Cümə axşamı günü, 01 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Tarixdə iz buraxanlar: Sultan Fateh Məhməd xan
Tarix: 16.03.2016 / 01:37
Bölmə: Sosial
Sultan Fateh Məhməd xan 30 mart 1431-ci ildə Ədirnədə anadan olub. Atası Sultan II Murad xan, anası Candar oğulları ailəsindən olan Xədicə Alimə Huma xanımdır. Kiçik yaşlarından başlayaraq təhsilinə və yetişməsinə böyük əhəmiyyət verilən Şahzadə Məhməd dövrün tanınan alimlərindən dərs alıb. Molla Yəqan Şahzadə Məhmədin ilk müəllimi olub. Məşhur din və fənn elmləri alimi Ağşəmsəddin həzrətləri şahzadənin tərbiyəsi və inkişafı ilə şəxsən özü maraqlanıb.
Şahzadə Məhməd 12 yaşına gəldikdə dövlət idarəsini öyrənməsi üçün Ədirnədən Manisaya vali təyin edilib. Qısa bir zamandan sonra isə atası tərəfindən taxta çıxarılıb. Bundan istifadə etmək istəyən xaçlı ordusu 1444-cü ilin sentyabr ayında türk torpaqlarına girib. Vəziyyətin ciddiliyini anlayan Sultan Məhməd yazdığı məktubla atasını yenidən səltənətə dəvət edib. Bəzi rəvayətlərə gorə, yaranan vəziyyətin vahiməli olduğunu hiss edən II Murad öz istəyi ilə Dardanel boğazından Avropa qitəsinə keçərək Ədirnəyə gəlib, burada idarəni ələ alaraq Varnaya doğru hərəkət edib və mühüm bir zəfər əldə edib. 1444-cü ildə əldə edilən bu zəfər istər Avropa dövlətlərinin təzyiq və davranışlarını, istərsə də Osmanlı dövlətini sarsıdan Anadoludakı türk bəyliklərinin pozucu hərəkətlərini tamamilə sağlamlaşdırıb.
1451-ci ildə II Muradın vəfatı nəticəsində ikinci dəfə Osmanlı taxtına çıxan Şahzadə Məhməd 19 yaşında idi. Daha əvvəldən səltənət təcrübəsi olduğu kimi, atasının yanında səfərlərə də qatılan Fateh Sultan Məhməd xan təcrübəli bir komandan kimi yetişib, taxta çıxıb. İkinci dəfə taxta çıxdıqdan sonra Məhməd xan bütün fəaliyyətinin ağırlığını Bizans məsələsini həll etmək üçün ortaya qoydu. 1452-1453-cü illərin qış aylarını Ədirnədə hərb hazırlıqları ilə keçirdi.
Rumeli qalasının inşasında 16 minə yaxın işçi çalışdırılırdı. Bu qalanın inşası əsnasında Bizans imperatoru elçi göndərərək "öz torpaqları üzərində qala tikilməsinin dostluğa və əhdi-vəfaya uymadığını" bildirdi. Fateh Sultan Məhməd elçiyə: "Get kralına belə de! O, rəhmətlik atamın zamanında əhdini dəfələrlə pozub. Arada əhd qaldı ki, o vəfadan bəhs edir? Bu torpaqlarda biz qala da tikərik, saraylar da. Torpaq elçi göndərməklə qurtarılmaz. Əgər bu torpaqlar onundursa, buyursun, gəlib qurtarsın", - dedi və niyyətini ortaya qoydu. Dörd aydan az bir zamanda tikilib hazır hala gətirilən Rumeli qalası ilə İstanbulun Qara dənizdən gələn yolu tam olaraq nəzarət altına alındı. Beləcə, Qara dəniz sahillərinə yayılan Venedik koloniyalarının Venediklə əlaqəsi kəsildi.
Şahzadəliyindən bəri İstanbulu fəth etmək, Hz.Peyğəmbərin müjdəsini yerinə yetirə bilmək arzusu ilə tutuşan Sultan Məhməd bu böyük və məsuliyyətli məsələni həll etmək istəyirdi. Buna görə tarixinin qeyd etdiyi ilk böyük odlu silah və toplarla ordunu təchiz edib, Osmanlı ordusunu güclü hərbi qüvvə halına gətirdi.
Mənbələrin bildirdiyinə görə, padşah hey İstanbulun fəthini düşünürdü. Övliyanın işarələri, kəşf sahiblərinin sözləri ilə o bu fikri tamamilə mənimsəmişdi. Sarayında gəzinərkən, hətta yatağına girərkən belə ağlı İstanbulun fəthi ilə məşğul olub. Evdə olarkən İstanbulun xəritəsini cızar, istirahət və yuxu nədir, bilməzdi. Yenə bir gecə yarısı eyni düşüncələrlə yuxusu qaçır, vəziri Candarlı Xəlil paşanı sarayına çağırır. Gecə vaxtı saraya çağırılmasından qorxan yaşlı Xəlil paşa padşahın ayağına qapanaraq üzr istəyib, bir günahının olmadığını söyləyir. Padşah da qorxu və təlaşın yersiz olduğunu deyərək İstanbulun alınması üçün oturub danışmağa çağırıldığını bildirir.
Fateh bu yüksək vəsfləri və üstün nizamlı hərbi qüvvələrilə İstanbulun fəthinə hazırlanırkən Bizans, xarici düşmənləri və bəzi türk bəylərini Fatehin əleyhinə istifadə etməyə təşəbbüs göstərməsilə gənc padşaha İstanbul səfərinin asan olmayacağını bir daha ortaya qoyub. Bizansın bu hərəkətlərindən çəkinməyən gənc padşah mart ayının 23-də ordusu ilə Ədirnədən hərəkət edir.
Mühasirə aprel ayının 6-da başladı. Aprel ayının 23-də türk donanması Haliçə girdi. Vəziyyət çox gərgin bir hal almışdı. Sülh təklifilə gələn Bizans elçisinə Fateh: "Ya mən bu şəhəri alacağam, ya da şəhər məni!" - cavabını verdi. 1453-cü il may ayının 29-da baş verən son hücuma Bizans ordusu dözə bilmədi. Nəticədə, İstanbul fəth edildi. Beləcə, orta çağ sona çatmış, yeni çağ başlamış oldu. Dünyanın ən böyük kilsəsi (Sainte - Sophie) və bütün Avropanın tarixi quruluşu olan Ayasofya camiyə çevrildi. Fateh Sultan Məhməd xan bu məbədin qiyamətə qədər cami olaraq qalmasını öz əl yazısıyla vəsiyyət etdi. Fəqət, bütün ortodoks xristianların başı olan patrikliyi ortadan qaldırmadı. Heç şübhəsiz, İstanbulun fatehi istəsəydi, patrikliyi aradan qaldırardı. Lakin bunu etmədi. Fatehin bu hərəkəti onun hər bir dinə göstərdiyi hörmətdən irəli gəlirdi. Bu da bir həqiqətdir ki, ortodokslara tanınan bu sərbəstlik avropalıların hüsumətini azaltmışdır.
İstanbulun fəthi ilə Osmanlı Cahan dövlətinin təməli atıldı.
Şərqi Roma fatehi olaraq Ədirnəyə dönən Fateh Sultan Məhməd xan dünya siyasətini yenidən gözdən keçirməyə başladı. Dövlətin gələcəyi üçün çox mühüm qərarların alınması lazım gəlirdi. Bizansın süqutunu Avropanın xoş qarşılamayacağı bəlli idi. Fateh Sultan Məhməd xan İstanbul səfərindən sonra 1453-cü ildə cenevizlərdən Enesi aldı. Serbistan səfərinə çıxdı, fəqət bir nəticə əldə edə bilmədi. Şimali Ege adalarına donanma göndərərək oraları ələ keçirdi. 1455-1456-cı illərdə Serbistana doğru ikinci və üçüncü dəfə səfərə çıxdı. Bu səfərlərdə atasından sonra Belqradı təkrar mühasirə altına alıb. Qalanı müdafiə edən Hunyadi Yanoş ölüb, Fateh yaralanıb, lakin Belqrad yenilməyib. Amma 1459-cu ildəki Serbistan səfərində Samandra fəth edilib, Serbistan dövləti dağıdılıb. 1460-cı ildə çıxdığı Mora səfəri isə Mora şahzadəliklərinin Osmanlı dövlətinə qatılmaları, Paleqosların sonu və Bizans qalıntılarının silinməsi ilə nəticələnib.
Fateh Sultan Məhməd xan əldə etdiyi bu nəticələrdən sonra Cənubi Qara dəniz məsələsini ələ alıb. 1461-ci ildə Cenevizdən Amasranı alıb, buradan Sinopa keçib və himayəsində olan Candarlı bəyliyinə dostca son verib. Oradan Trabzon istiqamətində irəliləyib, Trabzonu mühasirə altına alıb. Vəziyyətin çıxılmaz olduğunu görən Trabzon Rum imperatoru təslim olub. Beləcə, Komnenos imperatorluq xanədanına son verilib. Nəticədə, Batum və Gürcüstanın sahillərinə qədər bütün Cənubi Qara dəniz sahilləri, Trabzon və Rizə kimi Anadolunun son sahələri də fəth edilərək Osmanlı dövlətinə qatılıb.
Fateh Sultan Məhməd xan 1462-ci ildə Yaycanın fəthi ilə nəticələnən birinci Bosniya səfərinə çıxıb. Eyni ildə Midilli adası fəth edilib.
Bu ardı-arası kəsilməyən səfərlərdə Fateh böyük bir dövlət qurmaq fikrini həyata keçirmək üçün tədbirlər alırdı. Buna görə o, Dunayın cənubunda və Fəratın Toroslar sərhədinin qərbində Osmanlı dövlətinə qatılmayan heç bir yer buraxmamaq, Qara dənizi və Ege dənizini bir türk gölü etmək, Venedik donanmasını keçərək dəniz qüvvətlərini də ordusu kimi dünyanın birinci qüvvəsi halına gətirmək və bu işləri tamamən həyata keçirdikdən sonra İtaliyanı fəth etmək istəyirdi.
Fatehin bu planı bütün dünya tərəfindən bilinməyə başlayıb. Bu plana yalnız Avropa deyil, Osmanlı dövlətinin şərqindəki qonşuları da qarşı çıxıb. Beləcə, Osmanlı dövlətinə qarşı bir ittifaq meydana gətirilib və uzun sürən müharibələr başladılıb. Bu müharibələrdə osmanlıların qarşısında yer alan böyük dövlətlər Ağqoyunlular, Venedik, Macaristan, Almaniya, Polşa, Kastiliya, Araqon və Napoli dövlətləri olub. Dahi Fateh bu ittifaqa qarşı çıxmağı bacarıb. Düşmənlərini bir-bir, bəzən iki-iki, bəzən də üç-üç məğlub edərək bu qorxunc döyüşlərdən qalib çıxan Fateh Sultan Məhməd xan Türk Cahan imperatorluğunun təməllərini sağlamlaşdırıb, dünyanın Osmanlı dövləti qarşısında aciz qaldığını ortaya qoyub.
Uzun sürən bu böyük döyüşlərdə düşməni əldən salan və diplomatik yollarla bezdirən Fateh 1470-ci ilin yazında ordu və donanması ilə Əyriboz adasına yönəlib Venedikin Qərbi Egedəki bu alınmaz deyilən sahəsini fəth edib. Beləcə, Venedikin dəniz üstünlüyü məhv edilib. Nəticədə, Osmanlı ordusu dünya xristianlığının iki mühüm gücü olan Bizansı yıxıb, Venediki əzib.
Fateh Sultan Məhməd xan 23-cü səfərini Boqdan, 24-cüsünü Macarıstan üzərinə edib. 1478-ci ildə üçüncü Arnavutluq səfərinə çıxdı. İyonya adalarını aldıqdan sonra donanmanı İtaliyaya göndərib. 1480-ci ilin iyul ayında Otrantonu fəth edib.
Fateh Sultan Məhməd xan 1481-ci ilin yazında 300 min nəfərlik bir ordunun başında səfərə çıxıb. Aprel ayında Üsküdara gəlib, xəstə olduğuna görə burada bir neçə gün dincəlib. Gəbzənin yaxınlığındakı Tekir Çayırına gəldikdə xəstəliyi artıb. Fatehin xüsusi həkimi Yaqub paşa adında yəhudilikdən dönən bir münafiq yəhudi idi. Venediklilər bu həkimə Fatehi zəhərləməsi üçün böyük bir sərvət vəd ediblər. Yaqub da bu işi həyata keçirib. Fateh zəhərləndiyini anladığı zaman iş-işdən keçmişdi. Beləliklə, Fateh Sultan Məhməd xan 1481-ci il may ayının 3-də, saat 4-də, 49 yaşında ikən vəfat edib. Sultanın vəfatı bir müddət xalqdan və əsgərlərdən gizli tutulub. Ölüm hadisəsi-sultanın bir zəhərlənməyə məruz qaldığı ortaya çıxdıqda Yaqub paşa əsgərlər tərəfindən parçalanaraq öldürülüb.
Fateh Sultan Məhməd xanın vəfatı türk millətini böyük matəmə qərq edib. Ölüm xəbəri Romaya çatdıqda İtaliyada toplar atılıb, günlərlə şənliklər keçirilib. Papa bütün Avropa kilsələrində zənglər çaldırıb, şükran ayini keçirilməsini əmr edib.
Fatehin cənazəsi İstanbula gətirilərək Muhyiddin Şeyx Vəfa həzrətləri tərəfindən qıldırılan cənazə namazından sonra İstanbulda tikdirdiyi Fateh camisinin bağçasında dəfn edilib.
Fateh Sultan Məhməd xan orta boylu, qırmızı-bəyaz üzlü, dolğun vücudlu, qalın saqqallı, dolğun yanaqlı, qara saçlı, güclü fiziki bir quruluşa sahib bir şəxs idi.
Türkün tarixi çox sayda qəhrəman və cahangirlərlə doludur. Fateh Sultan Məhməd xan bunların başında gələnlərdəndir. Çünki o, qılıncla kəşfi yan-yana yürüdüb, çağ açıb, çağ qapadıb. İstanbulu bütün qənimətləri içərisində firuzə bir üzük qaşı kimi barmağında daşıyıb, bu gözəl şəhəri nəvələrinin nəvələrinə yadigar qoyub. Onun barəsində əsrlər boyu Qərbdə də, Şərqdə də unudulmaz fikirlər söylənib və yazılıb. Tədqiq etdikcə dərinləşən, dərinləşdikcə dəryalaşan bu cahangirin saysız vəsflərindən bəziləri bunlardır: Fateh Sultan Məhməd xan soyuqqanlı və cəsur idi. Bu xüsusiyyətlərin ən gözəl nümunəsini Belqrad mühasirəsi zamanı, əsgərin çaşqınlığını gördükdə, onların önlərinə keçib düşmənin xəttinə girərək göstərib. Nə istədiyini və nə edəcəyini bilən və ən böyük işləri görə bilmək üçün lazım olan tədbirləri yorulmadan əzm və səbrlə hazırlayan bir insan idi. Çox mərhəmətli idi. Ona qarşı 50 gün müqavimət göstərən və bir çox müsəlmanın şəhid olmasına səbəb olan İstanbulun sakinləri barəsində ortaya qoyduğu mərhəmət ağlın qavraya bilməyəcəyi genişlikdədir. O zamanlarda müzəffər olan bir komandan zəbt etdiyi şəhərin xalqına görülməyən zülm və işgəncə verməkdə özünü haqlı görərdi. Fateh isə vicdan azadlığına böyük qiymət verən bir insan idi. İstanbula girdiyi zaman ayaqlarına qapanan İstanbul patrikini yerdən qaldırmaqla alicənablığını göstərən cahangir bu sözlərlə patrikə təsəlli verib: "Ayağa qalxın. Mən Sultan Məhməd hamınıza deyirəm ki, bu andan etibarən nə həyatınız, nə də azadlığınız barəsində qəzəbi-şəhanəmdən qorxmayın!.."
Fateh Sultan Məhməd xan İstanbulu fəth etdikdən sonra qeyri-müslümlərin din və məzhəblərinə toxunmadı, hər kəsi vicdani inancında sərbəst buraxıldı. İstanbulun abadlaşdırılmasında rum əsirlərini belə maaşla çalışdırmışdır. Əsirlərin hər biri qazandıqları pullarla azadlıqlarını satın ala bilirdilər. Bu imkanı onlara verən Sultan Məhməd olub. Belə davranış o dövrdə xəyallardan belə keçməyən bir kamillik əsəri idi.
Fateh Sultan Məhməd xan ordunun intizamına çox diqqət edərdi. Ən kiçik itaətsizliyi və buna səbəb olan zabitləri şiddətlə cəzalandırardı. Ordusunu plansız hərəkət etdirməz, macəra həvəsilə qan axıtmazdı. Dövlətini sistemli bir idarəçilik şüuruyla istiqrarlı bir dövlət halına gətirdi. Otuz illik səltənət dövründə etdiyi səfərləri əvvəlcədən hazırladığı plana görə edər, haraya və nə üçün getdiklərini bilərək yerinə yetirərdi. Edəcəyi səfərin müvəffəqiyyətlə nəticələnməsini təmin etmək üçün bu səfərin bütün təfərrüatını aylarca hazırlayardı. Komandanlıq ilə diplomatlığı bərabər hərəkət etdirərdi. Hansı dövlətin üzərinə səfərə çıxacaqdısa, o dövlətin daxili və xarici münasibətlərini ən incə nöqtəsinə qədər tədqiq edər və səfərə onların zəif, özünün ən qüvvətli olduğu bir zamanda çıxardı. Çıxacağı səfərdən ən yaxınını belə xəbərdar etməz və bunun gizli qalmasına diqqət edərdi. "Sirrimi saqqalımın bir tükünün belə bildiyini bilsəm, onu yolub ataram", - sözləri məşhurdur. Belə hərəkət etməyi müvəffəqiyyətlərinin başlıca səbəblərindən sayardı.
Fateh Sultan Məhməd xan ordunun silahlarını tez-tez dəyişdirər, yeniləyərdi. Osmanlı donanmasının qurucusu Fatehdir. Topçuluğa lazım olan əhəmiyyəti verən ilk padşahdır. Fatehdən əvvəl top bütün dünyada daha çox səsi ilə düşməni ürkütmək üçün istifadə edilərdi. Böyük qalaları dağıda biləcəyi və meydan müharibəsində böyük rol oynayacağı heç düşünülməmişdi. Fateh topu o tarixə qədər görünməyən bir hala gətirdi, balistik və müqavimət hesablarını şəxsən özü ortaya qoydu.
Fateh Sultan Məhməd xan elmə, sənətə və elm adamlarına böyük qiymət verərdi. Təbiəti etibarilə tərəqqi və mədəniyyətdən zövq alan bir padşah idi. Hərbi fəthləri kimi, elm adına başlatdığı mübarizədə də alimlər və sənətkarlar ordusu qurdu və bu orduya özü rəhbərlik etdi. Yeni dövlətin qurulması planının icrasında təhsil və təhsilin əhəmiyyətini hər şeydən üstün tutdu. Maarif sistemini qanunla tənzim edərək təhsil sistemini təşkilatlandırdı. Alimləri İstanbula topladı və onların tələbə yetişdirə bilmələri üçün mədrəsələr qurdurdu. Onun dövründə yetişən böyük alimlər mühüm əsərlər ortaya qoydular. İlahiyyatda Molla Xosrov, təfsirdə Molla Gürani, Molla Yeqan, Xızır Çələbi, riyaziyyatda Əli Quşçu, kəlamda Zaman Xocazadə tanınan alimlərdəndir. Alimlər dünyanın dörd bir tərəfindən Fatehin yanına axın edərdilər.
İstanbulun abadlaşdırılmasına çox böyük əhəmiyyət verən padşah saraylar, camilər, mədrəsələr və hamamlardan başqa şəhərin müxtəlif yerlərində dörd minə yaxın ticarət yerləri açdırıb. Böyük camilərin yanında tikilən mədrəsələrdən başqa 24 ayrı mədrəsə, 12 karvansara, 40 çeşmə və su təsisatı, iki gəmi tərsanəsi tikdirib. İstanbulda bu işlər görülərkən digər şəhərlər də unudulmayıb. Bursa, Ədirnə kimi şəhərlərdə inşaat fəaliyyətləri davam etdirilib. Bu dövrdə Bursada 37,
Ədirnədə 28 və digər şəhərlərdə 60-a yaxın cami tikdirib.
Fateh Sultan Məhməd xan təşkilatlanma işlərinə çox böyük əhəmiyyət verib. Dövlət idarəsini tam bir intizam içərisində idarə etmək üçün ehtiyac olduqca islamın əsaslarına uyğun qanunlar və fərmanlar verər, kitablar nəşr etdirərdi. İntibah dönəminə qədər Osmanlı dövlətinin təməl qanunu olaraq gücündə qalan "Fateh qanunnaməsi" çox mühüm bir əsərdir. Padşahın fikirləri əsas alınaraq vəzir Qaramani Məhməd paşa tərəfindən hazırlanan bu qanunnaməni Nişancı Leyszadə Məhməd Çələbi qələmə alıb. Qanuni Sultan Süleyman dövründə hazırlanan qanunnamədə də bu əsər əsas alınıb. Osmanlı dövlətinin bütün müəssisə və təşkilatları Fatehin dövründə ən mükəmməl bir hala gəlib.
Fazil QARAOĞLU,
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Tarix: 30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Tarix: 30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
Tarix: 30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir"
- Siyavuş Novruzov
Tarix: 30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi
- FOTO
30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?...
- VIDEO
30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...
30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir
30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ