Cümə axşamı günü, 01 oktyabr 2026
     

Xına məclisləri restoran toyları ilə rəqabət həddinə çatıb

Image


Nizami Hüseynov: "Milli adətlərimizdən biri sayılan xınayaxdı mərasimi artıq biznes marağına çevrilib"

"Xınayaxdı kimi mərasimlərdə maddiyyat yox, mənəviyyat məqsəd seçilməlidir"
Xalqımızın toy kimi bir adəti var. Bununla əlaqəli ən gözəl adətlərimizdən biri də xınayaxdı mərasimidir. Bu mərasim qız evinə məxsusdur və məhz orada qız evi tərəfindən keçirilir. Xınayaxdı mərasiminin əsas mənası ondan ibarətdir ki, gəlin olacaq qız subaylığın son gecəsini yaşayır.
Əvvəllər bu mərasimlər sadə olardı. Toydan bir gün öncə ən yaxın qohumlar qızın evinə gedər, simvolik olaraq xına yaxaraq xeyir-dua verərdilər. Bunun üçün isə o qədər də böyük xərc tələb olunmurdu. Bir kasa xına, bir xonça da konfet və gəlinin toy günü geyinəcəyi gəlinlik. Amma indi qədim adətlərimizdən olan xınayaxdını həyata keçirmək üçün əməlli-başlı xərc tələb olunur.
Ümumilikdə, böyük toy biznesinin tərkib hissəsi olan xınayaxdı mərasimləri son zamanlar dəb halını almağa başlayıb. Şou-biznes nümayəndələri gəlirini toylardan tutduğu kimi, aktrisalar, rəqqasələr də qazancını xınayaxdı mərasimlərindən çıxarmağa başlayıb. Onlar da günü-gündən öz biznesini genişləndirərək ofislər, mərkəzlər açmaqla məşğuldur.
Təbii ki, dəbdəbəli keçirilən xınayaxdı mərasimlərinin qiyməti elə ucuz olmur. Xına mərasimləri təşkil edən studiyalardan əldə etdiyimiz məlumata əsasən, xınayaxdı üçün hazırlanan geyimlər studiya tərəfindən sifarişlə alınır. Qiymətlər isə müxtəlifdir. Məsələn, xına əlcəkləri 15-35 manat, gəlin üçün üz örtüyü 25 manat, zinət əşyaları üçün nəzərdə tutulmuş zinət qabı 15-45 manat, üzərlik qabı 20-25 manat, xınayaxdı qabı 20-35 manat arasında dəyişir.
Xına mərasiminə dəvət edilən aparıcıya isə, məşhurluğundan asılı olaraq, 2500-4000 arası pul ödəmək lazım gəlir.
Xına məclisini aparan rəqqasə, aktrisa və ya aparıcılar artıq bu sahədə öz biznesini qurublar. Onların bəziləri artıq xınayaxdı mərasimlərinin keçirilməsi üçün salon və sifarişlərin qəbulu üçün ofis açıblar. Onlar dəfələrlə öz açıqlamalarında qeyd ediblər ki, təşkil etdikləri xına məclislərində milli adət-ənənələr yaşadılır və mərasimdə iştirak edən bütün xanımların geyimi məhz həmin salon tərəfindən təmin olunur. Məclis bitəndən sonra geyim və digər aksesuarlar salona geri qaytarılır. Təbii ki, geyimlər məclisdə iştirak edənlərə pulsuz deyil, arenda kimi pulla verilir.
Tanınmış aktrisa Naibə Allahverdiyeva, Tünzalə Əliyeva (Toppuş bacı), müğənni Xuraman Şuşalı, Xatirə İslam, rəqqasə Göyçək Fatimə, aparıcı Nazilə Səfərli və digərləri artıq bu sahədə öz bizneslərini qurublar.
Müğənni Xuraman Şuşalı da xınayaxdı təşkil edən şirkətin sahibəsidir. Xuramanın təşkil etdiyi xına mərasiminin qiyməti 2000 manatdan başlayır. Bura dekor, çəkiliş, səs avadanlığı və Xuramanın ifası daxildir. Onun dediyinə görə, bu, son qiymət deyil, sövdələşmədən asılı olaraq, müştəriyə endirim də təklif edilə bilər.
Rəqqasə Fatimə isə bildirir ki, dekor, ansambl, çəkiliş, "haxışta" ifa etmək və məclisi aparmağın qiyməti 2000 manatdır. Rəqqasə onu da əlavə etdi ki, müştərinin istəyindən asılı olaraq, dekor dəyişdikcə, qiymət də artır.
Folklorşünas Nizami Hüseynov bizimlə söhbətində bildirdi ki, milli adətlərimizdən biri sayılan xınayaxdı mərasimi artıq biznes marağına çevrilib: "Bəllidir ki, xınayaxdı mərasimi qədimdən bəri keçirilən adətlərdən biridir. Təəssüflər olsun ki, indi əksər mərasimlərimizi daha təmtəraqlı şəkildə qeyd edirlər. Əslində, toyu olacaq gəlinin və təşrif buyuran qonaqların milli geyimlərdə xınayaxdı icra etməsi, bayatı və "haxışta" oxunması milli adət-ənənələrimizin dirçəldilməsi və keçmişə xas əxlaqi keyfiyyətlərin, ab-havanın gənclərə aşılanması baxımından sevindiricidir. Bu bizim folklorumuzun zənginliyini göstərir. Çünki əyləncəli mərasimdə səslənən bayatılardakı fikirlər maraqlı olur. Misal üçün, mərasimdə qız evi oğlan evinə və ya əksinə, bayatılar ünvanlayır.
Əvvəllər xınayaxdı deyiləndə qonaqlar xınanı əlin içinə və barmaqlarına yaxardılar. Gənc qızlar isə əlinin iç hissəsinə öz istəklisinin baş hərfini yazardılar. İndi mərasimlər daha dəbdəbəli keçirildiyi kimi, gəlinlərin də əli və biləyinə xına ilə çoxlu bəzəklər çəkilir".
Onun fikrincə, xına mərasimlərinə əlavə pul xərcləmək düzgün deyil: "Bahalı mərasimlər təşkil etmək, bunun üçün əlavə xərc tökmək faydalı sayıla bilməz. Çünki belə mərasimlərdə maddiyyat yox, mənəviyyat məqsəd seçilməlidir".
Günel CƏLİLOVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ