Bazar ertəsi günü, 16 noyabr 2026
     

Akademik Vəli Axundovun 100 illik yubileyilə bağlı silsilə tədbirlər Tibb Universitetindən başladı

Image


"Tibb Universitetinin yetirməsi olan bu görkəmli alim, ictimai-siyasi xadimin Azərbaycanın tarixində, ölkəmizin müstəqilliyinin formalaşmasında böyük rolu olub”. Bu fikirlər bu gün Azərbaycan Tibb Universitetində akademik Vəli Axundovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş toplantıda səslənib.

Tibb Universitetinin rəhbərliyi, Səhiyyə Nazirliyinin, Azərbaycandakı elm-tədqiqat institutlarının nümayəndələrinin və digər qonaqların iştirak etdikləri tədbirin əvvəlində ATU rektoru, professor Gəray Gəraybəyli giriş nitqi ilə çıxış edib. Rektorun sözlərinə görə, Azərbaycanın səhiyyəsində və elmində dərin iz qoymuş tarixi şəxslərin yubileyləri daima Tibb Universiteti tərəfindən qeyd olunur. G.Gəraybəyli xatırlatdı ki, ümummilli lider Heydər Əliyevin fərmanına əsasən, Vəli Axundovun 80illikyubileyi respublikamızda təntənəli şəkildə qeyd olunub. ATU da bu ənənəyə sadiq qalaraq və prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq görkəmli şəxsiyyətin 100 illik yubileyi münasibətilə geniş müzakirə açıb.

Professor Gəray Gəraybəyli akademik V.Axundovu sovet dövrünün ən istedadlı, hazırlıqlı, mədəni və geniş dünyagörüşünə malik bir şəxsiyyəti kimi qiymətləndirdi: "Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi V.Axundov Azərbaycanın həyatı üçün taleyüklü qərarlarla çıxış edib. Vəli Axundov uzun illər dövlət idarəçiliyi sahəsində ən məsul vəzifələrdə çalışarkən təqdirəlayiq fəaliyyət göstərmiş və tibb alimi kimi respublikada səhiyyə işinin təşkilinə töhfələr verib”.

Daha sonra ATU-nun epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev mərhum akademikin həyat və peşəkar fəaliyyəti barədə ətraflı təqdimatla çıxış etdi. Akademik VəliAxundovunhəm tibb nümayəndəsi, həm də ictimai xadim kimi şəxsi keyfiyyətləri haqqında danışan natiq vurğuladı ki, o, 1916-cı ildə Bakının saray kəndində ruhani-ziyalı ailəsində anadan olub. 1941-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra cəbhəyə gedib: "Cəbhədə apardığı saysız əməliyyatlar haqqında sonralar bütün ordu qəzetlərində silsilə məqalələr dərc olunurdu. Berlinə qədər rəşadətli döyüş yolu keçən V.Axundov faşizmə qarşı mübarizədə yaralanmış əsgər və zabitləri peşəkarcasına cərrahi əməliyyat edərək həyata qaytarıb”.

Müharibədən sonraki illərdə V.Axundov Azərbaycan Dövlət Tibb İnstitutuna qayıdıb və tibb tarixi kafedrasında assistent vəzifəsində işə başlayıb. Parlaq zəka sahibi olan V.Axundov 1946-cı ildə Respublika tibb işçiləri həmkarlar komitəsinin sədri təyin olunub. Səhiyyə naziri vəzifəsinə kimi yüksələn V.Axundov sonradan düz 10 il ərzində Azərbaycana rəhbərlik edib. Azərbaycan Kommunist Partiyasının baş katibi vəzifəsində işlədiyi dövrlərdə Naxçıvan və Qarabağın peşkəş kimi Ermənistana verilməsinə mane ola bilib.

Vəli Axundovla bağlı şəxsi xatirələrindən danışan İbadulla Ağayev özünün də karyerasında bu şəxsin təmənnasız yardım göstərdiyini bildirdi.

Tədbirin davamında ATU-nun qidalanma və kommunal gigiyena kafedrasının professoru, Maqsud Qasımov görkəmli alimi tibbi uğurlarından bəhs etdi. Bildirdi ki, ötən əsrin 70-ci illərində SSRİ məkanında, Ukraynanın bir neçə vilayətində, həmçinin Orta Asiyada vəba xəstəlikləri epidemiyası başlayıbmış. Həmin dövrdə epidemiyanın Azərbaycanda yayılma ehtimalının sıfıra endirilməsi üçün Bakının baş planına baxılması məhz Vəli Axundova həvalə olunub.

Daha sonra Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri Fərhandə Sadıxova, ATU-nun Uşaq və yeniyetmələr gigiyenası kafedrasının professoru Rüxsarə Əliyeva Vəli Axundovun bütün uğurlu həyatı boyu amalını insanlara xidmətdə görən, çətin dövrdə bütöv bir respublikaya başçılıq edən işıqlı şəxsiyyət olduğunu qeyd etdilər. Neçə illər keçməsinə baxmayaraq V.Axundovun xatirələrdə daim xeyirxah və nəcib əməlləri ilə yaxşı insan kimi xatırlanacağını da vurğuladılar.

Tədbirin sonunda görkəmli alimin qızı Nigar Axundova atasının xatirəsinin yad edilməsinə görə təşəkkürünü bildirdi: "Bu, çox xoş haldır ki, biz bu silsilə tədbirlərə ilk olaraq Azərbaycan Tibb Universitetindən başlayırıq. Çünki bu bilik ocağı atamın həyatında ayrılmaz bir yer tutub. Onu da deyim ki, anamla da atam məhz burda tanış olub. Bu baxımdan, Tibb Universiteti bizim üçün doğma bir məkandır”.

Nigar Axundova ATU-nun tarixi ilə bağlı maraqlı faktı da açıqladı. O, Vəli Axundovun nazir olarkən Azərbaycan Tibb İnstitutuna Nəriman Nərimanovun adının verilməsi haqqında yazdığı məktubu təqdim etdi.

Toplantıda çıxış edənlərin hər biri V.Axundovun qayğıkeş həkim, istedadlıalim, ziyalı vəxeyirxah insan kimi xatırladılar. Onun xatirəsi demokratikvə həqiqətpərvər şəxsiyyət kimidərinehtiramlayadolundu.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ