Cümə axşamı günü, 01 oktyabr 2026
     

Azərbaycanı əks etdirən milli suvenirlər, ancaq təəssüf Çin istehsalı...

Image


Hər bir turist səfər etdiyi ölkədən xatirə əlaməti olaraq müxtəlif suvenirlər alır. Balaca və böyüklüyündən asılı olmayaraq həmin suvenirlər ölkə ilə bağlı təsəvvür formalaşdırır. Yəni suvenir həmin ölkə ilə bağlı müəyyən fikirlər yaradır. Ölkənin milli simvollarını əks etdirən həmin suvenirlər təbliğat baxımından da əhəmiyyət kəsb edir.
Ona görə də "suvenir" deyib keçmək olmaz. Çünki ölkə ilə bağlı təsəvvür yaradan hər kiçik əşya belə bizimlə danışır, tariximizlə bağlı çox şey deyir.
Bu gün ölkədə müxtəlif formada, dizaynda suvenirlər satılır. Həmin suvenirlərin bir qismi Azərbaycan tarixini əks etdirir, bəziləri isə milli atributlarımızı.
Təbii ki, ölkəyə gələn turist ilk öncə həmin yerdə xatirə olaraq suvenir alır. Nəzərə almaq lazımdır ki, artıq Azərbaycanda beynəlxalq səviyyəli yarışlar, tədbirlər keçirilir. Belə olan şəraitdə ölkəyə çoxlu sayda turist gəlir. Qeyd edək ki, ötən il paytaxt ərazisində keçirilən "Bakı-2015" İlk Avropa Oyunlarını izləməyə gələnlərin əksəriyyəti xarici turistlər idi. Turistlər öz ölkəsinə qayıdarkən Azərbaycandan xatirə olaraq suvenir alıb apardılar.
Bəlli olduğu kimi, Azərbaycan bu il dünyanın ən məşhur avtomobil yarışları olan "Formula-1" üzrə Avropa Qran-prisini keçirməyə hazırlaşır. "Formula-1" yarışlarının isə dünyanın müxtəlif ölkələrindən 500 milyondan çox izləyicisi var. Gözlənir ki, yarışı izləmək üçün on minlərlə yarış həvəskarı Bakıya gələcək. Bu, Azərbaycanın yaxın gələcəkdə ev sahibliyi edəcəyi tək beynəlxalq idman yarışı deyil. Ardınca Bakı şahmat üzrə dünya çempionatına, daha sonra İslam Oyunlarına ev sahibliyi edəcək. Belə ki, bu və digər beynəlxalq yarışlar Azərbaycanı, onun mədəniyyətini dünyada tanıtmaq üçün mühüm fürsətdir. Ölkəni xaricilər arasında tanıtmağın vasitələrindən biri də yəqin ki, milli suvenirlər sayıla bilər.
Məlumat üçün bildirək ki, Avropa Oyunları Bakıda keçirilən zaman belə bir məlumat yayıldı ki, bəs turistlərə satılan suvenirlərin əksəriyyəti yerli istehsal deyil, Çində istehsal olunur. Bu mövzu ilə bağlı müxtəlif fikirlər səsləndi.
Bu günlərdə Azərbaycan tarixinin canlı salnaməsi olan, qədimliklə müasirliyi birləşdirən İçəri Şəhərdə olduq. Məqsədimiz burada satışı həyata keçirilən milli suvenirlərin
vəziyyəti, qiyməti və alıcısının olub-olmamasını öyrənmək idi. Məsələ burasındadır ki, son illər xarici turistlərlə yanaşı, yerli sakinlər də milli geyimlərimizə, suvenir və aksesuarlarımıza, habelə bəzək və məişət əşyalarımıza sahib olmaq istəyir. Bu gün elə ailələr var ki, orada milli nümunələrimiz yaşadılır.
Milli suvenirlərin kütləvi satış məkanı olan İçəri Şəhər gün boyu turistlərlə, şagird və tələbələrlə dolu olur. Onlar da burada olarkən suvenirlərlə maraqlanır, ciblərini uyğun olanda alır, olmayanda isə yox.
Bir müddət əvvələ qədər burada satılan suvenirlərin qiyməti elə də baha deyildi. Məsələn, orta ölçüdə olan buta formalı suvenirlərin qiyməti 70 qəpik - 1 manat arasında dəyişirdi. Digər suvenirlərdə də analoji vəziyyət idi. Lakin son həftələrdə burada satılan suvenirlərin qiymətində xeyli bahalaşma müşahidə olunur. Bildiyimiz kimi, bu məkanda dükan və köşklərin sayı çoxdur. Amma mağazalarda satılan eyni məhsul olsa da, qiymətləri fərqlidir.
Belə ki, bu gün 1 manata olan suvenirlərin qiyməti 2 manat və ya 2 manat 50 qəpik arasında dəyişir. Bu da məhsulun alıcılıq qabiliyyətinə təsirsiz ötüşmür.
İçəri Şəhərdə olarkən bir neçə mağazaya baş çəkdik. Həm satılan məhsulun keyfiyyəti, həm qiyməti, həm də bazar vəziyyəti ilə maraqlandıq. Mağazaların əksəriyyətində qoyulan məhsullar Azərbaycanda istehsal edilir. Bura çarxlar, geyimlər, araxçınlar, örpəklər, xonçalar, meyvə atributları, ölkəmizlə bağlı keramika lövhəciklər, çıraqlar, küyümlər, bardaqlar və digər məhsullar Azərbaycan ustaları tərəfindən ərsəyə gətirilir. Məsələn, çarxlar Gəncədə, geyimlər ölkəmizin müxtəlif yerlərində, kəlağayı və digər baş örtükləri İsmayıllı, Şəkidə, eləcə də başqa yerlərdə hazırlanır. Milli suvenirlərə gəlincə, onların harada hazırlanması ilə bağlı fikirlər ziddiyyətlidir. Bəzi mağaza sahibləri deyir ki, yerli suvenirlər Çində istehsal olunur, ona görə də qiymətləri qaldırmaq məcburiyyətində qalırlar. Bu üzdən də bahalaşma baş verir. Mağaza sahiblərinin sözlərinə görə, aksesuarlar, suvenirlər onlara ucuz qiymətə başa gəlsə, aşağı qiymətə satmaq daha sərfəli olar. Satıcılar bildirir ki, turistlər daha çox Azərbaycanla bağlı nümunələr almağa maraq göstərir. Mağazalarda kiçik ölçülü xalçalar, kilimlər, xurcunlar, heybələr (torbalar), çoban papaqları, milli musiqi alətlərindən ibarət suvenirlər, təsbeh, gəlinciklər, nərdlər, köz ütüləri, samovarlar, sandıqlar və s. qədim əşyalar satılır.
Burada satılan məhsulların qiyməti ölçüsünə və formasına görə dəyişir. Məsələn, burada satılan əşyaların qiymətin 2 manatdan tutmuş, 2000 manata qədər dəyişir.
Xalqımızın tarixini, məişətini, yaşam mədəniyyətini, adət-ənənəsini özündə ehtiva edən bu sərvət daim qorunmalı və təbliğ olunmalıdır. Onlar xaricə aparılsa da, özündə Azərbaycan adını daşıyır.
Günel CƏLİLOVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ