Cümə axşamı günü, 01 oktyabr 2026
     

ATU-nun Tədris Cərrahiyyə Klinikası ortopediyaya aid hər cür əməliyyatları icra etmək həddinə çatdı

Image


Uzman doktor Cəfər Nəsirli: "Xəstənin öz qanından dərman düzəldib oynaqlarına yeridirik"

Azərbaycan Tibb Universitetinin(ATU) Tədris Cərrahiyyə Klinikasının Travmotologiya və Ortopediya şöbəsinin müdiri, uzman dr. Cəfər Nəsirlinin "Bakı-Xəbər"ə müsahibəsini təqdim edirik:
- Son dövrlərdə Azərbaycanda da geniş yayılmış "duzlaşma"nın, yəni artrozun, o cümlədən osteoparozun yaranma səbəbləri nələrdir?
- Artrozun yaranma səbəbləri olduqca müxtəlifdir. Ən əsası - artroz oynaqların qığırdaq qisminin yeyilməsi və oynaqların funksiyalarını itirməsidir. Bu həm hərəkət məhdudiyyətinə, həm də ağrılara səbəb olur.
Yaranma səbəblərinə gəlincə, ən aktual olanları bunlardır. Birincisi, qida qəbulu. Müasir dövrümüzdə insanlar o qədər geni modifikasiya olunmuş, hormonlu qida məhsulları qəbul edir ki, bu da sürətli şəkildə qığırdağın, eyni zamanda metabolizmin pozulmasına gətirib çıxarır. Düzgün qida rejimiinin olmaması, artıq çəki, oynaqlara düşən artıq yük oynaqların yeyilməsinə və bu da artroza, osteoparoza səbəb olur. Bunlar həmçinin bir sıra oynaq xəstəliklləri-revmatizma, revmatoid artritin müxtəlif növləri, hormonal pozğunluqlara gətirib çıxara bilər.
Bundan başqa, zamanında həkimə müraciət etmədikdə və müalicə almadıqda, müxtəlif ağrıkəsicilərdən istifadə nəticəsində də artroz yarana bilir.
Bəzi travmatik artrozlar da olur. Yəni hər hansı bir zərbədən, avtomobil qəzası və ya yüksəklikdən düşməyə görə oynaqlarda çıxıq və sınıqlar yaranır, bunlar da sonradan xəstəliyə gətirib çıxarır.
Prosesin qarşısı alınmasa, oynaq səthinə düşən təzyiq artır, deformasiyaya uğrayır və kənarlarında sümük çıxıntıları inkişaf edir. Artroz xəstəliyi zamanı ən çox fəqərələr, bud-çanaq və diz oynaqları, əlin sol barmaqları zədələnir. Hərəkət vaxtı oynaqlarda ağrılar meydana çıxır, günün axırında və soyuq havada şiddətlənir.
- Bu xəstəlik ən çox hansı yaş kateqoriyasını əhatə edir?
- Artroz xəstəliyinə ən çox yaşlı insanlarda rast gəlinir. Ancaq xəstəlik getdikcə cavanlaşır. İndi bəzən 35-40 yaşlı insanlarda da bu xəstəliyə rast gəlmək olur. Yeni doğulmuş körpələrdə anadangəlmə çıxıqlar olur. İnkişaf etmiş ölkələrdə normalda hər doğulan körpə ortopedik və travmatoloq tərəfindən müayinə olunur. Belə bir problem varsa, çox sadə üsullarla körpənin oynağı yerinə qoyulur və hər hansı bir anatomik pozğunluq meydana gəlmir. Amma bizim insanlarda belə bir düşüncə var ki, vəziyyət gərginləşdikdən sora ortoped-travmatoloqa müraciət olunur. Oynağın gec yerinə qoyulması da artroza səbəb ola bilir. Uzunmüddətli oynaq çıxıqlarında oynaqda gedən dəyişiklərdən dolayı hərəkət məhdudluğu və yerində olmaması səbəbilə oynaqlara problem yarana bilir.
- Artroz xəstəliyinin konkret müalicəsi varmı?
- Artrozun müalicəsi var. Amma ilk əvvəl artrozun səbəblərini aradan qaldırmaq lazımdır. Yeni başlamış artrozlarda səbəblər müəyyən edilib aradan qaldırılarsa, çox gözəl nəticələr əldə olunur. Yeni başlanmış artrozun qarşısı müalicə ilə alınır və əməliyyata ehtiyac olmur.
Son illərdə artrozun müalicəsində PRP-üsulundan istifadə edirik. Xəstənin öz qanından dərman hazırlanır və trombosit kütləsi çox olan kök hüceyrəsi əldə edilərək xəstənin oynaqlarına yeridilir. Bu zaman çox gözəl nəticələr əldə edirik. Kobudlaşmış artrozlarda isə cərrahi üsuldan istifadə olunur. Əməliyyat zamanı pozulmuş bir oynağın yerinə yeni bir oynaq qoyulur və xəstə ağrısız, hərəkətləri normal şəkildə həyatına davam edir.
Qeyd edim ki, artroz əməliyyatları hər yerdə edilmir. Bunun üçün ilk öncə yaxşı şərait, daha sonra isə güclü mütəxəssis olmalıdır. Çünki bu olduqca ciddi əməliyyatlardır. Xəstəyə orqan köçürülürsə, istifadə edilən implant çox önəmlidir. Əlbəttə ki, əməliyyatdan sonra xəstənin reabilitasiyası da vacib əhəmiyyət daşıyır.
- Müalicə və əməliyyatdan sonra xəstələr daha çox nələrə diqqət etməlidir?
- Xəstələrin ən çox diqqət etməli olduğu şeylər onların ağırlıq qaldırmaması və çəkisini artırmamasıdır. Çünki qoyulmuş oynaq xəstəni idarə etməlidir. Bu əməliyyatlardan sonra xəstədə heç bir hərəkət məhdudluğu və ağrı qalmır və onlar normal şəkildə işlərinə davam edirlər.
- Praktikanızda ən çox hansı travmalarla sizə müraciət ediblər?
- Uşaqlarda ən çox əl biləyi və dirsək sınıqları ilə müraciət edirlər. Böyüklərdə isə maşın qəzaları, inşaat sektorunda və məişət qəzalarında yaranan travmalarla bağlı bizə üz tuturlar. Bel sınıqları ilə müraciət edənlərin də sayı olduqca çox olur.
- Xəstələrinizi əməliyyata razı salmaq çətin deyil ki?
- Bizim əməliyyatlarda implantdan istifadə olunduğuna görə bir qədər bahalı əməliyyatlardır. Xəstəyə hər şeyi düzgün izah etdikdən sonra əməliyyata razı olur. Əlbəttə ki, heç bir kəs ağrı ilə yaşamaq istəməz.
- Hansı çətin əməliyyatları həyata keçirmisiniz?
- Kritik əməliyyatlarımız olduqca çox olub. Belə ki, budun, çanağın, onurğanın birgə sınığı ilə rastlaşmışıq. Bu əməliyyatlarda vaxt böyük rol oynayır. Zamanında xəstə müalicəsini alır, daha tez reabilitasiyaya başlaya bilir və yaxşılaşır. Xəstələr olub ki, hər iki bud sümüyünün boyun sınığı ilə müraciət ediblər. Onlar da əməliyyat olunub. Yaşlı insanların ağ ciyərində, ürəyində, damarlarında yanaşı xəstəliklərə də rast gəlinir. Bəzən olur ki, eyni vaxtda iki əməliyyat aparmalı oluruq.
Bundan başqa, ortopediyanın ən böyük əməliyyatlarından sayılan skalioz əməliyyatlarını da icra edirik. Bel əyriliklərinə, bel sınıqlarına vaxtında müdaxilə etdiyimiz zaman xəstələrdə heç bir qüsur qalmadan tam müalicə edirik.
- ATU-nun Tədris Cərrahiyyə Klinikasının travmatologiya şöbəsi digər klinikalardan nə ilə fərqlənir?
- İlk öncə onu deyim ki, yüksək səviyyəli peşəkarlardan ibarət həkim briqadamız var. Əməliyyatlar yüksək texnologiya əsasında həyata keçirilir. Süni oynaqların köçürülməsi, skaliozlar, artoskopik əməliyyatlar hər mərkəzdə icra olunmur. Biz isə bu sahəyə aid hər cür əməliyyatı ATU-nun Tədris Cərrahiyyə Klinikasında rahat şəkildə, yüksək səviyyədə icra edirik. İndiki dövrdə xəstələr həkimlərini düzgün seçsinlər.
Bizim klinikada xəstəyə yanaşma da fərqlidir. Təəssüflər olsun ki, günümüzdə çox yerdə xəstəyə müştəri kimi baxırlar. O qədər hallar olub ki, digər yerlərdə xəstələri aldadıb əməliyyata salmaq istəyiblər. Deyiblər ki, təcili əməliyyat olmalısan, yoxsa şikəst qalarsan. Halbuki, bizim müayinə o xəstələrə əməliyyatın lazım olmadığını göstərib. Əsas xəstəni düzgün müayinə və müalicə etməkdir. Xəstəni pula görə yox, vicdana görə müalicə etmək vacibdir. Belə olsa, vətəndaşlarımız müalicə üçün İrana, Almaniyaya, Türkiyəyə və ya başqa bir ölkəyə getməz.
Qeyd edim ki, ATU Tədris Cərrahiyyə Klinikası 24 saat ərzində xidmət göstərir. Bizim klinikada xarici ölkələrdən olan tələbələr təhsil alır. Eyni zamanda, bizdən də xaricdə təhsil almaq üçün tələbələrimiz gedir.
Namiq QULİYEV 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ