Cümə axşamı günü, 01 oktyabr 2026
     

Müasir dövlətçilik rəmzlərimizdəki azərbaycançılıq elementlərinin milli tarixə bağlılığı...

Image


Azərbaycan tarixinin formalaşdığı, dövlətçilik ənənələrimizin pərvəriş tapdığı Gəncə şəhəri zəngin keçmişi ilə şöhrət qazanıb. Müasir dövrümüzdə də Gəncə öz gözəlliyi ilə diqqəti cəlb edir. Gəncədə və Gəncə ətrafında mövcud olan abidələr, türbələr, məscidlər bir azərbaycançılıq ünvanı kimi məşhurdur. Qədim dövlətçilik ənənəmizin formalaşdığı Gəncə həm də XX əsrin əvvəllərində dövlətimizin ilk paytaxtı olub.
Gəncədə azərbaycançılıq hər zaman öz ucalıq mərtəbəsində dayanıb. Bu şəhərdə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası fəaliyyətə başlayıb. Gəncə XX yüzillikdə ilk müstəqil dövlətimizin ilk paytaxtı olub. Bu da Gəncənin milli dövlətçilik tariximizdə yerini əziz edir. Gəncəni Azərbaycanda daha məşhur edən və onun əzəmətini canlandıran möhtəşəm Gəncə xanlığıdır. Tarixçilər bildirir ki, Gəncə adının, toponiminin yaranması haqda yekdil rəy yoxdur. Bu adın doğuluşu haqda müəyyən fərziyyələr mövcuddur. Bəziləri bu toponimi ərəb dilində "Chanza", gürcü dilində isə "Ganca", bəziləri isə pəhləvi sözü kimi qəbul edir. Guya onun mənası pəhləvi dilində xəzinə, bar-məhsul anbarıdır. Azərbaycan tarixçilərinin apardığı tədqiqat bütün bu qənaətləri darmadağın edir. Onlar deyir ki, əvvəlki nəticələr elmi cəhətdən əsassızdır. Tarixçilərin fikrinə əsaslansaq, bu sözün Azərbaycan dilinə uyğun olduğunu qeyd edə bilərik. Digər mənbə isə bu adın Gancak tayfalarının adı ilə bağlı olduğunu iddia edir. Orta Asiya tarixçiləri yoxlayıb və təsdiq ediblər ki, həqiqətən də Gəncə adını tayfa adından götürüb. Tarixçilər bildirir ki, qədim mədəniyyətin beşiyi, Nizaminin ana yurdu olan Gəncə şəhəri cənub-şərqdə Kiçik Qafqazın ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncə çayının hər iki sahilində yerləşir. Tarixçi alimlərdən birinin dediyinə görə, Gəncə Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının inkişafında əvəzedilməz rol oynayan qədim karvan yollarının kəsişdiyi bir ərazidə yerləşdiyi üçün onun tarixi hər kəsdə böyük maraq doğurur. Tarixçilər vurğulayır ki, Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif tarixi mülahizələr mövcuddur. Bəzi alimlər şəhərin yaranmasını eramızdan əvvəl, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edir. Hətta 1940-cı illərdə aparılan arxeoloji qazıntılar nəticəsində bu nəticəyə gəlinib ki, burada eramızdan əvvələ aid yaşayış məskənləri olub. Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial-iqtisadi və mədəniyyət mərkəzi olduğunu qeyd etmək lazımdır. Gəncənin azərbaycançılığın yaşadığı bir diyar olduğunu deyən tarixçilər hesab edir ki, Gəncə bütün dövrlərdə Gəncəliyini qoruyub saxlaya bilib. Tarixçilərin sözlərinə görə, Gəncənin xanlıq dövrü onun həyatında daha əlamətdar hadisələrin baş verməsinə səbəb olub. Tarixi mənbələrdə yer alan məlumatlara görə, Gəncə xanlığı XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olmaqla yaranan Azərbaycan xanlıqlarından biridir. Tarixi mənbələrdə yazılır ki, şimali Azərbaycan ərazisində yaranan xanlıqlar arasında Qarabağ və Gəncə xanlıqları özünəməxsus yer tuturdu. Bu xanlıqlar uzun müddət Səfəvi İmperatorluğunun mühüm inzibati-ərazi vahidlərindən biri olan Qarabağ və ya Gəncə bəylərbəyliyi ərazisində meydana çıxıb. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsi Azərbaycanda müstəqillik uğrunda mübarizəni daha da gücləndirdi. Bunun da nəticəsində Azərbaycan ayrı-ayrı feodal torpaqlarına - xanlıqlara parçalandı. XVIII əsrin ortalarında belə xanlıqlardan biri də Gəncə xanlığı idi. Şahverdi xan Ziyadoğlu-Qacar 1740-1756-cı illərdə Gəncə xanı oldu. Xanlığın mərkəzi Gəncə şəhəri idi. XVIII əsrin 80-ci illərində hakimiyyətdə olan Cavad xanın (1785-1804) dövründə Gəncə xanlığı xeyli möhkəmləndi. Gəncənin xüsusilə əlverişli mövqedə yerləşdiyini nəzərə alan Rusiya həmin ərazini ordunun dayağı kimi istifadə edərək Azərbaycanın digər xanlıqlarını da işğal etmək üçün buranı seçdi. Rus ordusunun komandanlığı Gəncəni "İranın şimal əyalətlərinin açarı" adlandırırdı. General Sisianov yazırdı ki, Gəncə qalası özünün əlverişli coğrafi mövqeyi ilə Azərbaycan ərazisində xüsusi rol oynayır, ona görə də Rusiya üçün onu tutmaq ən önəmli məsələdir. Cavad xana təslim olmağı bir neçə dəfə təklif edən Sisianov hər dəfə rədd cavabı aldı. 1803-cü il noyabrın 20-də general Sisianov Tiflis istiqamətindən Gəncəyə sarı hərəkətə başladı, qoşun dekabr ayında Gəncə qalasına gəlib çatdı. Qalanı almağın çətin olduğunu başa düşən Sisianov müəyyən hazırlıqdan sonra, 3 yanvar 1804-cü ildə, səhər saat 5-də hücum əmri verdi, ağır döyüşdən sonra ruslar qalanı aldılar. Bu döyüşdə Cavad xan və iki oğlu qəhrəmancasına həlak oldu. Gəncə müharibəsində, yaralılardan savayı, iki mindən çox adam həlak oldu, on səkkiz minədək adam isə əsir götürüldü. Bu işğaldan sonra Gəncə şəhərinin adı Aleksandrın arvadı Yelizavetanın şərəfinə dəyişdirilərək Yelizavetpol qoyuldu. Sovet dövründə isə bu qəhrəman şəhər Kirovabad adlandırıldı. 1989-cu ildən etibarən isə Gəncənin adı yenidən özünə qaytarılıb. Tarixçilər bildirir ki, o vaxt Gəncə xanlığının ərazi vahidliyinə Samux, Kürəkbasan, Dağlıq, Şəmkir və Ayrım mahalları daxil olub. Cavad xandan öncə Gəncəyə Şahverdi xan Ziyadoğlu-Qacar, Məhəmmədhəsən xan Ziyadoğlu-Qacar, Məhəmməd xan Ziyadoğlu-Qacar və Məhəmmədrəhim xan Ziyadoğlu-Qacar xanlıq edib. Gəncə xanlığı dövründə azərbaycançılığın diqqət mərkəzində olduğunu deyən tarixçinin bildirdiyinə görə, bu, Gəncə xanlığının bayrağında da özünü göstərirdi. Tarixçilərin sözlərinə görə, Gəncə xanlığının bayrağı müasir, müstəqil Azərbaycan dövlətinin bayrağına bənzəyib. Alimlər yazır ki, hələ 18-ci əsrdə Gəncə xanlığının bayrağı mövcud olub. Hazırda həmin bayraq Gəncə şəhərinin gerbidir. Gəncə xanlığının bayrağındakı simvollara və onların mənalarına baxsaq görərik ki, məhz 1918-ci ildə qəbul edilən və indi də Azərbaycan Respublikasının bayrağı və gerbində, demək olar ki, eyni mənaları daşıyan analoji simvollardan istifadə olunub. Xanlığın bayrağının uzunluğu 127, eni isə 174 sm-dir. Dördkünc qumaş məxsusi toxunan və əl ilə bir-birinə tikilən moruğu və yaşıl rəngli xara parçalarından hazırlanıb. Yuxarı hissənin sol tərəfində üç qızılı rəngli gül dəstəsi, al qırmızı rəngli bir uzunsov dairə, sağ hissəsində isə qızılı rəngli iki uzunsov dairə yerləşdirilib. Qızılı zanbaq gülləri ilə əhatələnən qırmızı dairənin içində ərəb əlifbası ilə zərlə Allah sözü yazılıb. Təbii elementlərdən olan gümbəzlər qırmızı rəngli ay-ulduzla bitir. Ortadan iki hissəyə bölünən çərçivədə ərəbcə "Allah döyüş zamanı döyüşənləri evdə oturanlardan üstün tutur. Allah onlara fərq qoymadan, hamısının Allaha yaxınlaşmasından ötrü dərəcələr bəxş edər və onların günahlarını bağışlayar. Allah mərhəmətlidir, bağışlayandır" sözləri həkk edilib. Mərkəz hissə ara xətləri ilə on qata bölünüb. Bu qatlarda qızılı saplarla ərəbcə aşağıdakı yazı beş dəfə təkrarlanıb: "Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın elçisidir". Gəncə xanlığının bayrağı bir dənə olub, o bütün xanlıqların simvolu kimi öz əzəmətini qoruyub saxlayıb. Gəncə xanlığının bayrağında olan simvollar və mənaların açılmasına gəlincə, tarixçilər bildirir ki, rəmzlər türkçülüklə, islamçılıqla yaxından əlaqəlidir. Tarixçilərin sözlərinə görə, günəş əbədi həyatı, ay əbədi azadlığı, 8 guşəli ulduz türkçülüyü, palıd yarpağı möhtəşəmliyi, uzunömürlülük və müdrikliyi, yaşıl rəng isə islamı təmsil edir. Eyni simvollar həm bayrağımızda, həm də gerbimizdə öz əksini tapmaqdadır, özü də eyni mənalarda. Tarixi ardıcıllığa fikir versək görərik ki, bizdə bayraq, gerb kimi simvolların hazırlanması ənənəyə söykənir. Bu da azərbaycançılığın uzaq-uzaq mənzillər dəf edərək xanlıqlarımızın da taleyində mühüm rol oynadığını göstərir. Tarixçilərdən birinin Gəncə xanlığının bayrağı ilə bağlı maraqlı fikri var: "Bəziləri deyir ki, Azərbaycan Demokratik Respublikasından miras qalan, müasir, müstəqil Azərbaycanın Dövlət Bayrağı ideyası haradan qaynaqlanıb? Burada Gəncə xanlığının bayraq elementlərindən istifadə edilib".
Gəncə xanlığının bayrağı Gəncə Dövlət Muzeyində mühafizə edilir. Cavad xanın qəhrəmanlıq göstərdiyi Gəncədə onun məqbərəsinin ucaldığını bildirən tarixçilər bildirir ki, bu abidə dahi şəxsiyyətin halal haqqıdır. Tədqiqatçılar bildirir ki, Gəncədəki Cümə Məscidinin həyətində ucaldılan bu möhtəşəm məqbərə Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. 2005-ci il yanvar ayının 17-də məqbərənin açılış mərasimi oldu. Azərbaycan xalqının igid oğlu gəncəli Cavad xan 1804-cü il yanvar ayının 3-dən 4-nə keçən gecə Çar Rusiyasının işğalçı ordusunun generalı Sisianova qarşı Gəncənin xilası yolunda qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. Cavad xanla bərabər oğlu Hüseynqulu ağa da qəhrəmancasına həlak olub. Cavad xanın arvadı Bəyim xanım da düşmənə əyilməyib, onun qarşısında vüqarını sındırmayıb. Cavad xan Ziyadoğlu 1785-ci ildən 1804-cü ilin yanvarın 3-dək Gəncəyə ədalətlə xanlıq edib. Ziyadoğlular Azərbaycanda çox nüfuzlu 9 Qızılbaş tayfalarından olan Qacarların bir qoludur. IX-X əsrlərdən Azərbaycanda hakimiyyəti güclənən Ziyadoğlular 400 ilə qədər Gəncə bəylərbəyliyini idarə ediblər. Cavad xanın hakimiyyəti dövründə xanlığın ərazisi genişləndirilib. O müstəqil siyasət yeridib, xanlığın özünün şəhərdə zərbxanası, bayrağı olub. O, Sisianovun hədə ilə dolu məktublarına rədd cavabı verərək ona "yalnız mən öləndən sonra Gəncəni ala bilərsən" deyib. Cavad xanın bayrağının üstündə olan emblem onun ruhuna hörmət, xalqımızın qəhrəmanlığının, əyilməzliyinin rəmzi kimi Gəncə şəhərinin emblemi kimi qəbul edilib. Tarixçilərin sözlərinə görə, Gəncə xanı Cavad xan haqqında "Azərbaycanfilm" Kinostudiyasında çəkilən "Cavad xan" filmi bu böyük şəxsiyyətin ruhuna böyük ehtiramın nəticəsidir. Tarixçilər bildirir ki, Gəncə yaxınlığında Cavad xanın heykəlinin ucaldılması da planlaşdırılır. Yalnız Gəncənin deyil, bütün Azərbaycanın fəxri olan Cavad xanın öz qanı ilə suvardığı Vətən torpağında heykəlinin qoyulması bir azərbaycançılıq abidəsi kimi daim ziyarət yeri olacaq. Cavad xan Azərbaycanın bütövlüyünü istəyirdi. Onun arzusu bütün xanlıqları birləşdirərək müstəqil Azərbaycan dövləti yaratmaq idi. Odur ki, bütün xanları danışığa, ortaq məxrəcə gəlməyə dəvət edirdi. Amma onun arzusu o dövrdə yerinə yetmədi. Şükür Allaha ki, Cavad xanın istəyi bu gün reallaşıb. Azərbaycan dövləti müstəqildir. Cavad xanın öz bayrağı vardı və bütün zəfərləri o bayrağın kölgəsində qazanırdı. Cavad xanın şəhid olmasının üstündən əsrlər keçib, amma xalqımız onun qəhrəmanlığını yaddan çıxarmayıb. Sağ olsun Azərbaycan dövləti ki, Vətənin azadlığı, bütövlüyü uğrunda mübarizə aparıb şəhid olan şəxsiyyətləri, insanları heç zaman unutmur. Cavad xan azərbaycançılığa xidmət edən dövlət xadimi olub. Belə olmasaydı, onun bayrağında azərbaycançılıq simvolları olmazdı.
Azərbaycanın qədim azərbaycançılıq məkanlarından olan ulu Gəncə şəhərinin dövlətçilik simvolları müasir dövlətçilik atributlarımızda öz davamını tapır. Əlbəttə, Azərbaycan Demokratik Cumhuriyyətinin ilk beşiyi olan Gəncə hər zaman azərbaycançılıq mərkəzi, bu ideyanın ilhamvericisi kimi tanınır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur. 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ