Cümə axşamı günü, 01 oktyabr 2026
     

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Image


"Gender bərabərliyi özü-özlüyündə bir məqsəd olmasından əlavə, həm də yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün zəruri olan şərtdir".
Kofi Annan, BMT-nin keçmiş baş katibi

Gender nədir?

Bioloji fərqlər əsasında müəyyənləşdirilən cinsdən fərqli olaraq, gender (ona həmçinin sosial cins deyilir) kişi və qadınların ictimai münasibətlər çərçivəsində (məsələn, ailədə, məktəbdə, iş kollektivində) formalaşan rol və vəzifələrini əhatə edir. Bu rollar və vəzifələr konkret cəmiyyətdə mövcud olan "kişi" və "qadın" sosial kateqoriyalarının mahiyyətini təşkil edir. Digər mühüm sosial klassifikasiyalarla bərabər (ictimai sinif, irq, etnik qrup və sair), gender insanların cəmiyyətdəki mövqeyini müəyyənləşdirən əsas amillərdən biridir. "Cins" və "gender" arasında olan fərqi daha aydın göstərmək üçün iki misala müraciət edək. Uşaq doğmaq qadınlara aid olan reproduktiv bioloji funksiyası cinsin əlamətidir. Uşağın bəslənməsi və təlim-tərbiyəsi isə müxtəlif cəmiyyətlərin kişi və qadınlara (bəzən yalnız kişilərə və ya yalnız qadınlara) aid etdiyi sosial funksiya olaraq gender anlayışına aiddir və ailədə və cəmiyyətdə gender əsaslı əmək bölgüsünün bir hissəsidir. Bioloji cins əlamətləri və funksiyaları sosial cinsin funksiyaları ilə müqayisədə daha stabildir. Məsələn, uşaq doğmaq funksiyasını yalnız "qadın" cinsinə aid olan insanlar həyata keçirə bilər. Gender və ya sosial cinsin xüsusiyyətləri tarixi dövrdən, spesifik iqtisadi, mədəni, sosial və ekoloji şəraitdən asılı olaraq daim dəyişməkdədir. Genderə aid təsəvvürlər təkcə zaman və məkanla dəyişmir. Eyni cəmiyyətdə insanların "kişilik" və "qadınlıq" xüsusiyyətləri haqqında təsəvvürləri konkret insanın yaşı, sosial mövqeyi, etnik qrupu, dini, ailə statusu və başqa faktorlardan asılı olaraq fərqlənir. Həyat təcrübənizə əsaslanaraq bu suallara cavab verin: kənd yerlərində və şəhərdə, imkanlı və yoxsul təbəqədə, müxtəlif mədəni mühitdə yaşayan tanışlarınız arasında ideal "kişilik" və "qadınlıq" xüsusiyyətləri haqqında təsəvvürlər eynidirmi? Fərqlər varsa, fikrinizcə, onlar nədən irəli gəlir? Digər sosial münasibətlər sistemləri kimi gender münasibətləri də müəyyən güc balansına, hakimiyyət bölgüsünə əsaslanır. Bu güc balansı cəmiyyətlərdə və cəmiyyət içərisində müxtəlif qruplarda kişi və qadınlara aid edilən qaydalar, qadağalar və gözləntilərdə öz əksini tapır.
Şimali Qafqaz xalqları arasında ənənəvi olaraq oğlanların tərbiyəsi ilə kişilər məşğul olurdu. "Atalıq" adlanan qədim adətin bir variantında oğlan uşaqları erkən yaşdan öz ailəsindən ayrılır, başqa ailəyə (bəzən başqa kəndə) verilirdi və orada kişi ailə üzvləri tərəfindən tərbiyə edilib öz valideynlərinin yanına yalnız yeniyetməlik çağında qayıdırdı.
İctimai qaydalar və qadağalar kişi və qadınlar üçün fərqli davranış tərzlərini müəyyənləşdirir. Gözləntilər isə qadınların və kişilərin (qızların və oğlanların) həyatda nəyə nail olacağına dair ailə, icma, iş kollektivi və digər sosial mühitlərdə olan ümumi rəyləri əks etdirir. Məsələn, evdən kənarda təhsil almaq qadağası 20-ci əsrin əvvəllərində Azərbaycan ailələrinin əksəriyyətində qızlara şamil edilirdi. O dövrdə yalnız bəzi ziyalı ailələrində qızların təhsilinə icazə verilirdi. Xalqımızın böyük maarifçiləri, məşhur yazıçıları və ictimai xadimləri M.F.Axundov, Y.V.Çəmənzəminli, Ə.Haqverdiyev, Ə.Ağayev, C.Məmmədquluzadə, H.Cavanşir, S.Axundzadə, Ş.Əfəndiyeva, N.Şıxlinskaya, H.Z.Tağıyev, M.Ə.Sabir, Ü.Hacıbəyov, C.Cabbarlı, Ö.F.Nemanzadə və başqaları Azərbaycanda qadın təhsilinin ictimai qadağalardan azad olması yolunda yorulmadan çalışmışlar. Üstündən 30-40 il keçdi. Tarixi miqyasda kifayət qədər kiçik vaxt ərzində sovet siyasəti (kollektivləşmə, təhsil islahatları, sənayeləşmə, şəhər əhalisinin artımı, ailə, qadın və nikah sahəsində qəbul edilən qanunlar və aparılan ictimai kampaniyalar) və İkinci Dünya Müharibəsi şəraitində cəmiyyətdə əmək bölgüsünün dəyişməsi gender münasibətlərinə ciddi dəyişikliklər gətirdi.
Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan qadın hüquqlarının qorunması üzrə, demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub. 1992-ci ildə Azərbaycan Respublikası BMT-nin "Qadınların siyasi hüquqları" üzrə konvensiyasına, 1995-ci ildə "Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv olunması" üzrə konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub. Azərbaycan Hökuməti gender siyasəti sahəsində müəyyən nailiyyətlər əldə edib. Gender siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb (2006-cı il fevralın 6-dan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi). Komitənin əsas məqsədləri qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasıdır.
2000-ci ilin martında Azərbaycan Prezidenti "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi" üzrə Fərman imzalayıb. Bu sənəd respublikamızın bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin olunmasını, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunması, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını nəzərdə tutur. Sözügedən fərmanı həyata keçirmək üçün hökumət strukturlarına gender məsələsi üzrə məsul şəxslər təyin olunub. Fərmana əsasən, Azərbaycanın bütün bölgələrində icra hakimiyyəti başçılarının müavinlərindən biri qadınlardan təyin olunmalıdır. Bu fərman artıq bir sıra bölgələrdə həyata keçirilməkdədir.
2000-ci ilin iyununda Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı" qəbul edib. Bu proqram milli prioritetləri nəzərə alaraq, Pekin Strategiyası əsasında hazırlanıb. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə edib. Milli Fəaliyyət Planının müddəalarını həyata keçirmək üçün qurumlararası qrup yaradılıb. Milli Fəaliyyət Planının həyata keçirilməsində həm dövlət strukturlarının, həm də QHT-lərin iştirakı nəzərdə tutulub. Azərbaycan hökuməti genderin təşviqi sahəsində BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Hazırda Bakıda və Azərbaycanın digər bölgələrində qadınların siyasətə cəlb olunması və qərar qəbuletmə proseslərində iştirakı sahəsində müxtəlif layihələr həyata keçirilməkdədir.
Gender bərabərliyinin təşviqi sahəsində ölkəmizin yaxından əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də BMT-nin Qadınlar üçün İnkişaf Fondudur (UNİFEM). Ölkəmizin UNİFEM-lə əməkdaşlığı "Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda" adlı regional layihə çərçivəsində həyata keçirilib. Layihə əsasən hökumətlər, qadın koalisiya və şəbəkələri ilə tərəfdaşlıq şəraitində həyata keçirilmiş və gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi məqsədi daşıyır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova məlum məsələ ilə bağlı bildirib ki, Azərbaycanda "Gender bərabərliyi haqqında" Qanun 2006-cı ildə qəbul olunub. Bu qanuna görə, Azərbaycanın, demək olar, bütün qanunvericiliyi gender ekspertizasından keçirildi. Bu gün Azərbaycanın dövlət büdcəsində gender məsələlərinə görə xüsusi maddə ayrılır. Biz bir çox beynəlxalq tədbirlərdə iştirak edirik, başqa dövlətlərin təcrübəsini öyrənirik: "O dövlətlərin hətta çox inkişaf etmişlərindən Azərbaycan bu sahədə çox fərqlənir. Qanunu qəbul etmək olar. Amma onun işləməsi, yerinə yetirilməsi ən önəmli məsələdir. Bəzən qanun qəbul olunur, amma illərlə qalır və qanunu yada salan olmur. Bəzən isə yazılmayan qanunlar olur. Gender bərabərliyi qanunu bizə çox lazımdır".
S.Qəhrəmanovanın sözlərinə görə, mahiyyətinə varanda görürük ki, gender bərabərliyi Azərbaycan üçün yeni məsələ deyil: "Termin yenidir. Amma biz tariximizə nəzər salsaq, ailədə qadına olan münasibət, kişiyə olan münasibət, ədəb-ərkan, ehtiram məhz Azərbaycan ailəsində formalaşan milli dəyərlərdir. Sadəcə illər ötdükcə sovet dövründə ayrı münasibətlər formalaşdı. İndi demokratik dövlətdə yaşayırıq, bir çox insanlar Avropa dəyərlərini öz ailələrinə gətirir və bəzən bununla gender bərabərliyinə yox, əksinə, bərabərsizliyə yol açırlar.
Ona görə də bu gün gender bərabərliyinin təminatında qanundan daha çox insanları buna hazırlamağa, yəni maarifləndirməyə böyük ehtiyac var. Bu gün hökumət, qeyri-hökumət təşkilatları insanlarla daha yaxın münasibətdə olmalı, gender bərabərliyi nədir və bizə nə üçün lazımdır kimi suallara cavab tapmaqda onlara kömək etməlidir. Bəzən qadın olduğuna görə qadın irəli çəkilir və sonra nə baş verir? Bir çox rayon icra hakimiyyətlərində belə bir proses getdi. Sıravi bir müəlliməni icra hakimiyyətində müavin təyin edirlər. Amma bir şey nəzərə alınmır ki, idarəetmə özü bir elmdir. O pilləyə çatmaq üçün hələ idarəetmənin aşağı pilləsində olmaq lazımdır, öyrənmək lazımdır, sonra yüksək pilləyə çıxıb kiməsə dərs vermək olar. Sovet dövründə qadınların irəli çəkilməsi böyük bir sistem idi və bu sistemlə kadrlar hazırlanırdı. Bu gün də o hazırlıq prosesi gedir. Deməzdim ki, indi kadrlarımız yoxdur. Bu gün Azərbaycan qadınları çox fəaldır, istər QHT-lər, istər müvafiq dövlət qurumlarında onlar öz fəallığını göstərir".
Ölkəmizdə 2003-cü ildən sonra da gender bərabərliyinin təmin olunması məqsədilə ciddi islahatlar aparılıb. Bu məqsədlə milli qanunvericilikdə qadınların hüquq bərabərliyini təmin edən və hər cür ayrıseçkiliyi qadağan edən islahatlar həyata keçirilib. Gender bərabərliyinin təmin olunmasına yönəldilən islahatlar çərçivəsində atılan ən mühüm addım isə bu barədə ayrıca qanunun qəbul edilməsi oldu.
Prezidentin gender bərabərliyini dövlətin insan hüquqlarının təmin edilməsi və demokratik cəmiyyət quruculuğuna yönələn siyasətində əsas prioritetlərdən biri kimi müəyyən etməsinə uyğun olaraq, 2006-cı ildə Milli Məclis "Gender bərabərliyinin təminatları haqqında" Qanunu qəbul etdi. Bu qanun cinsi mənsubiyyətə görə ayrıseçkiliyin bütün formalarını aradan qaldırmağa, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyini təmin etməyə yönələn mühüm hüquqi mexanizm oldu. İlk dəfə olaraq milli qanunvericilikdə "gender", "gender bərabərliyi", "bərabər imkanlar", "cinsi mənsubiyyətə görə ayrıseçkilik" kimi anlayışların təsnifatı verildi. Qanunda cinsi ayrıseçkiliyin bütün formaları birmənalı şəkildə qadağan olundu.
Azərbaycanın "Gender bərabərliyi" indeksinin dünyanın inkişaf etmiş ölkələrinə yaxınlaşması ölkənin ümumi inkişaf göstəricilərindən biridir və bu göstəricinin daha da yaxşılaşdırılması üçün siyasi hakimiyyət tərəfindən islahatlar davam etdirilir.
Ölkəmizdə qadın və kişi bərabərliyinin təmin edilməsi istiqamətində ciddi islahatlar aparılsa da, real həyatda qadın və kişi bərabərliyinə nail olmaq mümkün olmayıb. Qadınların ölkənin sosial, siyasi və ictimai həyatında zəif iştirakının əsas səbəblərindən biri cəmiyyətdə qadının rolunu daha çox ailə ilə əlaqələndirən ənənəvi stereotiplərdir. Bu cür vəziyyət milli gender strategiyasında yeni yanaşmanın yaranmasını tələb edir. Hazırda ölkədə gender strategiyasını inkişaf etdirmək üçün milli mexanizm yaradılır və hökumətin fəaliyyətinə gender aspekti daxil edilir. Bununla əlaqədar olaraq, dövlət qurumlarında gender məsələləri üzrə məsul olan şəxslər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən və hər bir nazirlik çərçivəsində gender siyasətinin təkmilləşdirilməsi və bu sahədə görülən işlərin müzakirə edilməsi üçün işçi qrupuna daxil edilib.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ