Azərbaycanda şagirdlərin 1 ayda 7 gün dərs buraxmasına görə valideynlər üçün tətbiq edilən cərimə ləğv edilir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsində yeni dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslərin yüz manat miqdarında cərimə edilməsi ləğv edilir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi nəzərdə tutan yeni qanun layihəsi Milli Məclisin aprelin 15-də keçiriləcək plenar sessiyasında müzakirəyə çıxarılacaq.