Azərbaycanda döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə cərimələrin məbləği 2 dəfəyədək azaldılır.
Milli Məclisdən Trend-ə bildirilib ki, İnzibati Xətalar Məcəlləsinə yeni dəyişikliklərin edilməsini nəzərdə tutan layihəyə əsasən, sadalanan hala görə cərimələrin məbləğinin 300 manatdan 500 manatadək olması və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbsin tətbiq olunması təklif edilir.