"İyunun sonunadək Azərbaycanda qeydiyyatda olan bütün dərmanlara vahid qiymət tətbiq ediləcək”. Səhiyyə nazirinin müavini Elsevər Ağayev APA-ya deyib ki, indiyədək çeşidindən, formasından, dozasından asılı olaraq, 7700 adda dərman preparatı Tarif Şurasında qiymətləndirilib.
Onun sözlərinə görə, gələn ay Tarif Şurasının iki 2 iclasında qeydiyyatda olan eyni dərmanların bütün apteklərdə vahid qiymətə satılmasına qərar veriləcək: "Hazırda ölkədə 11 minə yaxın dərman preparatı rəsmi qeydiyyatdan keçib”.