Azərbaycanda son illər ailə-məişət zorakılıqlarının, zorakılıq cinayətlərinin sayı iki dəfə artıb. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Elmira Axundova Milli Məclisin komitəsinin bu gün keçirilən iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.