Bu Azərbaycan Tibb Universitetində (ATU) 9 may Qələbə Günü ilə bağlı II Dünya müharibəsi və arxa cəbhə veteranları ilə görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli Böyük Vətən müharibəsi veteranlarını və tədbir iştirakçılarını Faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə təbrik etdi. "Müharibə illərində göstərdiyiniz fədakarlığı heç vaxt unutmayacağıq” – deyən rektor Gəray Gəraybəyli qeyd etdi ki, Azərbaycan xalqı istər ön, istərsə də arxa cəbhədə çox böyük qəhrəmanlıqlar edib: "Müharibədə qazanılan qələbədə Azərbaycanın böyük payı var. 700 minə yaxın azərbaycanlı bu müharibədə iştirak edib, onların təxminən yarısı həlak olub”.
O, həmçinin ATU-da bu bayramın qeyd edilməsinin, veteranlarla görüşün çox gözəl ənənə olduğunu bildirdi: "Uşaqlıqdan 9 may günü ən xoş, sevimli bayramlardan idi bizim üçün. Bir ara Qələbə bayramının daha qeyd olunmayacağı kimi söhbətlər ortaya çıxdı, lakin fikrimcə bu, tamamilə yalnış fikir idi. Sağ olsun ulu öndər Heydər Əliyev cənabları ki, zamanında bu məqama diqqət yetirib və bu bayramın ölkəmizdə də təntənəli şəkildə qeyd olunmasına qərar verib".
Görüşdə həmçinin ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov, ATU-nun Mülki Müdafiə Qərargahının rəisi Firdovsi Məmmədov da iştirak ediblər.
Tədbirdə universitetdəçalışan müharibəveteranları və"1941-1945-ci illərdəvətən müharibəsindəfədakarəməyəgörə” medalı ilətəltif edilmiş arxa cəbhəveteranları ATU rəhbərliyi tərəfindən hərbi vətənpərvərlik mövzusunun təbliğindəxüsusi fəallıqlarına görəmükafatlandırıldılar.
ATU-nun veteran təmsilçiləri - terapevtik stomatologiya kafedrasının dosenti, müharibəveteranıMirzəyev Rüstəm Bəhman oğlu, uşaq vəyeniyetmələrin gigiyenasıkafedrasının dosenti, arxa cəbhəveteranlarıOrucov Rəhim Alməmməd oğlu, kommunal vəqidalanma gigiyenası kafedrasının professoruQasımov Maqsud Səfər oğluna500 AZN məbləğindəpul mükafatıvəhədiyyələr təqdim olundu.
Müharibəveteranlarıda rektorGəray Gəraybəyliyə göstərilən diqqət vəqayğıya görətəşəkkürlərini bildirdilər, müharibəilləri ilə bağlıxatirələrini danışdılar.
Tədbirdə qeyd edildi ki, təqribən 130 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri "Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub.