Cümə axşamı günü, 01 oktyabr 2026
     

Səbailin Mühafizə İdarəsinin iki polis serjantı...

Image


İdmanda və xidmətdə...

Bu gün onları hamı tanımasa da, idmançılar yaxşı tanıyırlar. Hər dəfə görüşəndə əldə etdikləri qələbələrdən, dövlətimizin idmana və idmançılara olan qayğısından söhbət açıb bayrağımızı daha ucalara qaldırmaqdan ötrü var gücləri ilə məşq etdiklərini dilə gətirirlər. Bəli, bu gün ölkəmizdə idmana diqqət və qayğı yetərincədir.
Məhz bu qayğının nəticəsidir ki, idmançı həmkarlarımız da böyük uğurlara imza atır, öz təcrübələrini yetişməkdə olan perspektivli gənclərlə bölüşürlər.
Polis serjantları Razim Hüseynov və Azər Həsənov hər ikisi Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşıdır. İdarədə olarkən ötən ilin göstəricilərindən söhbət açan rəis, polis polkovniki Habil Əsədov onlar barədə danışarkən həm yaxşı polis, həm də təcrübəli idmançı olduqlarını xüsusi vurğuladı. Bildirdi ki, idarənin gənc əməkdaşlarında idmana olan həvəsin yaranmasında da onların əməyi az deyil...
Bu yerdə bir şeyi etiraf etmək yerinə düşər. Mühüm dövlət obyektlərini, vətəndaşların mallarını, mülklərini, mənzillərini mühafizə etmək, peşəkarlıqla yanaşı, həm də böyük məsuliyyətdir.
Son zamanlar əhalinin mühafizə polisinə üz tutmasının əsas səbəbi də məhz sadaladığım keyfiyyətlərdir. Əsas odur ki, insanlar polisə inanır, etibar edir, onun xidmətindən razıdır.
Bu dəfə də elə bayram ərəfəsində xidmət başında görüşdük. Razim Hüseynovu çoxdan tanısam da, Azər Həsənovla orda tanış oldum. Bayramlaşıb hal-əhval tutdum. Zarafatla: "Hamı evində bayramı qeyd edir, biz də xidmətdəyik",- deyəndə hər ikisi gülümsədi.
"Xidmətdə olmaq, həvalə olunan işin öhdəsindən canla-başla gəlmək, etibar ediləni qorumaq, xalqına, vətəninə xidmət etmək ikiqat bayramdır və bu sevinci yaşamaq nəyə desən dəyər", - dedi həmkarlarım.
Söhbət hərlənib-fırlanıb idmanın üstünə gələndə Razim Hüseynov "Məndən çox yazmısan, indi də qardaşımızın uğurlarından yaz, oxucular, gənclərimiz onu daha yaxından tanısınlar" - deyib, üzünü Azər Həsənova tutdu...
Polis serjantı Azər Həsənov 1979-cu ildə Qarakilsə (Sisyan) rayonunun Urud kəndində doğulub. Məlum hadisələr zamanı ailəsi ilə Bakıya pənah gətirib. Hələ uşaqlıqdan idmana böyük həvəs göstərib. Əməkdar məşqçi Nurəddin Quliyevdən karatenin sirlərini öyrənib. Dəfələrlə respublika birincisi olub. On ildən çoxdur ki, peşəkar idmandadır. 1999-cu ildən isə DİO-da xidmət edir.
Onlar əldə etdikləri uğurları sadalamaqda həmişə çətinlik çəkirlər və mən bunu dəfələrlə müşahidə etmişəm. Bu bütün güclü idmançılara xas olan xüsusiyyətdir.
Həmkarımız 2014-cü ildə Latviyada karate-do üzrə keçirilən beynəlxalq yarışda ikinci yeri tutub, gümüş medal qazanıb. 2015-ci il isə onun üçün daha uğurlu olub. Riqa şəhərində keçirilən Avropa çempionatının qızıl medalını qazanıb.
Deyir ki, rəqibləri təcrübəli idmançılar, dünya çempionları idi. Avropada 30-a yaxın ölkənin qatıldığı yarışda ən güclülərin dizini yerə gətirmək və Azərbaycanın bayrağını zirvələrə qaldırmağın həyəcanı, sevinci bir başqadı və bu hissi yalnız yaşayanlar bilər. Azər ötən il həm də 88 kiloqram çəki dərəcəsində dünya çempionu olmaqla bərabər, gücünü karatenin digər versiyasında sınayıb və bürünc medal qazanıb. Bir qızıl, bir bürünc. O, 2017-ci ildə Bakıda keçiriləcək İslam oyunlarına hazırlaşır, əsas hədəfi dövlətimizin idmana olan diqqətini və qayğısını qazandığı qələbə ilə bir daha qalib kimi hər kəsə sübut etməkdir.
Yeri gəlmişkən, övladı yolunu davam etdirir, o da karatedə ilk uğurlarını qazanır.
Google axtarış sistemində Razimin adını yazsanız heyrət sizi bürüyəcək. Yük maşınını dartmaq, ən ağır çəkilərin öhdəsindən asanlıqla gəlmək hər oğulun işi deyil. Güc Razimin fitrətindədir. 2015-ci il onun da həyatında maraqlı anlarla yadda qalıb. Paurliftinq üzrə Azərbaycanda keçirilən Avropa çempoinatında 125 kiloqram çəki dərəcəsində birinci, bu il keçirilən yarışda zədəli olduğu üçün ikinci, bir neçə gün bundan öncə keçirilən çempionatda isə isə 3-cü yeri tutub. Razim bütün dünyada məşhur olan, həmçinin Azərbaycanda da keçirilən "Stronqmen" idman yarışlarının dəfələrlə qalibi olub. O da 2017-ci ildə keçiriləcək İslam Oyunları İdman Olimpiadasına hazırlaşır.
İnanırıq ki, xidmətlərində əldə etdikləri uğurlarla yanaşı, hər iki idmançı həmkarımız idmanda da Vətənimizin bayrağını zirvələrə qaldıracaq, himnimizi hər zaman böyük tribunalarda səsləndirəcəklər.
Uğur olsun!
Hafiz Təmirov,
polis mayoru



hafiz2



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ