2016-cı il yanvarın 1-dən fevralın 27-ə qədər Bakı şəhəri üzrə yol-hərəkət qaydalarının pozulması ilə bağlı 150 mindən artıq inzibati protokol tərtib edilib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, qeyd olunan müddət ərzində 2578 sərxoş sürücü müəyyən edilib. V.Əsədov bildirib ki, sərnişindaşıma qaydalarını pozan 728 sürücüyə inzibati protokol tərtib edilib.