Bazar ertəsi günü, 16 noyabr 2026
     

Xatırlamaq da gözəldir, xatırlanmaq da...

Image


Dostayevski deyirdi ki, "Qadınlar sözləri ilə deyil, gözləriylə danışır. Buna görə də onları anlamaq üçün dinləmək kifayət etməz, izləmək də mütləqdir". Dünya yaranandan bu günə kimi adına nəğmələr qoşulan, böyük əsərlər yazılan, adı hər zaman hörmət və ehtiramla çəkilən qadınlarsız dünyanı təsəvvür etmək mümkün deyil.
Qadın həyat ağacıdır və bu ağacın çətirinin altında zalıma, zülümə yer yoxdur. Onun günəş kimi hərarətli ürəyi dilinə, dininə, rənginə fərq qoymadan hər kəsə sevgi ilə qucaq açmaq üçün insanları dostluğa, həmrəyliyə, sülhə səsləyir.
Çünki qadın həm də Anadır. Analar isə dünyanın adları ilə birgə çəkilən cənnətə çevrilməsi üçün silahların susmasını, insanlara ölüm bəxş edən müharibələrin sona çatmasını arzulayarlar həmişə...
Azərbaycan qadını da dünyada sülhün, əminamanlığın carçısıdır. Çünki ötən illər ərzində qadınlarımızın ağaran saçları çox qanlı hadisələrə şahidlik edib.
Ölkəmizdə qadınlara həmişə böyük hörmət və ehtiramla yanışılıb, etimad göstərilib, ən məsul vəzifələr etibar edilib.
Ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmasına müstəsna əhəmiyyət verir və deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir". Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edir.
Bu gün daxili işlər orqanlarında da onlarla qadın əməkdaş xidmət edir. Onlar dövlətimizin və DİN rəhbərliyinin qayğısı ilə əhatə olunur, əməyi yüksək qiymətləndirilir.
Bu bayram ərəfəsində isə bir zamanlar DİO-da xidmət edən, nailiyyətlərə imza atan, öz zəngin təcrübəsini, təqaüddə olsalar da, gənclərlə bölüşən polis veteranı olan qadınları axtarıb onların könlünü xoş etməyə qərar verdik...
Onun adını bu gün DİO-da çalışanlar ehtiramla çəkirlər. Çünki işlədiyi dövrdə həm həkim kimi, həm də qayğıkeş bir insan kimi həmkarlarımızın sağlamlığının keşiyində durub.
Polis ailəsində doğulub, polis çörəyi yeyib. Evin böyük övladının həkim olmaq arzusu valideynlərini sevindirib. Bir müddət keçdikdən sonra atası, polis polkovniki Məhi Quliyevin "istəyirəm ki, sən mənim davamçım olasan" fikri gələcək ömür yolunda onun arzularına qol-qanad verib...
Əziz oxucularımız, söhbət, əlbəttə ki, uzun illər, düz 35 il, 6 ay, 19 gün DİO-da qüsursuz xidmət edən Elmira Məhi Qızı Quliyevadan gedir. O, bu gün təqaüddə olsa da, yenə də əli işdən-gücdən soyumayıb. Yeni iş yerində görüşdüm. Otağına daxil olanda diqqətimi çəkən dibçəkdəki güllər oldu. Bir qadın əlinin hərarəti ilə torpaqdan güc, Günəşdən nur alan güllər sanki dil açıb danışmaq istəyirdilər.
Elmira xanımın maraq dolu baxışları üzümə zillənmişdi və sükutu onun səsi pozdu: "Deyəsən, siz də gül həvəskarısınız?". "Bəli", - dedim. Və beləcə, güllərə həmdəm olan qadın ömrünün, veteran Azərbaycan polisinin ömür yoluna güzgü tutub, onu ötən illərlə üzbəüz qoydum. Keçmişə qayıtmaq heç də asan deyil, onu xatırlamaq insana sevinc də yaşadır, qəm də...
"Atamı respublikada yaxşı tanıyırlar. Onun ailəsində dünyaya göz açmaq mənim xoşbəxtliyim olsa da, bu həm də böyük məsuliyyət idi. Hər addımı götür-qoy edir, hər bir hərəkətimi ölçüb-biçirdim. Evimizdə hər şey saat mexanizmi kimi işləyirdi. Bizdə hər şey dəqiqliklə ayarlanmışdı. Bu mühiti atam yaratmışdı. Bəlkə də hər adam bizdəki yaşam ritminə uyğunlaşa bilməzdi. Ancaq biz uyğunlaşmışdıq və kiçik yaşlarımızdan üzləşdiyimiz hər bir çətinliyi təkbaşına aradan qaldırmaq üçün kimdənsə kömək, dəstək gözləmirdik. Ailədə dörd övlad idik. Evin böyüyü mən idim".
Elmira xanım 1974-cü ildə Tibb Universitetini bitirdi. Daxili işlər orqanlarında 1975-ci ildən terapevt kimi xidmətə başladı. 1982-ci ildə DİN-in Tibb İdarəsinin 1 nömrəli Poliklinikasında Terapiya şöbəsinin rəisi, 1985-ci ildə isə poliklinikanın rəis müavini vəzifəsinə irəli çəkildi. 1993-cü ildə 2 nömrəli Poliklinikanın, 2000-ci ildən 2011-ci ilə-təqaüdə çıxana qədər 1 nömrəli Poliklinikanın rəisi vəzifəsində xidmət etdi.
O, keçmişə qayıdıb ötənləri yad etdikcə üzündə illərin sınağından çıxan cizgilərdə, baxışlarında "keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim" nidasını oxuyurdum...
Təqaüddə olan polis polkovniki Zivər Xəlilova ilə bayramqabağı danışıb hal-əhval tutanda, onları unutmadığımız üçün təşəkkür etdi. "Görüşüb keçənlərə körpü salmaq, ötən illəri xatırlamaq istəyirik" deyəndə, telefonda bir anlıq susdu və tez də "yaxşı" dedi. Vədələşdiyimiz yerə vaxtından əvvəl gəlməsi məni heyrətləndirdi. Demək o, hələ də polisdəki dəqiqliyini qoruyub-saxlamışdı.
"DİO-da qadın polkovniklər barmaqla sayılacaq qədərdir və onlardan biri də sizsiniz" deyəndə gülümsəyib: "Dövlətimiz sağ olsun",- dedi.
Zivər xanım Bakıda doğulub. Azərbaycan Dövlət Universitetini bitirib. Həm işləyib, həm də təhsil alıb. İşlədiyi müəssisədən onu polisə dəvət ediblər və canla-başla razı olub. Çətinlikdən qorxmayıb, çünki atası elə bu orqanda xidmət edib.
İlk işi uşaqlarla olub. Sonradan bacarığı, uğurları sayəsində müxtəlif xidmətlərdə vəzifədə irəli çəkilib. 1977-ci ildə N.Rzayev adına Bakı Orta Xüsusi Milis Məktəbinə qəbul olunub. Vəzifə pillələrində irəli çəkildikcə bilik və bacarığını gənclərə öyrətməkdən yorulmayıb. DİN rəhbərliyinin etimadını qazanıb, nazirlikdə idarə rəisinin müavini vəzifəsinə, polis polkovniki rütbəsinəcən çətin və şərəfli yol keçib. "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.
Zivər xanımdan yazı üçün şəkil istəyəndə "yoxdur" dedi və mən buna çox təəccübləndim. Demə, onun da peşəkar əməliyyatçılar kimi şəkil çəkdirməklə elə də arası yoxmuş. Ancaq mənim, "sizinlə xatirə üçün bir şəkil çəkdirək" təklifimə də "yox" demədi...
Bayramınız mübarək, əzizlərimiz, sizləri həmişə belə gənc, gözəl görməyi arzulayan
Hafiz Təmirov,
polis mayoru 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ