"Ortaq türk dili, ümumi türk dilinin yaranması mümkün deyil. Bunun əvəzində ortaq ünsiyyət dili olmalıdır. Türkiyə türkcəsi də bunun üçün çox uyğundur. Çünki türk dilləri arasında Türkiyə türkcəsi ən zəngin, ən münasib dildir”.
APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.