Cümə axşamı günü, 01 oktyabr 2026
     

Azərbaycan Demokratik Respublikası və azərbaycançılıq ideyasının dövlət konsepsiyasına çevrilməsi...

Image


Azərbaycançılıq məfkurəsini yaradan şəxsiyyətlər bu müqəddəs ideyanı ədəbiyyatda, mədəniyyətdə, dövlətçilikdə və digər sahələrdə inkişaf etdirib. Bu proses günümüzdə də davam etdirilir. Bilirik ki, son illər Azərbaycan elminin inkişafı ilə bağlı rəsmi səviyyədə saysız sənədlər qəbul edilib, sərəncam və fərmanlar verilib. Müasir Azərbaycan elmi milli ideologiya, azərbaycançılıq ideyası istiqamətində inkişaf edir.
Azərbaycan elmi ilk növbədə azərbaycançılığa, onun inkişafına xidmət etməlidir.
Azərbaycan Demokratik Respublikası dövründə də milli ideologiya, təhsil və elm siyasəti bir-birinə uyğun şəkildə həyata keçirilib.
"Ulu dil" saytı milli ideologiya konsepsiyasından bəhs edərkən yazır ki, hər bir xalqın milli azadlıq hissi, müstəqillik meyli onun özünü dərk etməsi prosesində formalaşır, həqiqi məna və aydın yönüm kəsb edir. Saytın yazdığına görə, Məhəmməd Əmin Rəsulzadə "millətə hər bir fitnə-fəsadın mənbəyini göstər, onun nə tərəfdən və nə cür gəldiyini bildir, o zaman əminiz ki, millət nə edəcəyini bilər" fikrini irəli sürürdü. Mənbə bildirir ki, geniş maarifçilik və ardıcıl təbliğat güclü siyasi fəallıq yaratsa da, müstəqilliyi əldə etmək üçün ümummilli strateji mübarizə proqramı daha vacibdir. Bu prosesin zəruri tələblərindən biri milli ideologiyanın yaradılmasıdır: "Bütövlükdə, millətin mənafeyini, istək və arzularını ifadə edən ideyalar sistemi kimi milli ideologiyanın yaranması obyektiv tarixi hadisə kimi ilk növbədə milli azadlıq hərəkatı ilə bağlıdır, onun dalğaları üzərində yüksəlir və ona şüurlu nəzəri istiqamət verir. Azərbaycanda milli ideologiyanın yaranması heç də subyektiv meylin tələbi deyil, uzunmüddətli təbii-tarixi prosesin daxili məntiqi nəticəsi və ifadəsidir. Tarixi keçmişimiz bu meyli təsdiq edir".
Sayt Azərbaycan Respublikasının Prezidenti mərhum Heydər Əliyevin "Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. Xalqımız çoxminillik tarixində dəfələrlə öz milli azadlığına nail olmuş, milli dövlətini yaratmış, lakin sonralar müxtəlif səbəblər üzündən bunlardan məhrum olmuşdur. Orta əsrlərdə Azərbaycan xalqı Nizami, Xaqani, Nəsimi, Füzuli kimi dahilər yetirmiş və onlar azadlıq hissləri ilə yaşayıb yaratmışlar. Sonrakı dövrlərdə Azərbaycan çar Rusiyasının tərkibində, onun əsarəti altında olarkən azadlıq ideyaları ilə yaşayan ölkənin mütəfəkkir adamları, qabaqcıl siyasi xadimləri, yazıçı və şairləri olmuşdur. Mirzə Fətəli Axundov, Abbasqulu ağa Bakıxanov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Üzeyir Hacıbəyov, Məhəmməd Əmin Rəsulzadə kimi şəxsiyyətlərin yaradıcılığında milli azadlıq hissləri öz əksini tapmışdır. Siyasi rejimdən, kiminsə əsarəti altında yaşamasından asılı olmayaraq, xalqımız həmişə milli azadlığa, istiqlala can atmışdır" - fikrinə də yazıda yer verib.
Sayt yazır ki, bütün şüurlu həyatını vətənin mədəni dirçəlişinə həsr etmiş Mirzə Fətəli Axundov ilk dəfə ictimai-fəlsəfi fikir tariximizə "millət", "millətsevərlik", "milli tərəqqi" kimi anlayışları gətirib. Saytın yazdığına görə, görkəmli ictimai xadim və maarifçi demokrat Məhəmməd ağa Şahtaxtlı 1891-ci ildə "Kaspi" qəzetində dərc etdirdiyi "Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?" məqaləsində "azərbaycanlı" və "Azərbaycan dili" sözlərini leksikonumuza gətirib: "Məlumdur ki, çox vaxt bizləri "tatar", dilimizi "tatar dili" adlandırmışlar. Çünki çar üsul-idarəsinə və onun əlaltılarına Azərbaycan xalqının "tatar", "musilmanin" adlandırılması daha sərfəli idi. Onların ardınca bolşeviklər də "Azərbaycan" sözündən qorxmuş, vahiməyə düşmüş, milli mənlik şüurunun formalaşıb proletar beynəlmiləlçiliyini üstələyəcəyindən ehtiyat etmişlər. Azərbaycan Demokratik Respublikası milli dövlətçiliyimizin, milli ideologiyanın reallığa çevrilməsi yolunda tarixi bir addım oldu. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Demokratik Respublikası milli şüurun, milli dövlətçiliyin qərarlaşmasında mühüm rol oynayıb. Azərbaycanlı milli ideyası ümummilli ideologiyaya çevrilmə prosesində tarixi inkişaf baxımından, bir çox tədqiqatçıların haqlı olaraq qeyd etdikləri kimi, həm islamçılıq, həm də turançılıq-türkçülük mərhələlərini yaşamış, XX əsrin əvvələrindən etibarən müstəqil ideya cərəyanına çevrilməyə başlamış, Azərbaycan milli dövlətçiliyini meydana gətirib. O vaxt ki, demokrat ziyalılar milli azadlıq uğrunda mübarizədə turançılıq, türkçülük ideyasından daha çox konkret ölkənin müstəqilliyinə üstünlük verirdilər. Mustafa Kamal Atatürk Türkiyənin dövlətçiliyinin taleyi həll edilərkən turançılığı nicat yolu hesab etmirdi. O, 1917-ci ildə Xalq Respublika Partiyasının birinci qurultayında bildirib ki, "bütün türklərin bir dövlətdə birləşdirilməsi həyatakeçməz bir məsələdir". Tarixi təcrübədən görünür ki, panislamizm, yaxud pantürkizm müvəffəqiyyət qazana bilməz. Yusif Vəzir Çəmənzəminli Krımda turançılığın uğursuzluğu haqqında bəhs edərək yazırdı ki, bu ideya İsmayıl bəyə çoxsaylı əleyhdarlar qazandırdı, krımlıların fikrini azdırdı, onları Turanla birləşdirə bilmədi və hətta tatarlıqdan uzaqlaşdırdı. Məlum oldu ki, tatarlara milli şüur utopiya və romantik görünən turançılığa nisbətən daha yaxındır.
Reallığı dərk edən M.Ə.Rəsulzadə və Müsavat Partiyası turançılığın qeyri-mümkünlüyünü qəbul edib Azərbaycanın müstəqilliyi şüarını irəli sürdülər. Beləliklə, vətənpərvərlik, azərbaycançılıq, milli müstəqillik, milli dövlətçilik milli ideologiyamızın mahiyyətini, onun əsasını təşkil edən başlıca ideyalara çevrildi. Azərbaycan Demokratik Respublikası, sözün tam mənasında, azərbaycanlıların müqəddəs milli idealı olan milli dövlətçiliyimizin ilk tarixi təcəssümü idi.
Azərbaycan Demokratik Respublikası yarandığı gündən onun rəhbərləri hər şeydən əvvəl vacib saydıqları milli məsələyə həyati məsələ kimi baxmış, ona böyük diqqət yetirmişlər. Bu baxımdan ADR-in milli siyasətinin əsas prinsiplərini düzgün başa düşmək üçün onun ideoloqlarının millət və milli siyasət, millət və sinif, millətçilik və beynəlmiləlçilik haqqındakı fikirlərini, baxışlarını bir daha nəzərdən keçirmək maraqlıdır. Bir həqiqətdir ki, Azərbaycan Demokratik Respublikasının liderləri heç vaxt beynəlmiləlçilik əleyhinə olmamışlar, onlar kosmopolitizm əhval-ruhiyyəsini tənqid etməklə, millətlərin dostluq və əminamanlıq şəraitində yaşamalarını təqdir və təbliğ etmişlər. Bu cəhətdən M.Ə.Rəsulzadənin aşağıdakı sözləri səciyyəvidir. O, yazırdı ki, "K.Marksın "bütün ölkələrin proletarları birləşin" şüarı heç vaxt sözdən işə keçməyəcək, arzu olaraq qalacaq. Çünki dünyanın bütün millətləri birləşməyincə, füqərayi-kasibə birləşə bilməz. Ona görə lazımdır ki, əvvəlcə dünyanın bütün millətlərini birliyə çağırasan, sonra isə füqərayi-kasibənin birləşməsini tələb edəsən".
XX əsrin əvvəllərində millətə verilən tərif üzrə ictimai fikirdə kəskin qütbləşmə var idi. Burada millətin materialist, yaxud iqtisadi-siyasi izahı ilə mənəvi-psixoloji şərhi daha kəskin toqquşurdu".
Sayt yazır ki, Azərbaycan Demokratik Respublikasının siyasi liderləri sayılan müsavatçıların fikrincə, "millət öz dili, adəti, dini və məzhəbi ilə dolanan camaatdır". Müsavat Partiyasının proqramında millətin mövcudluq şərti kimi dil, adət-ənənə, ədəbiyyat əsas amil kimi götürülürdü: "M.Ə.Rəsulzadə siyasi və dövlətçilik fəaliyyətinin əvvəlki illərində millətin yaşaması üçün din birliyini zəruri saymış, islam xalqlarının hamısını "müsəlman milləti" kimi xarakterizə etmiş, dini qarşıdurmaya qarşı amansız olub. Rus imperiyası ölkədə vahid xristian din siyasətini həyata keçirir, islamı sünni və şiə məzhəbliyinə bölür, onların müvafiq ruhani idarələrini yaratmışdı. Bu barədə imperiya 1872-ci ilin aprel ayının 5-də və 1917-ci ilin iyul ayının 17-də islamı parçalayan, bir-birinə zidd məzhəblərə bölən qərəzli sərəncamlar qəbul etmişdi.
Azərbaycan Demokratik Respublikası dini ikitirəliyi, məzhəb ayrılığını, hansısa dinə üstünlük verilməsini aradan qaldırdı, dini azadlığı, dini sərbəstliyi təmin etdi. Hakim Müsavat Partiyasının proqramının 22-ci maddəsində qeyd edilirdi ki, "hökumət heç bir dinə, heç bir məzhəbə üstünlük verməməlidir və bir dinin zərərinə olaraq başqa dinə himayədarlıq etməməlidir". Bu prinsipə əsasən, Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə Tiflis şəhərində fəaliyyət göstərən sünni və şiə ruhani idarələri ləğv edildi və Bakıda müsəlmanların ruhani idarəsi təsis edildi. ADR-in sosial-təminat və dini etiqad naziri Musa Rəfibəyovun sərəncamı ilə Molla Ağa Əlizadə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri - Şeyxülislam təyin edildi.
Azərbaycan Demokratik Respublikasının yaranması və mövcud olmasının təməlini azərbaycanlı milli mənlik şüurunun formalaşması, "azərbaycanlı" ideyası təşkil edib. M.Ə.Rəsulzadə 1911-1914-cü illərdəki yazılarında "azərbaycanlı" istilahını dönə-dönə işlətmiş və azərbaycanlıların digər türk tatar qövmlərindən fərqini vurğulayıb. O yazırdı ki, "Azəri olduğumuza" heç kim şübhə etməməlidir.
Ömrünün çox az olmasına baxmayaraq, Azərbaycan Demokratik Respublikası hökuməti azərbaycanlı milli ideyasının həyata keçirilməsində böyük rol oynadı. Onun fəaliyyəti hər şeydən əvvəl vətənçilik, azərbaycançılıq, milli dövlətçilik, istiqlalçılıq, cumhuriyyətçilik kimi ideal milli prinsiplərin həyata keçirilməsinə söykənirdi. M.Ə.Rəsulzadə deyirdi: "Bir kərə yüksələn bayraq bir daha enməz!", "Bu yolda ya qazi, ya da şəhid olacağıq" . Azərbaycan Demokratik Respublikası azərbaycanlıların bir millət kimi vahid milli ideologiya əsasında birləşməsinin tarixi başlanğıcı idi. M.Ə.Rəsulzadə hesab edirdi ki, respublika daxilində millətin vəhdəti və bölünməzliyinin təmin olunması siyasi sabitliyin möhtəşəm rəhnidir. Bunların biri digərini şərtləndirən başlıca amillərdir. Azərbaycan milləti türk etnosu zəmini üzərində yaranmış olsa da, min illərlə onunla qaynayıb qarışmış digər etnoslarla birlikdə keçdikləri uzun bir tarixi inkişaf yolu üzərində formalaşıb bugünkü millət halına gəlib çıxıb. Azərbaycan millətinin bütün soy köklərinin inteqrativ bir zəmində birləşdirilməsi millətin bütün etnik qruplarının maraqlarının gözlənilməsi əsasında baş tuta bilər".
Sayt onu da qeyd edir ki, Azərbaycan Demokratik Respublikasının yaradıcısı M.Ə.Rəsulzadə Azərbaycanda min illərlə birgə yaşayıb yaratmış türk, tatar, tat, ləzgi, talış və bütün islam xalqlarının hamısını bir adla- azərbaycanlı adı ilə adlandırmağı lazım bilib: "Bu onun çox uzaqgörən siyasətinin nəticəsi idi. XX əsrin əvvəllərində Azərbaycan ziyalılarını ən çox düşündürən problem sosial tərəqqi problemi idi. O dövrdə Azərbaycan xalqı çarizmin əsarəti altında inləyən məhkum millət olduğuna görə onun qarşısında duran əsas vəzifə yeridilən müstəmləkəçilik siyasətinin ağır nəticələrinin təsirini mümkün qədər azaltmaq, xalqı soykökünə qaytarmaq, onun milli ruhunu qoruyub saxlamaqdan ibarət idi. M.Ə.Rəsulzadə milli tərəqqini sosial tərəqqinin əsası hesab edirdi. Onun fikrincə, hər hansı bir xalq sosial sahədə azadlıq əldə etməzdən əvvəl özü azad olmalı, milli istiqlala çatmalıdır.
Bu gün Azərbaycan Respublikası milli müstəqillik yolunda mətin addımlar atır, Azərbaycan Demokratik Respublikasının varisi kimi dünya dövlətlər birliyində tamhüquqlu, layiqli yer tutur. Bu işdə xüsusi xidmətləri olan mərhum prezident Heydər Əliyev dövlətçiliyimizin sosial, siyasi, milli-mənəvi bünövrəsinin strateji istiqamətlərini müəyyən edib, onun ideoloji təməlini yaradıb. Prezidentimizin əqidəsincə "milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır". Milli ideologiyamızın inkişaf konsepsiyasında vətənpərvərlik idealının mühüm yeri var. Vətənpərvərlik hər şeydən əvvəl vətənçilik və azərbaycançılıqla bağlıdır. Azərbaycançılıq ideyası milli ideologiyamızın özülünü təşkil edir. Vahid milli ideologiya milli və ümumbəşəri mənəvi sərvətlərin vəhdətinə, Azərbaycanda məskunlaşmış bütün millət və xalqların bir amal uğrunda mübarizəsinə, onların tam hüquq bərabərliyinə, vətənin ərazi birliyinin, mənafeyinin, müstəqilliyinin qorunması üçün məsuliyyətinin dərk olunmasına əsaslanır. Heç kimdən asılı olmayan, azad, müstəqil, suveren Azərbaycanın milli ideyası yalnız adda, rəmzlərdə deyil, həyatda, mahiyyətdə, xalqın mövcudluğunda, mənəviyyatında, dünyanın siyasi xəritəsində yaşayır, "yoxdan yaranmış" üçrəngli müqəddəs Azərbaycan bayrağı parlament üzərində qururla dalğalanır".
"Ulu dil" saytında milli dövlətçilik tariximizə qayıdış, ADR dövründə dövlətçiliyimizin, dilimizin yaşaması üçün görülən işlər, Azərbaycan Respublikası ikinci dəfə müstəqillik əldə etdikdən sonra ilk demokratik respublikamızın yolunu davam etdirməsi haqqında yer alan bu dəyərli fikirlər təqdirəlayiqdir. Azərbaycanda dövlətçilik, elm, təhsil, ədəbiyyat, mədəniyyət ənənələrinin tarixi qədimdir və mütləq mənada azərbaycançılığa bağlıdır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ