Cümə axşamı günü, 01 oktyabr 2026
     

Şah İsmayıl hakimiyyəti dövründə ana dili siyasəti və azərbaycançılıq ideologiyası...

Image


Azərbaycançılığın ana axarında ana dilimiz durur desək yanılmarıq. Ana dilimiz yaşayırsa, demək, azərbaycançılıq da mövcuddur. Milli mədəniyyətimizin, dilimizin, dəyərlərimizin yaşaması, təbliğ edilməsi hər zaman arzuediləndir. Azərbaycan tarixinin hər bir dönəmində azərbaycançılıq ruhu mövcud olub, yaşayıb. Qeyd edək ki, Azərbaycan tarixinin orta əsrlər dövrü ana dilimizin inkişaf etdiyi, azərbaycançılığın geniş intişar tapdığı bir dövr olaraq xatırlanır.
Tədqiqatçılar qeyd edir ki, burada türk xalqının birliyini ifadə edən dövlətlər, sultanlıqlar yaradılıb. Bu dövlətlərin arasında xüsusi dəyərə malik olan Səfəvilər sülaləsi xalqımızın mənəviyyat tarixinə böyük töhfələr verib. Bu dövlətin başında duran şair, hökmdar, ictimai-siyasi xadim Şah İsmayıl Xətai şahlıq etdiyi dövrdə öz xalqını dünyanın böyük xalqlarından biri olaraq bəşəriyyətə təqdim edə bilib. Azərbaycan türklərinin qədim xalqlardan biri kimi tarix səhnəsində daha parlaq şəkildə görsənməsi Şah İsmayıl Xətainin müstəsna xidmətlərinin bəhrəsidir.
Tarixçi alimlərin qeyd etdiyinə görə, Azərbaycanın dövlətçilik tarixində çox böyük dövlət xadimləri olub, amma onların çox az qismi xalqının yolunda böyük işlər görüb. Şah İsmayıl Xətainin sonunculardan olduğunu deyən alim hesab edir ki, Səfəvilər dövlətinin ana xətti azərbaycançılıq olub. Tarixçilər vurğulayır ki, Azərbaycan xalqının tarixində bir neçə dəfə bütöv Azərbaycan ideyasına söykənən dövlət qurulub. Bu dövlətlərin isə ən böyüyü və ən çox müsbət fəaliyyəti olan Səfəvi dövlətidir. Məlum olduğu kimi, Şah İsmayıl Xətai 14 yaşında hakimiyyətə gəlsə də, onun ağlı, azərbaycançılıq ideologiyasına xidməti, başqa yüksək keyfiyyətləri onu bir şah kimi daha müsbət istiqamətdə tanıdıb. Bir neçə illik hakimiyyəti dövründə Xətai həm qılıncı, həm saz-sözü, qələmilə Azərbaycanı birləşdirə, bütövləşdirə bilib. Tarixi mənbələrdə göstərilir ki, 14 yaşında dövlət başına gələn və 14 ilə 14 türk elini birləşdirən Şah İsmayıl Xətai bir dövlət xadimi kimi böyük nüfuza malik olub. O, Səfəvilər dövlətini yaradıb və xalqımızı öz bayrağı altında birləşdirib. Şah İsmayılın qurub yaratdığı Səfəvilər dövləti birmənalı olaraq azərbaycançılıq ideologiyası ilə sıx bağlı olan bir dövlət idi. Şah İsmayılın dövləti ənənəvi dövlətçilik xəttinə sadiq olmaqla yanaşı, həm də özünəməxsus idi. Səfəvi dövləti milli siyasət yürüdürdü. Böyük ana dili, türk mədəniyyəti təəssübkeşi Şah İsmayıl Xətai ilk dəfə Azərbaycan türkcəsini rəsmi dövlət dili elan etdi. Bununla tarixlərə sığışmayan qəhrəmanlıq etdi. O, Şah İsmayıl Səfəvi, Şah İsmayıl Xətai kimi tanınırdı. Tarixi mənbələr yazır ki, Şah İsmayıl Azərbaycan türkcəsini dövlət dili elan etdiyi dövrdə öz soykökülə türk varislərindən biri olan Osmanlıda dövlət dili fars dili olub. Bu məsələ ətrafında geniş araşdırmam yoxdur, amma bəzi mənbələrdə belə qeydlər var. O dövrdə Azərbaycan dilinin Səfəvilərin saray-dövlət dilinə çevrilməsi çox böyük bir hadisə idi. Bir məqamı da deyim ki, hazırda fars dilində onlarla türk sözü var. Bu da dilimizin fars dilinə təsirindən irəli gəlir. Biz həmişə narahat oluruq ki, dilimiz fars və ərəb mənşəli sözlərlə doludur. Dilimizi yad sözlərdən təmizləməyi fikirləşirik. Amma mənbələrlə, faktlarla tanış olduqda görürük ki, bizim dilimizdən də bir neçə söz fars dilinə keçib. Farsdilli poeziyada da Azərbaycan dili öz mövqeyini saxlayır. Bir müddət farsdilli poeziyanın meydanı daraldı. Onun əvəzinə türkdilli poeziya, söz sənəti meydana çıxdı. Bilirsiniz, Şah İsmayıl Xətai türk dilində heca vəznində ilk şeir yazan şairdir. Xətainin türk dilini yüksəkliyə qaldırması özündən sonra böyük bir nəslin yetişməsinə səbəb olub. Ümumiyyətlə, Şah İsmayılın ana dilinə qayğısı, onun inkişaf etməsi, geniş yayılması ilə bağlı qərarları olduqca mütərəqqi idi. İslam dininin yeni vüsət aldığı, var-gücü ilə oturuşduğu bir dönəmdə ana dilinin belə yüksəkliyə qaldırılması xalqımızın tarixinə yazılan ən önəmli hadisələrdən biridir.
Səfəvi dövləti və azərbaycançılıq ideologiyasının vəhdət təşkil etməsini həm xalqın iradəsi, həm də Şah İsmayılın apardığı uğurlu milli siyasətin nəticəsi kimi dəyərləndirən tarixçilər deyir ki, çoxəsrlik tarixi olan azərbaycançılıq ideologiyası özünün ən parlaq dövrlərindən birini Səfəvi dövləti zamanında yaşayıb. Alimlərin sözlərinə görə, sovet tarixşünaslığında Səfəvilər dövlətinin tarixinin öyrənilməsində müəyyən problemlər olub. Müstəqillik dövrünə qədərki arada bizim milli tariximiz təhrif edilib. Həqiqət hər zaman gizlədilib. Şah İsmayıl Xətaini bizə bir şair kimi tanıdırdılar. Səfəvilər dövlətinin tarixini isə kiçik bir siyasi quruluş olaraq öyrədirdilər. Təhrif olunan tariximiz özünün həqiqət sifətinin üzə çıxacağı günü gözləyirdi. Sovet tarixçiləri Şah İsmayılın ana dili hərəkatına başçılıq etdiyini ya yazmır, ya da bu haqda xəsisliklə söhbət açırdılar.
Tədqiqatçılar yazır ki, Şah İsmayıl Azərbaycan xalqının böyük ideoloqu, ana dili xəttinin inkişaf etməsinin səbəbkarlarından biri idi. Bir dövlətin ki, dili milli dil olub, o dövlət yalnız milli məfkurəyə, milli həmrəyliyə xidmət edib. Şah İsmayıl istəyirdi ki, onun ana dili nəinki Səfəvilər dövləti ərazisində, hətta daha uzaq məkanlarda işlənən dil olsun. Səfəvilər dövründən başlayaraq Azərbaycan türkcəsi uzun müddət yazışma, oxuma, ticarət, mədəniyyət, diplomatiya dili olub. Bir şeyi hər zaman yadda saxlamalıyıq ki, Səfəvi sarayında ünsiyyət dili Azərbaycan dilində olub. Burada yaşayan qeyri-türklər də yalnız bu dildə danışıb. Mənbələrin yazdığına görə, əcnəbi diplomatlar da Səfəvi sarayında ana dilimizdə danışıb. Onlar bu dili məcburiyyət qarşısında öyrənirdilər. Ona görə ki, o dövrdə ana dilimiz həddən artıq populyar idi. Onlar da dilimizi öyrənirdilər ki, bölgədə fəaliyyət göstərə bilsinlər. Azərbaycan türkcəsini bilməsəydilər, siyasi münasibətlərin qurulmasında çətinlik çəkərdilər. Azərbaycan dilinin diplomatiya dili olması dilimizin tarixdə böyük mövqe tutmasından irəli gəlirdi. Hər dilə diplomatiya, siyasət dili olmaq xoşbəxtliyi nəsib olmur. Bizim dilimiz isə tarixdə bir neçə dəfə bu xoşbəxtliyə nail olub.
Şah İsmayıl Xətainin başladığı ana dili hərəkatı müəyyən dövrlərdə gözləmə mövqeyinə keçsə də, XVIII əsrdə yenidən gündəmə gəlib. Bu dəfə bəzi xanlıqların ünsiyyət, yazışma dili olaraq diqqəti cəlb edib. Molla Pənah Vaqif, Molla Vəli Vidadi kimi dahi şairlər Xətai irsini davam etdirərək anadilli poeziyanın inkişafına dəstək olublar. Xətainin ana dili təəssübkeşliyini XIX əsrdə Mirzə Fətəli Axundov milli əlifbamızın yaradılması ilə bağlı tarixi layihəsi, fikirlərilə davam etdirib.
Tədqiqatçıların yazdığına görə, 1918-ci ildə yaradılan Azərbaycan Demokratik Respublikası (ADR) isə birbaşa Səfəvilər dövlətinin ana dili, millilik, milli məfkurəyə-azərbaycançılığa xidmət xəttini davam etdirib. Demokratik Cumhuriyyətin də dövlət dili, yazışma, diplomatiya dili Azərbaycan türkcəsi olub. Cumhuriyyət dövründə dilimiz Səfəvi dövründəki dildən çox az şəkildə fərqlənib. Babalarımızdan əmanət qalan ana dili siyasəti sovet dövründə o qədər işlək olmasa da, xalqımızın qəhrəman oğulları, həyatını təhlükəyə atmaq hesabına da olsa, dilimizi Sovet Azərbaycanının rəsmi dili kimi sənədləşdirib.
Dilçilər isə bildirir ki, Azərbaycan dilinin Azərbaycan SSR-nin rəsmi dili kimi tanınmasında Azərbaycanın görkəmli oğulları Mirzə İbrahimov, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin rolu misilsizdir. Dilçi alimlər deyir ki, dil uğrunda mübarizədə daha fəal olan Heydər Əliyevin Azərbaycan türkcəsini Azərbaycan SSR-in rəsmi dilinə çevirməsi uğrunda gördüyü işlər tezliklə reallaşıb. Onların sözlərinə görə, milli dövlətçilik, varislik ənənələrinə sadiq qalan Azərbaycan dövləti Səfəvilərin apardığı milli siyasətə bağlıdır.
Tədqiqatçılar vurğulayır ki, Azərbaycan dilinin dövlət dili statusu qazanması müstəqillik dövründə Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Məlum olduğu kimi, keçən əsrin 70-ci illərinin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi... O vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə və qətiyyətlə bildirdi. Respublikamızın rəhbəri Heydər Əliyev həyatını risqə qoyaraq Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdı. Öz məqsədinə çatmaq üçün fəaliyyətini israrla davam etdirirdi. Ulu öndər yaranan ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L.İ.Brejnevlə danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini nəhayət birdəfəlik həll edir. Ümumxalq müzakirəsinə verilən Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət statusu aldı. Azərbaycan dilinə dövlət statusu verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorudu. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Hələ kommunist ideologiyasının hökmranlıq etdiyi dövrdə ulu öndər deyirdi: "Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyil".
Qeyd edək ki, Heydər Əliyev 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman imzalayıb. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Həmin Fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Bu qurum yaradıldı da. Məlumatlara görə, başqa dövlətlərdə ana dilinin inkişafı və tətbiqilə bağlı belə bir komissiya yoxdur. 2001-ci il avqustun 9-da Heydər Əliyevin imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərman xalqımızın dövlətçilik tarixində böyük bir hadisə oldu. İndi hər il ənənəvi olaraq 1 avqust Azərbaycan əlifbası və dili günü kimi qeyd edilir. Bütün bunlar Səfəvi dövlətinin dil, milli mədəniyyət və azərbaycançılıq ideologiyasının formalaşması istiqamətində həyata keçirdiyi siyasətin davamı sayılır. Bu gün Şah İsmayıl Xətai irsi geniş miqyasda təbliğ edilir, onun tükənməz söz xəzinəsi araşdırılır. Bu böyük şəxsiyyətin ana dilimizin, milli mədəniyyətimizin inkişafında, dövlətçilik ideyasının yayılmasında böyük rolu var.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ