Altı ay öncə itkin düşən gənc qadının ailəsi onun axtarışlarını davam etdirir. Baki-xeber.com-a daxil olan məlumata görə, Tovuz rayonunda anadan olan 1991-ci il təvəllüdlü Sadıqova Xumar Ramiz qızı ötən ilin sentyabr ayından itkin düşüb.
X.Sadıqova 2015-ci ilin sentyabr ayında Bakının Xətai rayonunda yaşadığı mənzildən çıxıb və bir daha geri qayıtmayıb.
Məlumatda o da bildirilir ki, onun azyaşlı övladı İsmayıl anasının yolunu gözləyir.