Bakıda intihar hadisəsi baş verib. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Naxçıvanski 81a ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Jalə Nizami qızı Teymurova 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
İntiharın səbəbləri məlum deyil.
Polisdən bildirilib ki, Jalə Teymurova Bakıdakı tibb müəssisələrindən birində tibb bacısı işləyib.