Cümə axşamı günü, 01 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixdə iz buraxanlar: Sultan I Süleyman xan
Tarix: 29.03.2016 / 01:38
Bölmə: Sosial
Osmanlı sultanlarının onuncusu, İslam xəlifələrinin yetmiş beşincisidir. Sultan I Süleyman xan 27 aprel 1495-ci ildə Trabzonda anadan olub. Atası Sultan I Səlim xan, anası Aişə Hafizə xanımdır. Sultan I Süleyman, "Qanuni" ləqəbilə məşhur olub. Avropalılar da ona "Böyük Türk" ləqəblərini veriblər.
Sultan I Süleyman xan 15 yaşına qədər Trabzonda qalıb, atası Səlim xanın vəzifələndirdiyi o dövrün tanınan alimlərindən dərs alıb. 1509-cu il avqust ayının 6-da babası II Bəyazid xan tərəfindən Krım yarımadasındakı Kəfə bəyliyinə göndərilib. Atası Sultan I Səlim xan Osmanlı taxtına keçdikdə Krımdan İstanbula çağırılıb. 1513-cü ildə ona Sarıxan (Manisa) bəyliyi verildi. Səlim xan vəfat etdikdə Manisada olan Şahzadə Süleyman Vəzir Piri Məhməd paşa vasitəsilə İstanbula dəvət edildi, 1520-ci il sentyabr ayının 30-da taxta çıxarıldı və osmanlıların onuncu sultanı və yetmiş beşinci İslam xəlifəsi oldu. Məmləkətin daxili işlərini yoluna qoyub, Osmanlı ölkəsində əminamanlığı təmin etdikdən sonra Avropa səfərlərinə çıxıb.
Sultan I Səlim xanın dövründə Osmanlı dövləti Şərq siyasətini təqib edərək sərhədlərini təhlükəsizlik altına almışdı. Buna görə Sultan Süleyman xan Şərqdən əmin olaraq ilk səfərini Avropa üzərinə etdi. Orta Avropanın açarı sayılan və əvvəlki dövrlərdə üç dəfə mühasirə altına alınıb fəth edilə bilməyən Belqrad üzərinə səfərə çıxdı. 1521-ci il may ayının 18-də İstanbuldan yola çıxan Qanuni Sultan I Süleyman xan 29 avqusta qədər şəhərin ətrafındakı qalaları fəth etdi. Avqust ayının 29-da isə möhtəşəm bir hücumla Belqrad qalasını fəth edib böyük zəfər qazandı. O, Belqradın abadlaşdırılması üçün xəzinədən böyük həcmdə yardımlar etdi.
Sultan Süleyman taxta keçdikdə Qara dəniz, Mərmərə və Ege dənizləri türklərə aid idi. Belə olmasına baxmayaraq Aralıq dənizi tamamilə Osmanlı hakimiyyətində deyildi. Qərbi Anadolu sahillərinə çox yaxın olan Rodos adasının coğrafi və strateji baxımından Osmanlı düşmənləri ilə müttəfiq olaraq hərəkət edirdi. Bu ada xaçlı qaniçənlərin idarəsində olub dəniz quldurlarının yatağı halında idi. Rodosun idarəçiləri Osmanlı dövlətinə qarşı, papalıq başda olmaqla xristian dövlətlər və qiyamçılarla davamlı münasibətlərdə olaraq Osmanlı dəniz ticarətilə müsəlmanların həccə getmələrinə mane olurdular. Bundan əlavə, Anadolu sahillərinə təzyiq etməklə əhaliyə tacavüz etdikləri kimi, Qanuni Sultan I Süleyman xanın taxta keçişində də həyasızca hərəkətlər etmişdilər. Bütün bu səbəblər nəticəsində 700 gəmidən əmələ gələn Osmanlı donanması, əvvəl ikinci Vəzir Çoban Mustafa paşanın komandanlığında Rodosa göndərildi. Osmanlı donanmasının ardından 1522-ci il iyun ayının 16-da padşah İstanbuldan Qapıqulu və Tımarlı süvarilərilə yola çıxdı. İyulun 28-də Marmarisdən Rodosa keçən Sultan Süleyman qalanın təslimini istədi. Müqavilə ilə Rodos təslim edilmədikdə döyüş başladı. Zamanın ən sağlam qalasına sahib olan Rodosun avropalılardan çox yardım almasına baxmayaraq, dövrün bütün silahlarından istifadə edən Osmanlı ordusu qarşısında dözə bilməyəcəyi bəlli idi. Osmanlı topçularının sayəsində Rodosun bütün istehkamları türkün əlinə keçdikdə başçı müqavilə ilə adanı Osmanlılara təslim etdi. 1522-ci ilin dekabr ayında türk hakimiyyətinə daxil edilən Rodos adasından üç minə yaxın müsəlman əsirlər xilas olundular. Xaçlılar adanı tərk etdikdən sonra Sultan Süleyman xan adanın yenidən inşasını əmr etdi. Papalığın Şərqdəki son təmsilçisi olan Saint-Jean xaçlı dövləti dağılaraq Qərbi Anadolu dəniz quldurluğu yox edildi. İstanbul - Suriya - Misir dəniz ticarəti və həcc yolu təhlükəsizlik altına alındı.
Macar kralı II Layoşun Şalken ilə əqrəbalıq bağı yaradıb Osmanlı dövlətinə qarşı Sultan Süleyman xanın hakimiyyətindəki Eflak və Boqdan bəyliklərilə ittifaq qurması, papalığın xaçlı ruhu ilə xristianlığı ləkələməsi və əsir düşən fransız kralı üçün anasının Osmanlı sultanından yardım istəməsilə Qanuni Sultan I Suleyman xan Mohaç səfərinə çıxdı. 1526-cı il aprel ayının 23-də İstanbuldan hərəkət edən Sultan Süleyman 1526-cı il avqust ayının 29-da Macarıstanı və xaçlı ordusunu Mohaç meydan döyüşündə məğlubiyyətə uğradaraq zəfər qazandı. Beləcə, Macarıstan krallığının paytaxtı Budin (Budapeşt) daxil olmaqla Macarıstan və Erdel (Transilvaniya) türklərin hakimiyyəti altına girdi.
Mohaç meydan döyüşündən sonra Macarıstanda hərbi hərəkat bitmiş, siyasi hərəkat başlamışdı. Osmanlı padşahının Budinin mühafizəsi üçün əhalinin də arzusu ilə təyin etdiyi Zapolyaya qarşı Vyana Arşidükü Ferdinand Macar kralı olmaq üçün hərəkətə keçmişdi. Bu məqsədlə Ferdinand 1527-ci ildə Macarıstana girib Zapolyanı məğlubiyyətə uğradaraq Budini işğal etdi. Macarıstandakı hadisələri yoluna qoymaq və Zapolyaya yardım etmək üçün Sultan Süleyman xan 1529-cu il may ayının 10-da Avstriya səfərinə çıxdı. Ferdinandın işğalındakı Budin sentyabr ayının 8-də təslim alındı. Zapolya Osmanlıya sadiq qalmaq şərtilə sentyabr ayının 14-də Kral Yanoş rütbəsilə Macar taxtına keçirildi. Osmanlı ordusu sentyabr ayının 22-də Avstriyaya girib Vyananın yaxınlığına qədər gəldi və sentyabrın 25-də bu şəhərin təslim edilməsini tələb etdi. Bu tələb qəbul edilmədiyinə görə sentyabr ayının 29-da şəhəri mühasirə altına aldı.
1529-cu ildə Avstriya səfərində türk piyadaları Osmanlı tarixinin ən böyük yürüş hərəkatlarından birini həyata keçirərək Avstriya və Cənubi Almaniya torpaqlarını zəbt edib osmanlıların əzəmətini bütün Avropaya göstərdilər. Müqəddəs Roma-Cermen imperatoru Şarlken qorxusundan meydan döyüşünə çıxa bilmədi.
Müqəddəs Roma-Cermen imperatoru Şarlkenin və qardaşı Avstriya və Bohemiya kralı Ferdinandın Macarıstanın daxili işlərinə qarışmasıyla Kral Yanoş Sultan I Süleyman xandan yardım istədi. Padşah 1532-ci il aprel ayının 25-də Almaniya səfərinə çıxıb 120 min nəfərlik ordusuyla Avstriyanı zəbt etdi. Şarlken 250 min nəfərlik xristian ordusuyla osmanlıların qarşısına çıxmağa cəsarət edə bilmədi. Sultan Süleyman xanın Almaniya səfəri münasibətilə Orta Avropada olmasından qorxub meydan döyüşlərindən qaçan Şarlken 1533-cü il iyun ayının 22-də İstanbulda imzalanan müqavilə ilə Osmanlı dövlətinin üstünlüyünü qəbul etdi. Beləcə, Şarlkenin "Avropa imperatorluğu"nu qurmaq proyekti baş tutmadı və Osmanlı dövləti Avropada söz sahibi oldu.
Osmanlı dövlətinə tabe olan Macarıstan kralı Yanoş öldükdə Kral Ferdinand bu fürsətdən istifadə edərək Budinə böyük bir Avstriya-alman ordusunu sövq etdi. Macar kraliçası İzabella Sultan I Süleyman xandan yardım istədi. 1541-ci il iyun ayının 20-də İstanbuldan hərəkət edən türk ordusunun yaxınlaşdığını xəbər alan Ferdinandın ordusu Dunay çayını keçmək istərkən Osmanlı ordusunun mahiranə hərəkətilə 21 / 22 avqust gecəsi məhv edildi. Sultan Budində ədaləti bərpa etdi.
Papanın təşviqi ilə Venedik dövlətinin Osmanlı dövlətinə qarşı riyakarca davranması Süleyman xanın hərəkətə keçməsinə səbəb olub. 1537-ci il may ayının 17-də İstanbuldan yola çıxan Sultan Süleyman xanın bu səfərindəki hədəf Adriatik və İtaliya idi. 13 iyul 1537-ci il tarixində Avropaya gələn padşah Adriatikdəki əsgərlərə yardım edib venediklilərin təhriki ilə çıxan üsyanları yatırtdı. Osmanlı donanması İtaliyanın sahillərini blokadaya aldı. Xaçlıların böyük admiralı və Aralıq dənizinin sahilindəki müsəlman əhaliyə və dənizçilərə təcavüz edən Andrea Doria Osmanlı dəniz komandanı Barbaros Xeyrəddin paşanın qarşısına çıxa bilmədi. Korfu adasını fəth etdirən və qalasını mühasirə altına aldıran Sultan I Süleyman Avloniyada idi. Mövsümün şərtləri və top atəşilə 4 Osmanlı əsgərinin şəhid olmaları nəticəsində 1537-ci il sentyabr ayının 6-da mühasirəni qaldırdı. Sentyabrın 15-də İstanbula doğru hərəkət edən padşah, ordu hərəkatının davamını əmr etdi. Dəniz komandanı Barbaros Xeyrəddin paşa venediklilərə aid Şira Patmos və Naksos adalarını fəth etdi.
Davamlı fəthlər nəticəsində Osmanlı dövlətinin sərhədləri genişlənmişdi. Qərbdə Almaniyanın daxilinə qədər yürüş edən bəylər Şərqdə Xəzər dənizinə qədər irəliləyərək Türkiyə və Orta Asiyanın birləşmə siyasəti ilə bütün Ərəbistan, Orta Asiya, Hind okeanından Omman dənizi, Bəsrə körfəzi, Qızıl dəniz və Şimali Afrikadan Atlantik okeanına qədər irəlilədilər. Aralıq dənizinin fəthi nəticəsində Atlantik okeanında hər biri bir dəniz canavarı olan Osmanlı dövlətlərinin rəisləri dolaşırdılar. Afrika sahilləri ilə Qərbi Aralıq dənizində Oruc və Xeyrəddin Xızır rəisləri, Aralıq dənizində Turqut rəis, Piyalə paşa, Sinan paşa, Saleh rəis, Hind okeanında Hadım Süleyman paşa, Salman rəis, Süveyşdə Seydi Əli rəis, Murad rəis Osmanlı bayrağını dalğalandırıb fəthlər həyata keçirirdilər. Dəniz komandanı Barbaros Xeyrəddin paşa Prevezedə, Turqut rəis Cerbədə xaçlı donanmalarını məğlub edərək türk-islam tarixinin ən möhtəşəm zəfərlərini qazanmışlar.
"Türk əsri" deyilən XVI əsrdə Osmanlı dövlətinin Sultanı I Süleyman xanın dünyanın bütün kralları və bəylərinə qarşı yüksək nüfuzu var idi. Müqəddəs Roma - Cerman imperatorluğu, Portuqaliya, İspaniya, Fransa, Milan, Napoli, Papalıq, Venedik, Ceneviz, Macarıstan, Avstriya, Rus kralları, Səfəvi, Gürqaniyyə, Özbək dövləti, krallıqlar və sultanlıqlarla münasibətlər yaradılmışdı. Krım xanlığı, Məkkə-i mükərrəmə əmirliyi, Eflak, Boqdan, Erdel voyevodalıqları, Raqusa hökumətləri Osmanlı dövlətinə tabe hökumətlər idi.
Qanuni Sultan Süleyman xanın taxta keçdiyi zaman, 1520-ci ildə Canberdi Qazali üsyanı oldu. Bu hərəkat yatırıldı, qiyamçılar cəzalandırıldılar. 1526-cı il Mohaç səfəri zamanı fürsətdən istifadə edən Cəlali üsyançıları baş qaldırdılarsa da, baş verən hadisələrin qarşısı alındı. İrandan gələn Molla Kabizin İstanbulda müsəlmanlar arasına fəsad toxumları əkdiyi, Peyğəmbərimiz Hz.Məhəmmədə, əshabı-kiram ilə alimlərə iftira etdiyi padşaha bildirildikdə divana çağırılıb iftiraların doğruluğunu isbat etməsi tələb olundu. Molla Kabiz Sultan I Süleyman xanın hüzurunda da eyni iftiraları təkrarladı. Fəqət o, Müfti Kamal Paşazadə və İstanbul hakimi Sadi Çələbinin inandırıcı təkidləri qarşısında cavab verə bilmədiyi halda, batil etiqadından dönmədiyinə görə edam edildi. 1553-cü ildə Şahzadə Mustafa, 1559Ü1562-ci illərdə Şahzadə Bəya-zid hadisələri Osmanlı dövləti əleyhinə planlı bir şəkildə istifadə edilmək istəndisə də baş verən hadisələrin böyüdülməsinə fürsət verilmədi.
Sultan I Süleyman xanın qanunnaməsi, Sultan I Süleyman xanın əsl adından daha artıq bilinib şöhrətli olan "Qanuni" ünvanı əvvəlki Osmanlı qanunnamələrini İslam hüququ əsasında toplatdırıb öz dövrünə uyğun qaydaya salmasından irəli gəlir. Qanunnaməni Əli Osmanın hazırlamasında Sultan I Süleyman xana dövrün böyük alimlərindən olan Əhməd ibn Kamal Paşazadə yardım edib. Qanunnamə hüquqi, idari, əmlak, hərbi və digər lazım olan mövzuları ələ alan başlıqlar altında cəza, vergi və əhali ilə əsgərlərin qanunlarını ehtiva edirdi. Yüzillərcə tətbiq edilən qanunnamədə mal və yer sahibləri ilə əhalinin hüquqi və maddi vəziyyətlərini təsbit edən torpaqları, naloq, xərac olaraq bir-birindən ayıran hökumətin tətbiq şəkilləri açıqlanıb. Dövləti
idarə etmə, xəlifə müəssisəsinin ehtiyacları və sosial ədalət xüsusları tətbiq edildi. Sultan I Süleyman xan Atlantik okeanından Omman dənizinə, Macarıstan, Krım və Qazandan Həbəşistana qədər geniş yerləri Allah Təalanın kəlamı Qurani-Kərimin əmrləri ilə ədalətlə idarə etməyə müvəffəq oldu. Qanunnaməni hazırlayarkən və tətbiq edərkən İslam alimlərinə danışmadan, onlardan məsləhət almadan hər hansı bir işi və qanunu ortaya qoymadı.
Zigetvarda on üçüncü səfəri əsnasında 6-7 sentyabr gecəsi 1566-cı ildə vəfat edən Qanuni Sultan I Süleyman xan bacarıqlı bir təşkilatçı dövlət adamı, komandan, xəlifə və ədib idi. O, əzm və iradə sahibi idi. Adam seçməsini və yetişdirməsini çox yaxşı bildiyinə görə dövlət statusunda çox qiymətli şəxsiyyətləri vəzifələndirərdi. İnsansevər olmasına baxmayaraq, din və dövlət əleyhinə olan hərəkətləri əfv etməzdi. Uzaqgörən olub, anlayışı güclü idi. Millətin və əsgərin psixologiyasını yaxşı bildiyinə görə çox sevilərdi. Həyatı səfərlərdə və döyüş meydanlarında keçən Sultan I Süleyman xanın dövründə Osmanlı dövləti çox zənginləşdi. Qırx altı il davam edən padşahlıq müddətində müqəddəs İslamı təbliğ etmişdir.
Avropalılar Qanuni Sultan I Süleyman xanı "Möhtəşəm Süleyman", müsəlmanlar da "Şanlı Süleyman" ləqəblərilə yad ediblər.
Sultan I Süleyman xanın dövründə Osmanlı dövlətinin ordusu bütün dünyada ən güclü ordu idi. Onun himayəsində elm, mədəniyyət və sənət sahələrində də qiymətli şəxsiyyətlər yetişib və hər biri misilsiz əsərlər yazıb.
Sultan I Süleyman xan inşaat sahəsində çox sayda tarixi tikililər tikdirib: Süleymaniyə camisi, Sultan Səlim, Şahzadəbaşı, Cahangir camiləri, İstanbulda, Rodosta öz adı ilə anılan camilər; yenə Anadolu, Rumeli və Adalarda möhtəşəm camilər, mədrəsələr, xəstəxanalar, yollar, körpülər Böyük Sultandan günümüzədək gələn yadigarlardır.
Fazil QARAOĞLU,
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Tarix: 30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Tarix: 30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
Tarix: 30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir"
- Siyavuş Novruzov
Tarix: 30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi
- FOTO
30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?...
- VIDEO
30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...
30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir
30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ