Cümə axşamı günü, 01 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
...Vətən eşqim, məhəbbətim qocalmaz
Tarix: 23.04.2016 / 00:19
Bölmə: Sosial
Yüzdə görüşənədək...
Mirzəyevlər ailəsi ilə tanışlığımın tarixi otuz ilə yaxın olar. Sovet imperiyasının fitvası ilə ermənilər soydaşlarımızı əsrlərlə yaşadığı ata-baba yurdlarından çıxarırdı. Azərbaycan xalqı imperiyanın siyasətinə qarşı mübarizəyə qalxmışdı. Xalq hərəkatı başlamışdı. Hərəkat zamanı cəsarətli, məntiqli çıxışları ilə rəğbət qazanan Valeh bəy adlı cavan oğlanla tanışlığım məni Mirzəyevlər ailəsinə sıx bağladı.
Atası-Polad elinin ağsaqqalı Məhəmməd müəllim, doqquz övladın anası Sultan xanım (indi onlar Allah dərgahındadır), yağıdan bac almaq atəşi ilə yanan qardaşları məndə doğmalıq və gələcəyə inam hissi yaradırdı. Demə, aşıqların el məclislərində Poladlı Məhəmməd ləqəbi ilə yazan şairdən oxuduqları mübariz ruhlu şeirlərin müəllifi elə Məhəmməd müəllim imiş. (El-oba ona "Mirzəyev müəllim" - deyə müraciət edirdi). Sonralar Məhəmməd müəllimlə görüşlərimiz çox oldu. Onun yaradıcılığı ilə bağlı televiziyada, radioda verilişlər hazırladım. Övladları kitabını çap etdirdilər. Mirzəyevlər ailəsi ilə bu günə qədər xeyrimiz, şərimiz ayrı olmaz, ailəvi gediş-gəlişimiz var...
İndi dediklərim bundan sonra deyəcəklərimə bir giriş idi. Məqsədim sözümü bu günlərdə 70 yaşını qeyd edəcəyimiz, Mirzəyevlər ailəsinin ilk övladı Sabir həkimin üstünə gətirməkdir. Onu tanıyanlar haqqında belə deyirlər: "Etdiyi yaxşılıqdan feyz alan-bizim Sabir həkim".
Dəyər ki, sizi də Sabir həkimlə tanış edim.
Mirzəyev Sabir - 1946-cı il aprel ayının 23-də Dilican dərəsinin Polad kəndində el ağsaqqalı, maarifpərvər şair "Mirzəyev müəllim"in ailəsində göz açıb. 1962-ci ildə Polad kənd orta məktəbini fərqlənmə attestatı ilə bitirib. Elə həmin il N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun stomatologiya fakültəsinə daxil olub. İnstitutu bitirdikdən sonra, 1967-69-cu illərdə Şamaxı rayonunun Göylər kəndində stomatoloq, sonra isə baş həkim kimi çalışıb. 1972-ci ildə Azərbaycan Tibb İnstitutunda "Ortopedik stomatologiya" kafedrasında klinik ordinator, sonra da assistent kimi çalışıb. 1975-ci ildən bu günədək Azərbaycan Tibb Universitetinin stomatoloji klinikasında həkim-ortoped işləyir. Müxtəlif illərdə "Müstəqil Azərbaycan" və "Odlar Yurdu" universitetlərində ixtisası üzrə dərs deyib.
Sabir həkim özündən sonra Bakıya oxumağa gələn Polad elinin cavanlarına, bacı və qardaşlarına dayaq olub, onların vətənpərvər ziyalı kimi yetişməsi üçün çalışıb. Ömür-gün yoldaşı Səlimə müəllimə ilə birgə övladlarını da layiqli vətəndaş kimi tərbiyə edib. Qızları Nərgizlə İradə atalarının yolu ilə gedərək həkimlik sənətini seçiblər. Nərgiz xanım Azərbaycan Tibb Universitetinin dosentidir. İradə isə məşhur kardioloq kimi ad-san qazanıb. Oğlu Fərhada gəldikdə, hüquq elmləri doktorudur. Notingem Universitetinin magistraturasını bitirib, Londonun Lester Universitetində doktorluq dissertasiyası müdafiə edib. Fərhad Mirzəyev İngiltərədə beynəlxalq hüquq üzrə doktorluq dərəcəsi alan ilk azərbaycanlıdır. Hazırda Avropada nüfuz qazanmış beynəlxalq hüquq firmasına rəhbərlik edir.
Sabir həkimin yaxşı təbi olsa da, özünü şairlər sırasında görməkdən çəkinir. Öz təbiri ilə desək, yeri gələndə uydurur. Klassik şairlərin, atası Poladlı Məhəmmədin şeirlərinin əksəriyyətini əzbərdən bilir. Bu günlərdə riyaziyyat elmləri namizədi Valeh müəllimlə görüşəndə, necə oldusa, söz yenə də Sabir həkimdən düşdü. Demə, həmişəcavan Sabir həkim 70 yaşını haqlayırmış. Təbii ki, həkimlə görüşüb hal-əhval tutmağı özümə borc bildim. Odur ki...
-Sabir həkim, nə var, nə yox... Hara belə tələsirsən?
Sabir həkim həmişəki cavanlıq şuxluğu ilə:
- Elə mən də siz deyəni illərdən soruşuram:
Köhlənini çapıb belə Ömür, hara tələsirsən?
Zəhmətimi verib yelə
Ömür, hara tələsirsən?
- Cavabında ömür nə dedi?
- Çox söz dedi. Yadımda qalan budur ki, insan yetkin doğulmur. İllər onu mükəmməlləşdirir, yetkinliyin yüksək zirvəsinə doğru aparır. Bu tez-gec özünü ağlın itiliyində, arzuların təmizliyində büruzə verir. Belə adamlarla hamı ünsiyyət bağlamağa can atır. Amma... Bəlkə, deyəcəyim məsələ 70 yaşla bağlıdır. Son zamanlar keçmiş tariximizlə maraqlanıram. Tez-tez özümnən soruşuram, mən kiməm. El-oba vətəndən niyə didərgin düşdü. Səbəb nə oldu? Atam danışardı ki, biz hələ 2700 il bundan əvvəl adı Urartu padşahlarının salnamələrində çəkilən Polad soyunun Şahmarlı qolundanıq. Bu haqda professor Firidun Cəlilovun elmi araşdırmaları da var. Polad tayfalarının soykökü çox qədimlərə söykənir. Məlum olur ki, təqribən dörd min il bundan əvvəl Polad elinin sərhədləri Cənubi Azərbaycanın Qaradağ mahalından tutmuş, Göyçə gölünün ətrafına qədər olan ərazini əhatə edirmiş... Poladlılar mərd olub, ötkəm olub, sərt olub. Bəs biz niyə belə olduq?.. Günahkar zamanmı, yoxsa tarixin dərslərindən ibrət götürməyən bizlər?..
- Həkim, görünür, tarixin dəyirman daşı daha özünü üyüdüb yeyir... Hətta ən mədəni, ən qoçaq xalqın da təbii nöqsanları olur. Bizə qalan odur ki, nöqsanlarımızdan nəticə çıxarmağı bacaraq. Toxta görək. Deyəsən, yavaş-yavaş qocalığın həzin mehi səni də kövrəldir...
- Qocalıqla bağlı atamın bir şeiri yadıma düşdü:
Papağı düşəndə götürə bilməz, Bax, onda bitibdir işi qocanın! Gəlin bəd olanda, oğul bəd övlad, Bax, onda batıbdır başı qocanın.
Səksənə-doxsana yaşı çatmaya, İqbalı dolaşıb bəxti yatmaya, Öskürəndə gəlin, qız oyatmaya, Deməsinlər qara yaşı qocanın.
-Həkim, bu şeirdən sonra adam qocalmaq istəmir. Gəl mövzunu dəyişək. İş, güc, dolanışıq necədir?
-Dolanışıqdan şikayətim yoxdur. Allaha şükür, güzəranımız yaxşıdır, sağlamam, uşaqlar yerbəyer olub, nəvələr böyüyür... Belə də, gördüyün kimi. Amma, bununla bərabər, məni yaşadan xatirələrimdir. Atalı-analı, elli-obalı xatirələr. Arzuya gələndə, 70 yaşlı Sabirin arzusu nə ola bilər? Dilicana, daim çal-çağırlı doğulduğum torpağa- Polad kəndinə dönmək... Tələsdirsə də, ömürlə əhd-peyman bağlamışam, ailə-uşaqla Polada dönənə qədər qocalmayacam.
Bir kəsin ki, əhd-ilqarı düz ola, Qulluq edə halallığa, düz yola. İstər ömrü əlli ola, yüz ola, O insanın şan-şöhrəti azalmaz.
- Sabir həkim, məqsədim görüşüb 70 illik yubileyini təbrik etmək idi. Özlüyümdə sənə veriləsi çoxlu suallar sıralanmışdı. Onlardan az qisminə cavab tapdım. Əslində 70 yaş üçün bu da bəsdir. Qalanını 80-də görüşəndə deyərsən. İnamım var ki, o zaman söhbətimizin mövzusu daha nikbin notlarla bitəcək. Odur ki, 70-ni təbrik edirəm. Səksəndə, doxsanda, yüzdə görüşənədək.
Sabir həkimin xatirələrini çözələdi: Zakir Abbas, əməkdar jurnalist
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Tarix: 30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Tarix: 30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
Tarix: 30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir"
- Siyavuş Novruzov
Tarix: 30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi
- FOTO
30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?...
- VIDEO
30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...
30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir
30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu
- heç kim güzəştə getmək istəmir…
30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi
- sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...
30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır
30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…
30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ