Cümə axşamı günü, 01 oktyabr 2026
     

İlaxır çərşənbə - "Yeddi ləvin bayramı"...

Image


Təbiətin şıltaq çağlarını yaşayırıq. Təbiət gah üzünü bozardır, gah güldürür, gah da ağladır. Həqiqət budur ki, yurdumuza yaz gəlir. Bu gün Novruz çərşənbələrindən sonuncunu - İlaxır çərşənbəni qeyd edirik. Novruz bayramı qədər təntənəli, sınaqlı, sazlı-sözlü keçirilir İlaxır çərşənbə. Bilirik ki, bu mərasimdə insanlar sabaha saf ruhla, xoş ovqatla gedir.
Məlum olduğu kimi, qədim çağlardan indiyə qədər el arasında İlaxır çərşənbəyə dilək günü, arzuların, istək və niyyətlərin hasil olduğu gün kimi baxırlar. İnanca görə, həmin gecə insanların ürəkdə tutduğu arzu və diləklər yerinə yetir.
Professor Məhərrəm Qasımlı qeyd edir ki, keçmişdə bayram axşamı üçün xüsusi mərasimlər icra olunurdu: "Elə indinin özündə də bu mərasimlər keçirilir. Həmin gecə ərgən (subay) qızlar bir qaba su tökərək suyun içinə üzük, iynə salır, qapı pusurlar (buna qulaq falı deyirlər-M.Q). El adətinə görə, həmin axşam bütün evlərdə ancaq xoş sözlər danışılmalıdır. Ona görə ki, qapıya qulaq asan adam öz niyyətinin hasil olması üçün qapı pusur.
İlaxır çərşənbənin özünəməxsus bir neçə xüsusiyyəti var. Onlardan biri də süfrəyə yeddi cür nemətin qoyulmasıdır. İslam öncəsi bu axşam "şin" hərfi ilə başlanan 7 cür nemətlə süfrə bəzədilirdi. Bəzi yerlərdə buna "7 ləvin bayramı" da deyilir. 7 cür mer-meyvənin, şirniyyatın süfrəyə düzülməsi səbəbindən bunun adı "7 ləvin"dir. İndinin özündə də Ordubadda camaat buna İlaxır çərşənbə yox, "7 ləvin bayramı" deyir. Güney Azərbaycanda, Urmiyə və Təbriz tərəflərdə də bu gün "7 ləvin bayramı" adı ilə tanınmaqdadır. Əski çağlardan belə bir inam gəlir ki, bu bayramda dünyadan köçənlərimizin ruhu ocaq başına gəlir, ona görə də ölən insanın ruhunu şad etmək üçün evdə bişən bişmişdən bir pay da artıq qoyurlar ki, ocaq başına gələn ruh onlardan inciməsin. Bundan əlavə, çərşənbənin səhərisi evdə saxlanan su qabları boşaldılır və yerinə təzə su doldurulur. Təzə su həyət-bacaya, künc-bucağa səpilir. Bu çərşənbənin səhərisindən etibarən üzü bayrama gedən günlərdə tam olaraq çillə artıq arxada qalmış olur".
Məlum olduğu kimi, İlaxır çərşənbədə tonqal qalanır, göyə fişənglər atılır, lopa yandırılır, süfrə açılır, uşaqlar torba atır, qızlar qulaq falına çıxır.
Tədqiqatçılar yazır ki, tonqal qalamaq, oddan atlanmaq, başı üzərində yanar fişəng, lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşü ilə bağlı bir məsələdir. İşığın, Günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə neqativ səciyyəli yad-yabançı ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis-şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od Günəşin rəmzi kimi düşünülürdü. Çillədən - qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin - yazın çağırılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: ağırlığım, uğurluğum tökülsün, bu odda yansın, - söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda - mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Yeri gəlmişkən, aydınlıq üçün deməliyik ki, bir sıra araşdırıcılar Novruz mərasimindəki od-tonqal ünsürünü yalnız zahiri əlamətlərinə istinadən yanlış olaraq atəşpərəstliklə bağlayırlar. Bəllidir ki, atəşpərəstlər odu ilahiləşdirərək ona sitayiş edirdilər. Oda Novruz mərasimindəki yanaşma ilə atəşpərəstlik dini - Zərdüşt sisteminin yanaşması arasında kəskin fərq var. Atəşpərəstlər öz nəfəslərinin belə od-atəşə toxunmasını yasaq saydıqları halda, Novruz mərasimində od-tonqal üstündən atılan mərasim iştirakçıları: "ağrım-acım tökülsün, bu odda yansın" - mövqeyindən çıxış edir, öz çillələrini, ağırlıqlarını, dərd-bəlalarını odun üstünə töküb orada yandırmaq istəyirlər. Professor M.Qasımlı qeyd edir ki, deməli, Novruz mərasimindəki od ünsürü "Avesta" - atəşpərəstliklə bağlı deyil: "Bu, odu-atəşi-işığı-günəşi xilaskar sayan, onun həyatı, yaşayışı ağrı-acıdan, müşküldən, sıxıntıdan qurtaran təmizləyici, saflaşdırıcı bir magik qüvvə olduğunu qəbul edən əski türk mifoloji inancıdır! Bəs Novruza qədərki çərşənbə mərasimlərinin icrası üçün niyə məhz həftənin ikinci günü - çərşənbə axşamı seçilib? Bilindiyi kimi, el inamına görə, çərşənbə axşamı ağır gündür, uğurlu, düşərli sayılmır. Bu səbəbdən həmin gün nəsə bir işin binəsini - başlanğıcını qoymaq, ev tikintisinə başlamaq, toy-düyün etmək, səfərə yollanmaq, elçi getmək və s. məsləhət bilinmir. Sınayıblar ki, çərşənbə axşamında başlanan iş uğur gətirməz. Görünür, çillədən çıxmaq, dərd-bəlanı, ağrı-acını bu ağır günün üstünə tökmək, qarşıdakı günlərə, xüsusən də İlaxır çərşənbə axşamından sonra gələn Novruza arınıb durulmuş halda, saf ruh, pak, sağlam bədənlə getmək el inancına daha uyğun bilinib. Bu barədə görkəmli maarifçi Məhəmməd ağa Şahtaxtinskinin 1880-ci ildə Tiflisdə çıxan "Obzor" qəzetində çap etdirdiyi "Novruz bayramı" məqaləsində də söz açılıb. Həmin mötəbər qaynaqda deyilir: "Çərşənbə ağır gün, İlaxır - ilin axır çərşənbə axşamı isə ondan betər hesab olunur.
Odur ki, çərşənbənin ağırlığını yüngülləşdirmək üçün müxtəlif vasitələrə əl atırlar. Deyilənə görə, axır çərşənbəni quş kimi ötüb keçməyən adam təzə ildə dərd-sərə tutulur". İlaxır çərşənbədə icra olunan bütün mərasim, oyun və əyləndirici vasitələr bütövlükdə bir tam halında yüngülləşdiricilik, saflaşdırıcılıq funksiyası daşıyır və həmin funksiya yeni ovqatın, yeni ruhun - yaz ovqatının, yaz ruhunun, yeni günün - yaz gününün gəlişi və qəbulu üçün psixoloji-estetik zəmin hazırlayır...".
İlaxır çərşənbənin mənası dərin, tarixi qədimdir. Bu gün ellərimizin böyük ruh yüksəkliyi ilə qeyd edəcəyi İlaxır çərşənbə hər birimizə gözəl günlər bəxş etsin. Tezliklə işğal altında olan tarixi yurdlarımıza qovuşaq! Amin!
İradə SARIYEVA





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ