Azərbaycanda alimentin ödənilməsindən yayınmaya görə inzibatı məsuliyyətə cəlb edilən və həbs olunan şəxslərin sayı artıb.
Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Onun sözlərinə görə, 2015-ci ildə boşanmış ailələrdə alimentlərlə bağlı (alimentin ödənilməsi və ödənilməməsi üzrə işlər birlikdə) işlərin sayı 60565-dir.
E.Səfərov deyib ki, 2015-ci ildə alimentin ödənilməsindən yayınmaya görə inzibatı məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 2174 olub: "Əvvəllki illərdə bu fakt az olub. Əvvəlki dövrlərlə müqayisədə 2015-ci ildə alimentin ödənilməsindən yayınmaya görə inzibatı məsuliyyətə cəlb edilmiş şəxslərin sayı təxminən 500 nəfər çoxalıb”.