Cümə axşamı günü, 01 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan Tibb Universitetindən əhaliyə mesaj: bel ağrıyanda massaja qaçmayın!
Tarix: 31.03.2016 / 01:41
Bölmə: Sosial
Fizioterapevt Nurlana Əliyeva: "Ağrıkəsicilərlə vaxtı uzadıb xəstəliyi ağırlaşdırmaq olar"
Son illər əhali arasında bel ağrılarından şikayətlərin sayı çoxalır. Ən sağlam orqanizmə malik insan belə, ömründə heç olmasa bir dəfə bel nahiyəsində ağrı hiss edir. Son dövrlərdə isə bu problem nəinki Azərbayjanda, ümumiyyətlə bütün dünyada çox aktualdır.
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının fizioterapiya və reabilitasiya şöbəsinin həkimi, tibb elmləri namizədi Nurlana Əliyeva deyir ki, bel ağrısı müxtəlif mənşəli ola bilər. Bəzən böyrəklərdə, əzələ sistemində olan problemlər də beldə ağrılara səbəb olur. Lakin bu ağrıların əksər hissəsi əsasən onurğa sütununda olan dəyişikliklərlə bağlıdır.
-Nurlana xanım, hansı hallarda bel ağrısı ilə bağlı həkimə müraciət etmək lazımdır?
- Əgər ev şəraitində aparılan yüngül müalicə, ilkin tədbirlər nəticə vermirsə və ağrılar iki sutkadan çox davam edirsə, artıq həkimə müraciət etmək lazımdır. Bu məsələdə mühüm olanı xəstələrə düzgün diaqnozun qoyulmasıdır. Çünki bəzən xəstələr ara həkimlərinə müraciət edir və ya digər üsullardan istifadə edirlər: ağrıkəsicilər, isidici plastırlar, banka qoyulması, quluncun qırılması kimi metodlardan istifadə edirlər. Bəzən olur ki, bu, xəstəliyin daha da ağırlaşmasına gətirib çıxarır.
Əgər bel ağrıları birdən-birə başlayırsa, ağrılar o qədər də şiddətli deyilsə və bundan başqa orqanizmdə heç bir problem yoxdursa, şiddətli ağrı deyilsə və ilk dəfə yaranırsa, onda yataq rejimini gözləmək, bir sutka ərzində müəyyən ağrıkəsicilərdən istifadə etmək olar. Amma ağrı proqressivləşirsə, ağrı ilə yanaşı digər problemlər çıxırsa - ayaq keyiyirsə, sidikdə problemlər yaranırsa, temperatur qalxırsa, onda mütləq həkimə getmək lazımdır.
-Əgər bel ağrıları yalnız yorğunluğa görə yaranıbsa, bu halda qulunc qırmaq kimi metodlardan, masajdan istifadə etmək olarmı?
-Bəzən elə olur ki, daim ayaq üstündə olan və ya daimi oturaq həyat tərzi keçirən şəxslərdə, həmçinin əzələ dartınması olanlarda bel ağrıya bilər. İstənilən halda çox yaxşı olardı ki, həkim müayinəsindən keçəndən sonra massaj təyin olunsun. Yoxsa ayrı fəsadlar yarada bilər.
Yırtıq və protruziya zamanı ağrıyan nahiyəyə istiliyin verilməsi, banka qoyulması xəstələrin durumunu daha da çətinləşdirir. Bu hallarda əskinə, həmin hissə soyudulmalıdır.
-Onurğa problemləri zamanı hansı hallarda əməliyyatın aparılması mütləqdir?
-Adətən xəstələr arasında belə bir narahatlıq olur ki, bel ağrıyırsa, demək mütləq əməliyyat olunmalıdır. Halbuki, heç də bütün xəstələrdə əməliyyata göstəriş olmur. Biz müxtəlif testlər, müayinələrin köməyilə xəstənin hansı müalicəyə ehtiyacı olduğunu müəyyənləşdiririk. Xəstə bizim xəstədirsə, fizioterapiyaya ehtiyacı varsa, özümüz müalicə edirik. Lazım gələndə, neyrocərraha göndəririk, əməliyyat məsləhət görürük.
Biz özümüz xəstəyə ağrıkəsici və soyuq verməklə bel nahiyəsində ödəmin - şişin götürülməsini təmin edirik. Sonra da uyğun terapiya seçilir. Lakin onurğada böyük ölçüdə, sinir köklərini sıxan, xəstənin gəzməsinə problem yaradan yırtıq varsa, hökmən neyroçərraha müraciət olunmalıdır.
-Yırtıqlardan söz düşmüşkən, niyə bu problem daha çox yayılıb?
-Biz elə bilirik ki, insan orqanizmində daimi işləyən orqan ürək və sinir sistemidir. Lakin onurğa da demək olar daim fəaliyyətdədir və bunu nəzərə almaq lazımdır.
Bu gün aktual olan məsələ - belarası fəqərələrin yırtığının yaranmasıdır. Onurğa insanın dayaq nöqtəsidir, bel də bütün yükü daşıyır. Çəki çox olanda, ağır yük qaldırıb itələdikdə bel nahiyəsinə daha çox yük düşür. Belə olanda fəqərələrin arasında yastıq funksiyasını daşıyan, sürtünmənin qarşısını alan qığırdaqlarda deformasiyalar yaranır. Yırtıqlar (qrıja), protruziyalar ortaya çıxır.
Bundan başqa, onurğa sütununda fəqərələrin bir-birinin üzərində sürüşməsi də olur. Hər bir insanın quruluşu elədir ki, fəqərələr arıdıcıllıqla düzülüb. Onların bir-birinə nəzərən önə, arxaya yerdəyişməsi ağrılar yaradır.
Digər səbəblərdən biri onurğa kanalında əmələ gələn stenozlardır. İnsan yaşa dolduqca belinə düşən yükün artması fəqərələr arasındakı bağlarda qalınlaşmalar əmələ gəlir. Bu da onurğa kanalındakı sinirlərin sıxılmasına, həmin nahiyənin daralmasına gətirib çıxarır.
Xalq arasında "sümük yumşalması" - osteoporoz deyilən xəstəliyə də çox rast gəlinir.
-Bu problemləri önləmək üçün hansı profilaktik tədbirlər görülməlidir?
-Profilaktika kimi kökəlməmək, çəkinin artmasının qarşısını almaq, idmanla məşğul olmaq məsləhətdir. Həm bel, həm qarın əzələləri məşq etdirilməlidir, qüvvətləndirilməlidir. Çünki möhkəm əzələlər sanki korset funksiyasını yerinə yetirmiş olur.
Vətəndaşlar düzgün oturmalıdır. Bir tərəfə, yaxud önə əyilmək olmaz, əks təqdirdə skalioz yarana bilər. Kimsə işi ilə bağlı uzun müddət ayaq üstündə durmaq məcburiyyətindədirsə, onda ayaqlarını hərəkət etdirməklə belə düşən yükü bölüşdürməlidir.
Ən vacib məsələlərdən biri də - yataqlar düzgün seçilməlidir. Fiziki işlə oturaq işləri növbələşdirmək lazımdır. Məsləhət görərdim ki, hər kəs ağır yükü götürməkdən çəkinsin. Kişilərin diqqətinə çatdıraq ki, siqaret çəkilməsi də bellə bağlı problemləri artırır. Çünki orqanizmin bütün toxumalarında olduğu kimi, bel əzələlərində də oksigen çatışmazlığı yaranır. Bu da bir az zədələnməklə çətinliyə düşən əzələlərin daha da zəifləməsinə gətirib çıxarır.
Hidroterapiya - üzgüçülüklə məşğul olmaq, hovuza getmək də ağrıların azalmasına, həm də insanların düzgün formalaşmasına kömək göstərir.
- Dediniz ki, bu məsələdə ən mühüm addım düzgün diaqnozun qoyulmasıdır. Bunun üçün hansı üsullardan istifadə olunur?
- İlkin müayinə zamanı ciddi onurğa problemindən şübhələniriksə, son diaqnozun qoyulması üçün maqnit rezonans tomoqrafiyadan (MRT) istifadə edirik. Bəzən xəstələr, daha ucuz olması, tez alınması üçün səhvən kompyuter tomoqrafiyasından istifadə edir. Lakin bunlar fərqli müayinələrdir. Onurğa patologiyası zamanı mütləq MRT-dən keçmək lazımdır. Bəzən isə MRT nəticələri olduğu halda rentgen müayinəsindən də keçiririk. Çünki rentgeni xəstənin hərəkətdə olduğu halda da çəkmək olur.
Düzgün diaqnoz qoyulursa və düzgün müalicə aparılırsa, əməliyyatdan sonra şikayətlərin 95 faizi bitir. Çox az hallarda ağrılar qismən azalmış olur.
Onu da deyim ki, digər xəstəxanalardan fərqli olaraq, ATU-nun Tədris Cərrahiyyə Klinikasında xəstələrə kompleks yanaşma mövcuddur. Əvvəllər xəstə bir xəstəxanada əməliyyat olunurdu, sonradan fizioterapiya üçün ayrı yerə göndərilirdi. Klinikamızda isə xəstənin tam müalicəsi üçün hər cür şərait yaradılıb.
Baki-xeber.com
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Tarix: 30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Tarix: 30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
Tarix: 30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir"
- Siyavuş Novruzov
Tarix: 30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi
- FOTO
30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?...
- VIDEO
30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...
30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir
30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu
- heç kim güzəştə getmək istəmir…
30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi
- sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...
30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ