"Belarusun "BELNİİPQradostroitelstvo" respublika unitar elmi layihə müəssisəsi mütəxəssislərinin hazırladığı konsepsiyaya uyğun olaraq hələ o zaman Nəqliyyat Nazirliyi tıxacların aradan qaldırılması məqsədi ilə Bakı Buxtası üzərindən körpünün tikilməsi təklifini vermişdi. Biz Koreya mütəxəssisləri ilə birlikdə buna alternativ olaraq bulvarın 200 metr məsafəyə qədər genişləndirilməsi yolu ilə mərkəzin dolama magistral yolunun inşasının - tunelin çəkilməsini təklif etmişik".
"APA-Economics" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib.