə məşğuliyyətinin olmaması onun zehnini və zamanını tamamilə elmi çalışmalara verməsini təmin edib və bir ayağının kəsilib şikəst qalmasına görə duyduğu əskiklik hisslərilə elmi baxımdan başqalarını arxada buraxaraq üstünlüyünü isbat etməkdə bir əzm və ehtiras mənbəyi olub. Belə ki, Zamahşeri ömrünün ilk 45 ilində məqam və mövqe arxasınca qaçan, məğrur dindar, şöhrət düşkünü, ehtiraslı bir kəs olaraq görünür. 45 yaşında keçirdiyi şiddətli xəstəlikdən sonra bir durulma dövrü başlayır və ömrünün sonunadək qənaətkar, mütəvazi və bilikli bir elm adamı olaraq diqqətləri öz üzərinə çəkməyi bacarır.
Müqəddəs din sahəsində çox yüksək bilgilərə sahib olan Zamahşeri gözəl əxlaqlı bir insan idi. O, əhli-sünnət və camaat etiqadında olub. Peyğəmbər əfəndimizin əshabı-kiramına son dərəcə bağlı olan Zamahşeri əshabı-kiram düşmənlərinin İslam dünyasını qarışdırmaq istəklərinin boşa çıxmasından məmnun olduğunu yazdığı əsərlərdə bildirib. Xüsusilə batil inama qarşı olduğunu ortaya qoyan Zamahşeri xurafatlarla da fasiləsiz mücadilə edib, onların səhvlərini təkzibedilməz dəlillərlə ortaya qoyub.
İbadətlər barədə çox diqqətli davranan Zamahşeri təmizlik şərtlərini hər fürsətdə açıqlayıb, Uca Yaradanın Qurani-Kərimdə bildirdiklərini anlamaqdan aciz olan insanlara çatdırıb.
Əsaslı bir din mədəniyyəti almış və aldığı bu din elmləri mədəniyyətini tam mənası ilə həzm edərək bütün həyatına və çalışmalarına siraət etdirən Zamahşeri elmi əsərlərində mövzu ilə əlaqəli ayə və hədisləri zikr edib. Ayə və hədisləri öz əsərlərində zikr etməsi onun Qurani-Kərim və hədis elmindəki bilgisini göstərdiyi kimi, Qurani-Kərimə və Peyğəmbər əfəndimizə olan bağlılığını da ortaya qoyur. Müqəddəs islam tarixinin şücaət sahibi şəxsiyyətlərindən biri olan Zamahşeri istər xalq arasında, istərsə də bütün şərq ədəbiyyatında böyük şöhrət qazanıb.
Zamahşeri islamiyyəti yayan ən çox tanınan alimlərdən biri olub. Onun dərin mənalı sözləri və tövsiyələri çox təsirli olub. O, vaxtının çoxunu Allah Təalaya ibadət etməklə keçirərdi. Hər kəsə yaxşılıq edər, kimsəyə sıxıntı yaratmazdı. İnsanların səadəti və qurtuluşu üçün çalışardı. Uşaqlığından etibarən Peyğəmbər əfəndimizi özünə bir nümunə olaraq seçib, onun sünnətinə uymaqla yaşayıbdır. Üstün zəka və qeyri-adi qabiliyyətə sahib olan Zamahşeri sözün əsl mənasında böyük bir şəxsiyyət idi.
Türk dünyasının tanınan qələm sahibi Zamahşerinin əsərlərində böyük bir ustalıq hakimdir. Kəlmələr yerli-yerində və bütün ifadələrində özünü göstərəcək şəkildə yer alır. Onun əsərlərində zəka oyunlarına böyük əhəmiyyət verilib. Kəlmələrə bir çox məna verməklə, misra ahənginin üst dərəcələrinə çatmaqda qeyri-adi bir qələm sahibi idi. Onun yazıları tam mənada ölçülü və hesablıdır. Uzun illər təqlid edilməsinin səbəbi də onun bu ölçülü mükəmməl ifadələrindən irəli gəlir.
Zamahşeri təfsir, hədis, fiqh, kəlam, sintaksis, lüğət, ədəbiyyat, tərcümə v.s. kimi müxtəlif mövzularda çox sayda əsər yazıb. Mövzuları işləyərkən daima ağıl və məntiq yoluna üstünlük verib, orijinal fikirlərlə özünə xas bir düşüncə tərzi və axıcı bir ifadədən istifadə edib. Beləliklə, onun əsərləri köhnəlməyib və hələ də dəyərli əsərlər olaraq qalır. Sonradan öyrəndiyi ərəbcədən başqa türkcə və farsca da çox mükəmməl bildiyi halda, bütün əsərlərini o zamanın elm dili sayılan ərəbcə yazıb. Onun yazdığı əsərlərdə ilham qaynağı Müqəddəs İslam və türk dastanları olub. Başqa dillərdən bəzi tərcümələri vardır. Müxtəlif məmləkətlərdəki kitabxanalarda Zamahşerinin bir çox əsərlərinin əlyazma nüsxələri mövcuddur.
Fazil QARAOĞLU,
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Tarix: 30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Tarix: 30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
Tarix: 30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir"
- Siyavuş Novruzov
Tarix: 30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr
Tarix: 29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi
- FOTO
30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?...
- VIDEO
30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...
30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir
30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu
- heç kim güzəştə getmək istəmir…
30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi
- sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...
30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır
30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…
30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu
30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar
- FOTO/YENİLƏNDİ
30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ