Mayın 1-dən yay fəsli ilə əlaqədar avtomobillərə pərdə və plyonkaların vurulmasına icazə veriləcək. Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.