Cümə axşamı günü, 01 oktyabr 2026
     

Azərbaycanda hərbi ovçuluq...

Image


Rasim Rzayev: "Hərbi Ovçuluq İttifaqına üzv yazılanların sportinq idman növünə maraq göstərməsi sevindirici haldır"

Insanlar hələ qədim dövrlərdən ovçuluqla məşğul olublar. Hədəfi dəqiq nişan almaq mahir nişançı kimi insanın özünü təsdiq etməsidir. Ovçuluq həm də asudə vaxtını maraqlı keçirməyə, ecazkar təbiətlə ünsiyyət qurmağa xidmət göstərir. Lakin ov etməyin də özünəməxsus qayda-qanunları var. Bəs, ovçuluqla məşğul olmağa həvəs göstərən yüzlərlə insana silahla davranış, ovçuluğun qaydaları və təbiətin qorunması necə öyrədilir?
Ovçuluqla bağlı bizi maraqlandıran suallara cavab tapmaq üçün Hərbi Ovçuluq İttifaqının direktor müavini, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayevlə söhbətləşdik. Müsahibəni oxuculara təqdim edirik.
- Rasim müəllim, Siz Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti olmaqla bərabər, Hərbi Ovçuluq İttifaqının da rəhbərlərindən birisiniz.Yaxşı olar ki, ittifaqın yaranması və fəaliyyət istiqamətləri baradə məlumat verəsiniz.
- Hərbi Ovçuluq İttifaqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyul, 2013-cü ildə imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində yaradılıb. Qurumun əsas vəzifələri ovçuluğun təşkili, ovçuluqla məşğul olan insanların maarifləndirilməsi, flora-faunanın öyrənilməsi, təbiətin qorunması, silahla düzgün davranış və ovçuluq ənələrini təbliğ etməkdən ibarətdir. Hərbi Ovçuluq İttifaqına üzv olanlara ovçuluğun qaydaları öyrədilir ov silah-sürsatlarından təhlükəsiz istifadə olunması , flora- faunamızın qorunması təbliğ edilir. Digər əsas vəzifələrimiz nümunəvi ovçuluq təsərrüfatlarının yaradılması, bu təsərrüfatlarda ovçulara xidməti təşkil etmək, ovçuluq turizmini inkişaf etdirməkdir.

"Üzvlərə ovçuluq evlərində xüsusi endirimlər edilir, beynəlxalq idman-ovçuluq yarışlarında və sərgilərdə iştirak edə bilirlər"

- Quruma üzv yazılanlar hansı hüquqlara malikdirlər?
- İttifaqa üzv yazılanlara ovçuluq bileti də verilir, bu biletlə bütün ovçuluq təsərrüfatlarında ov etmək, ovçuluq evlərinin xidmətlərindən xüsusi endirimlərlə istifadə etmək, beynəlxalq idman-ovçuluq yarışlarında və sərgilərdə iştirak etmək hüququ verilir.
- Yeri gəlmişkən, ovçuluqla məşğul olmaq üçün hansı ərazilərdən istifadə olunur?
- İmişli, Sabirabad, Kürdəmir və Saatlı rayonlarının ərazisində yerləşən "Sarısu" və "Şərbətqobu" gölləri Hərbi Ovçuluq İttifaqının ovçuluq təsərrüfatlarıdır. Bu göllərdə ovçuluğun təşkili bizim qurumun öhdəliyindədir. Digər ovçuluq təsərrüfatlarında ov etmək üçün isə təsərrüfatların mənsub olduğu qurumlardan icazə vərəqi alınmalıdır. Ümumiyyətlə, ovçuluq təsərrüfatlarında ov etmək üçün icazəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi tənzimləyir. Onu da deyim ki, əsas məqsədlərdən biri də brakonyerliklə mübarizədir. Belə ki, həm balıqçılıqda, həm də ovçuluqda brakonyerlik böyük bəladır. Belə ki, elektrik cərəyanı və digər üsullarla balıq tutmaq, quşları, heyvanları ov vaxtından asılı olmayaraq kütləvi şəkildə qırmaq təbiətə ziyan vurmaqdan başqa bir şey deyil. Heyvanların, quşların ovlanma vaxtları var və bu da, əsasən, onların nəsillərinin artırılması və digər təsdiq olunmuş amillərdən asılıdır .

"Nümunəvi ovçu olmağın əsas şərtlərindən biri də silahla ehtiyatlı davranmağı bacarmaqdır"

- Hər bir sahədə olduğu kimi, nümunəvi ovçu olmağın da öz şərtləri var..
- Nümunəvi ovçu olmağın əsas şərtlərindən biri silahla ehtiyatlı davranmağı bacarmaqdır. Silahla düzgün davranmamaq, qaydaları pozmaq ovda bədbəxt hadisələrə gətirib çıxara bilər. Ovçular, əsasən, tanımadıqları insanlarla deyil, ən yaxınları, dostları ilə istirahətə çıxırlar. Təsadüfi ehtiyatsızlıq bütün istirahəti heç edə bilər. Qəzaların baş verməməsi üçün xüsusi kurslar təşkil edilir. Nəzəri və praktiki məşğələlərin tədris proqramı ilə ovçuluğa yeni başlayanlara silahla davranış qaydaları öyrədilir, ov edərkən təbiətə və insanlara darşı məsuliyyətli olmaq tövsiyə olunur.
- Bəs, ovçuluqla məşğul olmaq istəyənlər lazım olan ləvazimatı necə əldə edirlər?
- Ovçuluqda lazım olan ləvazimatı Hərbi Ovçuluq İttifaqının mağazalarından əldə etmək mümkündür. Ovçular, həvəskarlar bu mağazalarda istədikləri ov silahlarını, ovçuluq ləvazımatını əldə edə və ya sifariş verə bilər.
- Hərbi Ovçuluq İttifaqının hazırda nə qədər üzvü var?
- İki ildir yaranmasına baxmayaraq, ittifaqın iki minə yaxın üzvü var. Onu da deyim ki, gənclərin ovçuluğa marağı daha çoxdur. Nişan almaq , hədəfə atəş açmaq atıcılıq idman növü olan sportinqə həvəsi də çoxaldır.Sportinq idmanı ilə məşğul olanlar, ovçuluqdan fərqli olaraq, canlı heyvanlara yox, keramik hədəflərə atəş açırlar.
"Sportinqin
üstünlüklərindən
biri də odur ki, bu idman növü ilə
məşğul olmaq üçün yaş məhdudiyyəti yoxdur"
- Yəqin ki, qurumun fəaliyyəti sportinqin inkişafına da öz töhfəsini verəcək.
- Hərbi Ovçuluq İttifaqına üzv yazılanların həm də sportinq idman növünə maraq göstərməsi sevindirici haldır. Bu, ölkəmizdə sportinqin daha da inkişafına, ovçu idmançıların sayının artmasına xidmət göstərəcək. Bildiyiniz kimi, atıcılıq ölkəmizdə inkişaf edir. Sərrastlıq, dəqiqlik tələb edən atıcılıq yarışlarına maraq getdikcə çoxalır. Azərbaycan Atıcılıq Federasiyası bu istiqamətdə səylə çalışır. Atıcılığın bütün növləri olduqca maraqlıdır. Bu növlər arasında sportinq daha əyləncəli və ən çox müraciət olunan idman növüdür. Sportinq idman növü Olimpiya oyunlarının proqramına daxil olmasa da, bu idmanla məşğul olanların sayı çoxdur. Sportinqin üstünlüklərindən biri də odur ki, bu idman növü ilə məşğul olmaq üçün yaş məhdudiyyəti yoxdur. Hazırda mahir nişançı olmaq istəyənlər idmanın bu növü ilə həvəslə məşğul olurlar. Bu, atıcılığa maraq göstərənlərin sayının artması ilə özünü göstərir. Qeyd edək ki, sportinq ilə Avropada yüz ildən çoxdur məşğul olurlar. Azərbaycan keçmiş MDB ölkələri arasında sportinqin inkişaf etdiyi dördüncü ölkədir.
R.Jalə
P.S. Hərbi Ovçuluq İttifaqı "Xidməti və mülki silah haqqında", "Ovçuluq haqqında" qanunlarla müəyyən edilmiş qaydada ov silahını, atıcılıq sursatını, ovçuluq-balıqçılıq ləvazimatını, idman inventarını və digər ovçuluq əşyalarının alınmasını və satışını, təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşısını almaq üçün tədbirlər həyata keçirir. Bundan başqa, qurum təbii fəlakət və digər səbəblər nəticəsində istifadəsində olan ərazilərdə dağılan və ya məhv olan ovçuluq təsərrüfatlarını bərpa etmək, ovçuluq təsərrüfatlarında vəhşi heyvanların təbii və süni artırılmasını, onların yaşayış mühitinin qorunmasını və yaxşılaşdırılmasına yönəldilən kompleks tədbirləri də həyata keçirmək ixtiyarındadır. 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ