Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bütün türk dünyasına məxsus olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün fayllar hazırlayır. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Kulinariya Mərkəzinin yaranmasının 25 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə çıxış edərkən deyib.