Cümə axşamı günü, 01 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Əvvəllər məhkum olunmuş şəxslərin cinayətləri və Azərbaycan hüquq məkanı...
Tarix: 26.04.2016 / 01:10
Bölmə: Sosial
Əvvəllər məhkum olunmuşlar tərəfindən təkrar cinayətlərin törədilməsi problemi mühüm və aktualdır. Cəza müddətini çəkmiş şəxslərin yenidən cinayət törətməsi ilə cəmiyyətin təhlükəsizliyinə fiziki və mənəvi ziyan dəyir. Şəxsin müntəzəm cinayətkar fəaliyyəti vətəndaşların və daha çox gənclərin mənəvi həyat tərzinə ciddi təsir edir.
Yeniyetmə və gənclərin təsəvvürlərində bəzən elə bir təəssürat yaranır ki, faydalı əməklə məşğul olmadan, cinayət törətməklə cəza hədəsindən yayınmaq və cəmiyyətin hesabına yaşamaq olar. Qısa statistikaya nəzər yetirdikdə məlum olur ki. 2013-cü ildə əvvəllər məhkum olmuş şəxslərin sayı 1708 nəfər olub, 2014-cü il ərzində cinayət məsuliyyətinə cəlb olunmuş 15560 nəfərin 1986 nəfəri (15.7%) əvvəllər məhkum olunmuş şəxslərdir, onun 9945-i (78,9%) işləməyən və oxumayanlardır. 2015-ci il ərzində 16322 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, onun 2432 nəfəri (18,2 %) əvvəllər məhkum olunmuş şəxslər, 10320 nəfər isə işləməyən və oxumayanlar olub. Ümumilikdə ötən il təxminən 23545 cinayət qeydə alınıb.
Qənaətimə görə, təkrar cinayətlər törədən şəxslər cəmiyyət və dövlət üçün həmişə ehtiyatda olan təhlükə mənbəyidirlər. Belə cinayətlərin fəlsəfəsi, sosial və psixoloji cəhəti ondan ibarətdir ki, ilk dəfə törətdikləri cinayətlərə görə cəzalarını çəksələr də, düz yola yönəlmirlər, düşüncələrində xeyirxahlığa səmtlənən bir işlə məşğul olmaq niyyətləri olmur. Deməli, belə şəxslər islah olunmadığından təkrar cinayət törətməyə meyllidirlər və (residivliyə) geriyə, cəmiyyətə zidd davranışlarına qayıtmağa üstünlük verirlər.
Azərbaycan Respublikası CM-nin 16-cı maddəsində təkrar cinayətlər qeyd olunan məcəllənin eyni bir maddəsi ilə iki dəfə və ya iki dəfədən çox törədilən cinayətlərə aid edilir. Məcəllənin 16,2 maddəsi başqa hal da diqqətə çatdırır. Bu cinayətlərin təhlükəliliyi onunla bağlıdır ki, şəxs əvvəlki cinayətinə görə məhkum olunsa da, təkrar, qəsdən törədilən cinayətlərə meyl edir. Digər təhlükəlilik miqyası əvvəlki cinayətlərinə görə məhkumluğun götürülməməsi və ödənilməməsi ilə bağlıdır. Məhkumluğun mövcudluğu və ödənilməməsi bu cinayətlərin mühüm əlaməti kimi şəxsin hüquqi vəziyyəti ilə şərtlənir. Yəni törədilən ictimai-təhlükəli əmələ görə məhkəmələr tərəfindən cəzanın təyin olunması, hökmün qəbul edildiyi, qüvvəyə mindiyi gündən qanunla müəyyən olunmuş müddətin bitdiyi günə qədər olan dövrü əhatə edir. Bu baxımdan, təkrar cinayət törədən şəxslərin əməlinə görə qanunvericilik daha ciddi cəzanın tətbiqini vacib sayır. Maddənin diqqət çəkən əsas cəhətlərindən biri də əvvəlki cinayətlər - ictimai münasibətlərə zidd əməllərə görə tətbiq edilən cəza belə şəxslərə görk olmur, bəzən alkoqolizmin və narkotik maddələrin təsiri altında təkrar cinayətlərə yol verirlər. Təkrar cinayəti törədən şəxslərin fenomenini və şəxsi keyfiyyətlərini anlamaq üçün onların spesifik vərdişlərini və cinayətkar kimi şəxsiyyətlərinə diqqət çəkən cəhətlərini istintaq (istintaqdan sonra) zamanı tədqiq etmək, cinayətlərin törədilməsində səbəbli əlaqələri öyrənmək və sonrakı davranışlarını proqnozlaşdırmaq lazımdır.
Beynəlxalq ekspertlərin araşdırmalarına görə, il ərzində baş vermiş cinayətlərin statistikasına nəzər yetirdikdə məlum olur ki, istintaqı aparılmış cinayət işlərinin hər ikincisi əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilir. Məhkum olunmuş hər ikinci subyekt qəsdən törədilən cinayətlərə görə məhkumluğu olan şəxslərdir. Bəzi Rusiya alimlərinin nəzəri mülahizələrinə görə də, ümumi cinayətlərin üçdə ikisi təkrar törədilən cinayətlərin payına düşür.
Şəxsi müşahidələrimə görə, təkrar və qəsdən törədilən cinayətlərin əksər qismi təhsil səviyyəsinin aşağı olması, ümumi kütləyə nisbətdə savadsızlığla ölçülür. Bu tərkibin əsas hissəsinin təxminən 72%-ni orta təhsili olmayanlar, 30% 4-cü sinif təhsili olanlar, müəyyən hissəsini 5-7-ci sinfi bitirənlər təşkil edir. Məhz belə keyfiyyətlərə malik şəxslər davranışlarını idarə edə, dövlət hakimiyyət orqanlarına, cəmiyyətə hörmət ruhunda davrana bilmirlər. Vətənə, xalqa və dövlətə sədaqət hissi orta məktəbdə, məktəbəqədər tərbiyə müəssisələrində formalaşdırılır, lakin gənclərin bəziləri bu mərhələdə iştirak edə bilmədiyindən "küçə həyatına", vaxtını harda gəldi, şən keçirtməyə üstünlük verir. Beləcə, ilk məhkumluq dövrü başlanır, sonrakı tərbiyəni cəzaçəkmə yerlərində, təhsillərini isə türmə həyatında almalı olurlar. Belə şəxslərin həyat tərzinə bir az da bələd olanda məlum olur ki, adi həyatda jarqon (müəyyən sosial qrupun ümumi danışıq dilinə xas olan, leksikoloji və frazeoloji vasitə, Qrammatika və Fonetika sisteminə aid olmayan ifadələr. Müasir dövrdə daha çox gənclərin dilində işlədilir. Məsələn: çuvak, xata, krutoy və s. XVIII əsrin məhsuludur.) ifadələrlə danışma, "oğru mahnıların" populyarlığı diqqət çəkir, islah olunmalarına çalışmırlar, ictimai qaydalara riayət etməkdən qəsdən yayınma, yeni cinayət törətmək istəyinə daxili tələbatlar yaranır. Bu gün radio və televiziyalarda rep və meyxanaların bəziləri həmin mahnıları xatırladır, "oğru mahnılarına" oxşayır.
Təhlil xarakterli araşdırmalar göstərir ki, azadlıqdan məhrum olunmuş şəxslərin 1 aydan sonra təxminən 28%, cəzasını çəkib bitirdikdən 3 ay sonra isə 46% yeni cinayət törətməklə geri qayıdırlar. Kriminoloji tədqiqatın nəticələrinə görə, cəza müddətini başa vurmuiş şəxslər arasında 6 ay və 1 ildən sonra geri qayıdanların sayı çoxluq təşkil edir. Təcrübə göstərir ki, belə şəxslər tərəfindən ictimai münasibətlərə zidd hallar artır, vətəndaş cəmiyyətinin, hüquqi dövlətin prinsipləri onlara yad təsir bağışlayır. Bütün bunların qarşısının alınması məsələsində onlara, cəzaçəkmə yerlərindən cəmiyyətə qayıdacaqları təqdirdə nəyi etməli olduqları, mədəni və vicdanlı davranışların qəlibə salınması barədə onlara bilgi verilməli, milli ideologiyanın lakonik təfərrüatları, qanunlara tabe olmaq və vətənpərvərlik cəhətləri aşılanmalıdır. Azadlığa yenicə çıxmış belə şəxslərin qayğılardan uzaq, işsizlik problemi, sosial çətinliklərə səbr etməyə və yoxsulluğa tab gətirməyə iradələri zəif olduğuna görə həyatdakı passivliyi aradan qaldırmaq üçün onlara yardım etməyə müəyyən vaxt tələb olunur. Lakin belələrinin sağlam cəmiyyətə adaptasiya olmağa da bəzən iradəvi qabiliyyətləri çatmır.
Bəzən Penitensiar Xidmətindəki sərt rejim onları gələcəkdə nəyin bahasına olur-olsun qisas almağa sövq edir.
Nə etmək: Təkrar cinayətlərin qarşısını almaq üçün ilk dəfə cinayət törədən şəxsləri qanunlara hörmət, vətənə, insanlara və dövlətə sədaqət ruhunda tərbiyələndirilməsi üçün erkən yaşlarından tədbirlərin keçirilməsinə başlamaq;
- Çətin həyat şəraitində olan şəxslərin problemlərinə qayğı ilə yanaşmaq.
- Penitensiar xidmət sahələrində fərdlər arasındakı münaqişələrə dair məlumatlara məhəl qoyulmaması və yaxud faktın araşdırılması zamanı daha çox "nüfuzu" olana üstünlük vermə hallarını aradan qaldırmaq. (İncidilənin, təhqirə və zorakılığa məruz qalanın müdiriyyət tərəfindən müdafiə olunmaması aqressiyanı və amansızlığı formalaşdırır).
- Sutka ərzində, xüsusilə gecə saatlarında onların saxlanma şəraitinə olan diqqətsizliyi və etinadsızlığı aradan qaldırmaq;
Azadlıqdan məhrum etmə yerlərində məhkumlarla müntəzəm profilaktik tədbirlərin həyata keçirilməsi gələcəkdə baş verə biləcək təkrar cinayətlərin qarşısını almağa atılan mühüm addımdır. Bu mənada cəmiyyətdə mənəvi dəyərlərin sağlamlaşdırılması aqressivliyin aradan qaldırılmasına təsir etdiyindən, qəddarlıqla baş verən cinayətlərin də qarşısı alına bilər.
Penitensiar - azadlıqdan məhrum etmə yerlərində cinayətkarlığın səbəbi spesifik cəhətlərlə xarakterizə olunur. Bu müəssisələrdə eyni cinsdən olanların bir yerdə yaşaması və cəzalarını birlikdə cəkməsi, bir növ, cəmiyyətin həddi aşa bilən üzvlərinə eybəcər, cəzalandırılmayan cinayətlərin törədilməsi üçün zəmin yaradır.
Həmin yerlərdə psixoloji gərginliklərin olması, istintaq təcridxanalarında və həbsxanalarda əxlaqın baltalanması, çətin və utanc həyat şəraiti münaqişələrin ocağına imkan verir.
Həbs olunanlar arasında şəxsi münasibətlərin qanundan kənar həlli penitensiar düşərgələrində müxtəlif cinayətlərin törədilməsinə və daxili qaydaların pozulmasına, bəzən qiyamlara şərait yaradır. Şəxsi münaqişələr təxminən 25% cinayətlərlə qeydə alınır. Bu, daha çox, ümumi rejimli koloniyalarda baş verir. Ciddi və xüsusi rejimli koloniyalarda isə cinayətlər az baş versə də, təsnifatına görə ağır cinayətlərdir. Ümumi və ciddi rejimli yerlərdə fərdlər arasında baş verən münaqişələrin sonu uzanan və davam edən cinayətlərlə, bəzən yaşamaqdan məhrum edilməklə yadda qalır.
Penitensiar xidmət sahələrində cinayətlərin törədilməsi və yaxud cəzalarını çəkib qurtardıqdan sonra da yaşamaq "uğrunda mübarizə" məqsədilə təkrar cinayətlərə meyl etməni nəzarətin, profilaktik tədbirlərin səthi keçirilməsi ilə də əlaqələndirmək olar.
Şəmsəddin Əliyev,
"Polisə Dəstək"
İB-nin sədri
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Tarix: 30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Tarix: 30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
Tarix: 30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir"
- Siyavuş Novruzov
Tarix: 30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi
- FOTO
30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?...
- VIDEO
30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...
30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir
30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu
- heç kim güzəştə getmək istəmir…
30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi
- sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...
30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır
30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…
30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ