Cümə axşamı günü, 01 oktyabr 2026
     

Üçüncü çərşənbə "Gül çərşənbə"dir...

Image


Bu gün adətən dünyadan köçən əzizlərimizin qəbri üstünə gedirik...

Martın ilk günlərini yaşayırıq. Havadakı təlatüm, dəyişkənlik, günəşin qara buludla mübarizəsi, rüzgarın gündə min rəng alması gözlərimiz qarşısında baş verir. Boz ayın girməsi, "doğru çərşənbələr"in başlanması insanların həyatında dəyişikliklər edir.
Bilirik ki, üzü qədimdən bəri Novruza-Yeni Günə qədər olan mərasimlər son illərə qədər incəliyinə qədər keçirilib, bütün tələb olunan ayinlər icra olunub. Üçüncü çərşənbədən sonra Yeni Günə cəmi bir çərşənbə qalır. Bu gün ellikcə üçüncü çərşənbəni qeyd edirik. Başqa çərşənbələrdən mahiyyətinə, daşıdığı məna yükünə görə seçilən bu çərşənbə, bu gün kütləvi deyildiyi kimi, "Yel çərşənbəsi" deyil. Yəni el ağzında onun başqa adı var. Bu çərşənbənin əsl adı isə "Gül çərşənbə"dir. Nədir "Gül çərşənbə"?
Professor Məhərrəm Qasımlıya və görkəmli türkoloq Güllü Yoloğluya görə, bu çərşənbənin özəlliyi çoxdur. Onların bildirdiyinə görə, "Gül çərşənbə"də rəhmətə gedənlərin ruhu xatırlanaraq qəbir üstünə gedilir. Bu səbəbdən də ona həm də "ölü çərşənbəsi" və ya "ata-baba günü" də deyilir. Bu çərşənbə təmtəraqla, bayram ovqatı ilə qeyd edilməsə də, dünyadan köçən əzizlərimizin ruhunun xatırlandığı, onların yada salındığı gün kimi yadda qalır. Həmin gün ailənin bütün üzvləri, qohum-əqrəba, bir sözlə, camaat ellikcə yığışıb qəbiristanlığa gedir, burada təmizlik işləri aparır, məzarlar təmizlənir, yuyulur, gül-çiçəyə, səməniyə qərq edilir. Türk mifologiyasında, mərasimşünaslığında önəmli olan çərşənbələr bütün cəhətlərinə görə maraqlıdır.
Bu gün "Gül çərşənbə"dir və bu çərşənbənin adının hər yerdə belə çəkilməsi çox vacibdir.
Bəzi mərasimşünaslar illərdir xalqın şüuruna, yaddaşına, mərasimlər sisteminə yabançı, qondarma adlar daxil ediblər. Bəzi alimlər qeyd edir ki, üçüncü çərşənbə "Yel çərşənbəsi"dir. Türk mifoloji düşüncəsi ilə ziddiyyət təşkil edən bu iddiaya görə, "Yel çərşənbəsi"nə el arasında "küləkli çərşənbə", "külək oyadan çərşənbə", "yelli çərşənbə" də deyilir. Bu fikri irəli sürənlər "Qədim etiqadlarda qeyd edilib ki, torpağın altında - "qara nəhrdə" yatmış dörd cür külək yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel - ağ, qara yel qara, xəzri - göy, giləvar - qırmızı libasda təsvir edilir. "Yel çərşənbəsi" günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir. Şifahi xalq yaradıcılığında yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Qədim deyimlərə görə, yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər.
Bundan başqa, inanca görə, "Yel çərşənbəsi" gecəsi söyüd ağacının altına gedib niyyət elə və yel babanı çağır. Əgər yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.
"Yel çərşənbəsi" günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar "Axır çərşənbə" üçün hazırlıqlar görür. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görür. Bu gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır" - deyə yazırlar.
Əlbəttə, onların bu fikirləri camaat arasında geniş yayılsa da, əsl tədqiqat materiallarının üzə çıxarılması bu yalanları yavaş-yavaş sıradan çıxarır.
Güllü Yoloğlu üçüncü çərşənbə haqqında yazır: "Üçüncü çərşənbəyə qədər qar əməlli-başlı əriyir, məzarlıqlara gedən yollar açılmağa başlayır. Uzun qış aylarında dünyasını dəyişmiş yaxınlarının qəbirlərini ziyarət edə bilməyən xalq qəbir üstünə gedir, özlərilə süpürgə, kürək, su, əski, yeyəcəklər, şirniyyat aparır, qəbirləri palçıqdan, çör-çöpdən təmizləyir, yuyur, silir, üzərinə yiyəcəklər, gül-çiçək qoyur, dualar oxuyur. Son illərdə bu mərasimdə mollalar da iştirak edir. Geri döndükdən sonra hamı paklanır, axşamçağı ölülərin adına qazan asır, şamlar yandırırlar ki, (axı əvvəllər elektrik işığı yox idi) ruhları işığın vasitəsilə gəlib evi rahat tapsın, adına bişirilənlərdən payını alsın və rahatlıqla geri dönsün. Ruhun yolunu azıb geri dönə bilməməsinin ailədə fəlakətə səbəb ola biləcəyinə inanılır. Bu gecə elə beləcə, yadetmə ilə, xatirələrlə başa çatır. Adətən, mərhumun adını çəkmirlər, onu "rəhmətlik", "baxtsız, yığvalsız", "yeri cənnətlik olmuş", "cavan ölmüş" və bu kimi sözlərlə anırlar".
Görkəmli türkoloqun araşdırması, bu yöndə gördüyü işlər Novruz çərşənbələrinin gerçək adlarının və gerçək mahiyyətinin üzə çıxmasına gətirib çıxarır. Hesab edirik ki, xalqın sərvəti, mərasimləri, onların adları olduğu kimi xalqa çatdırılmalıdır. Mərasimlər keçirərkən çox zaman icra etdiyimiz ayinlərin mahiyyətindən xəbərsiz olur, onu kor-koranə şəkildə icra edirik. Ancaq bilməliyik ki, bunlar nə üçün edilməlidir, niyə edilir? Əslində, "qara bayram"ın, "qara çərşənbə"nin, "ata-baba günü"nün, "ölülər bayramı"nın qeyd edilməsinin səbəbi rəhmətə gedən doğmalarımızın xatirəsini yad etməkdir. Dünyadan köçən əzizlərinizin ruhları şad olsun, qəbri nurla dolsun!
Yeni Günə-Novruza qədərki üçüncü -"Gül çərşənbə"dir. Qarşıda isə bizi "İlaxır çərşənbə" gözləyir...
İradə SARIYEVA





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ