Cümə axşamı günü, 01 oktyabr 2026
     

Tarixdə iz buraxanlar: Biruni

Image


Biruni X və XI yüzillərdə İslam dünyasında yetişmiş böyük alimlərimizdən biridir. Onun əsərlərində yüksək fənn elmlərinə dair verilən bilgilər ondan səkkiz əsr sonra gələn fənn alimlərini belə heyrətə salıb, bügünkü fənn elmlərinin qurucuları üçün istiqamətverici rəhbər olub. Əslən türk olan bu atamızın adı Məhəmməd ibn Əhməd əl-Biruni əl-Xarəzmidir.
Əl-Ustad ləqəbi ilə yad edilib, Biruni deyə məşhur olub. 973-cü ildə bu gün İran sərhədləri içərisində olan Qasda, Şah Abbasi Vəli deyilən yerdə anadan olub. 1049-cu ildə Qəznədə vəfat edib.
Kiçik yaşda atasını itirən Biruni hələ uşaq ikən üstün qabiliyyəti və zəkası ilə diqqətləri cəlb edib. Xarəzmşah xanədanından olan məşhur riyaziyyatçı alim Əbu Nəsr Mənsur ibn Əli ibn İraq onu himayəsi altına alıb, psixologiya elmini öyrədib. Dövlət adamlarına və Saray rəhbərlərinə yaxın bir mühit içərisində yetişən Biruni müxtəlif səbəblərlə getdiyi ölkələrdə görüşdüyü alimlərdən aldığı bilgilərlə elm sahəsinə yiyələnib. Astronomiya elminə vurğunluğu səbəbilə bu mövzuda araşdırmalar aparmağa başlayıb. Bu sahədəki çalışmaları ilə 995-996-cı illərdə hələ çox gənc ikən Xarəzm şəhərinə yaxın bir yer olan Buşkatirdə Günəşin və planetlərin meyllərini müəyyən dərəcədə təsbit edib. Biruni Əbül Həsən Əli ibn Məmunun dəvəti ilə təkrar Xarəzmə gələrək 998-ci ildə Əbül Vəfa əl-Buzcani ilə ciddi araşdırmalar aparıb. Xarəzm şəhərinin meridianını Bağdada görə tədqiq edib. Daha sonra Cürcaniyyəyə gəlib, bir müddət orada qalıb. Müəyyən üsullarla o şəhərin meridianlarını Xarəzmə bağlayıb.
Biruni İbn Sina ilə görüşdüyü zaman aralarında fizika və astronomiya ilə əlaqəli müzakirələr olub. İbn Sinanın dini mövzulardakı qarışıq düşüncələrini tənqid edərkən onun fövqəladə bir zəka sahibi, fəqət fəlsəfi düşüncələrə və yanlış fikirlərə bağlanmış olduğunu bildirib.
Biruni 44 yaşında ikən Qəznəvilərin himayəsi altına girib. Mahmud Qəznəvi ona insani iltifatlar edib. Qəznəvidə hökmdar sarayında bir rəsədxana quraraq Günəşin və planetlərin Xarəzmdə olduğu meyl dəyərlərinin tədqiqi üçün yeni təcrübələr, araşdırmalar aparıb. 1011-ci ilin ortalarında Kabil şəhərində də araşdırmalar aparıb. Bir zamanlar Qəznəvi Mahmudun Hindistan səfərinə Baş məsləhətçi və Xəzinə Baş müdiri olaraq qatılıb. Hindistanın fəthindən sonra burada müxtəlif elmi-tədqiqat işləri, ciddi araşdırmalar aparıb. Yer kürəsinin miqyasını hesablayıb. Sanskritcəni öyrənib. Hindistandakı çalışmalarını tamamladıqdan sonra Qəznəyə dönüb. Sultan Mahmud xanın oğlu Məsud və nəvəsi Mövdud Biruniyə çox böyük qiymət verib. Ona tədqiqat işlərini davam etdirməsi üçün hər bir şəraiti yaradıb. Bu imkan və fürsətləri çox yaxşı dəyərləndirən Biruni ciddi çalışmaları ilə bir çox xidmətlərə vəsilə olub. İbranicə, rumca, süryanicə və yunancanı da öyrənib. Tibb, fizika, riyaziyyat, astronomiya, tarix və geodeziyada çox yüksək ixtisas və məharət göstərib.
Biruni 1037-ci ilə qədər müxtəlif elmlərə dair 113 əsər yazıb. 1037-ci ildən sonra 12 il yaşayıb və bu zaman kəsiyi içərisində 83 əsər daha yazıb. 1049-cu ildə Qəznədə vəfat edib.
Din və fənn elmləri sahəsində çox yüksək bilgilərə sahib olan Biruni gözəl əxlaqlı bir insan olub. O, əhli-sünnət və camaat etiqadında idi. Onun Xarəzmdə ikən şiə əshabı-kiram düşməni olduğuna dair söylənənlərin əsli olmayıb. Peyğəmbər əfəndimizin əshabı-kiramına son dərəcə bağlı olan Biruni əshabı-kiram düşmənlərinin İslam dünyasını qarışdırmaq istəklərinin boşa çıxmasından məmnun olduğunu, gəncliyində olduğu kimi yaşlandıqdan sonra da bu mövzuda yazdığı əsərlərdə bildirib. Xüsusilə batil inama qarşı olduğunu ortaya qoyan Biruni xurafatlar da fasiləsiz ciddi-ciddi mücadilə edib, onların səhvlərini dəlillərlə isbat edib.
İbadətlər barədə çox diqqətli davranan Biruni təmizlik şərtlərini hər fürsətdə açıqlayıb, içki və qumar barəsində Allah Təalanın Qurani-Kərimdə bildirdiklərini anlamaqdan aciz olan ilahiyyatçıların işi olduğuna işarət edərək, onsuz da çox qısa olan ömrün və sağlığın qiymətini bildiribdir.
Biruni şəhərlərin meridian və paralellərini elmi baxımdan təsbit etməyi müsəlmanlara xidmət, Allah-Təalanın rizasına qovuşduracaq bir iş sayaraq, özünü bəxtiyar hiss etdiyini və bundan zövq aldığını anladardı.
Tarixi hadisələri iqtisadi səbəblərlə də isbat edən Biruni, iqtisadi tarixin əsasları barəsində məlumat verib. Türklərin islamiyyəti qəbul etmələri nəticəsində bu mədəniyyətin çox geniş sahələrə yayılmış olmasına görə insanlığın, xüsusilə elmin böyük qazanclar əldə etdiyini bildirib.
Biruni tam mənası ilə elmi tədqiqat metodlarına sahib olub. Buna görə tanınmış tarixçi elm adamları onu bütün dövrlərin ən böyük mütəfəkkirləri arasında dəyərləndirirlər. Onun ortaya qoyduğu məqsəd əşya və hadisələrin ən incə fərqlərindən başlayaraq elmi araşdırma və tədqiqatlarını davam etdirmək, təcrübələrlə nəzəriyyəni sağlam əsaslara oturtmaq və beləcə ümumi prinsip və qanunlara çatmaq olub.
Bu gün, xüsusilə Qərb elm dünyasında və onları kor-koranə təqlid edən şərqlilərdə yayğın olan qənaətə görə, yerin cazibə nəzəriyyəsi, yəni məşhur cazibə qanunu ingilis elm adamı Nyuton tərəfindən kəşf edilib. Halbuki, bu mövzuda ilk dəfə fikir ortaya atıb ciddi-ciddi elmi tədqiqatlar aparan Biruni olub. Biruni cazibə qanunu haqqında ona: "Dünya dönürsə, bu dönüşünə görə ağaclar, daşlar yerlərindən nə üçün atılmır" - deyə sual verənlərə belə cavab verib: "Bu, dünyanın dönməsi haqqında ortaya qoyduğumuz nəzəriyyəni çürütməz. Çünki hər şey dünyanın mərkəzinə düşür. Bu da onu göstərir ki, o mərkəzdə çəkicilik var. Bax, bu yer çəkimi, yer üzündəki cisimlərin çölə fırlamasına mane olur". Bu xüsusi elmi tarixşünas Karl L.Boyer, "A History of Mathematics" adlı əsərində açıqca bildirmir.
Dünya miqyasının təyinini də ilk dəfə Biruni edib. O, "Makale fi İstihracı Kurdil-Ard bi Rasadı İnhitatil-Ufuk" adlı risalələrində yer yarımiqyasının hesabını açıqlayır və dünyanın yuvarlaq olduğuna ən kiçicik bir tərəddüdə yer vermir. O böyük tarixi insan hələ min il bundan əvvəl "Inkra" adlı əsərində yer yarımiqyasını R = 6324,66 km olaraq göstərib, həqiqi yarımiqyasın rəqəminə çox yaxın bir rəqəmi ortaya qoyub.
Biruninin əsərlərinə həqiqi elm xüsusiyyətilə yaxınlaşıb tədqiq edən bütün elm adamları, elm tarixşünasları ortaq bir nəticəyə varıblar: "Biruni çox-çox nadir yetişən bir dahi, elm dünyasına indi və gələcəkdə işıq tutacaq çox böyük bir alimdir. Ona hər yaxınlaşdığımızda, onun metoduna, xasiyyətinə, şəxsiyyətinə, dərin qavrayış və nəzakətinə heyran qalırıq". Bu ortaq qənaətin nəticəsi olaraq amerikalı tanınmış elm tarixşünası George Sarton XI əsrə Biruni əsri deyib.
Əsaslı bir din mədəniyyəti almış və aldığı bu din elmləri mədəniyyətini tam mənası ilə həzm edərək bütün həyatına və çalışmalarına sirayət etdirən Biruni elmi əsərlərində bu mövzu ilə əlaqəli ayə və hədisləri zikr edib. Ayə və hədisləri öz əsərlərində zikr etməsi onun Qurani-Kərim və hədis elmindəki bilgisini göstərdiyi kimi, Qurani-Kərimə və Peyğəmbər əfəndimizə olan bağlılığını da ortaya qoyur.
Biruniyə görə, elmi həqiqəti tədqiq etmə zövqü ən yüksək zövqlər arasındadır. Bu barədə o belə deyir: "Elm adamına, yəni elm xidmətçisinə lazım və qaçılmaz olan şey elmin bütün sahələrində kifayət qədər yüksək bir səviyyədə olmasa belə, elmlər arasında bir ayırım edə bilməmək, hər birinin haqqını verməkdir. Çünki elm gözəldir. Onun ləzzəti də daimidir. Aparılan tədqiqat boyunca bu ləzzət davam edər. Tədqiqat bitdikdə isə o ləzzət də bitər. Bunu da qeyd edək ki, elm adamı özündən əvvəl gələn alimlərə xor gözlə baxmamalı, təvazökarlıqla əsərlərinə yaxınlaşıb istifadə etməlidir. Beləcə, ən doğru və sağlam bilgilərə çatacaq, qüsurlu və xətalı bilgilərdən uzaq durmuş olacaq. Elmin irəliləməsi və inkişafı üçün bunlar zəruridir:
a) elmi düşüncəyə sərbəstlik tanınmalı, yəni elmdə söz sahibi olanlar fikir azadlığına sahib olmalıdırlar;
b) elmi çalışmalar açıq və sağlam metodlara əsaslanmalıdır;
c) elm batil düşüncələrdən, sehr və xurafatdan təmizlənmiş olmalıdır;
d) həqiqi elm adamlarının çalışma zövqünü, şövqünü və səylərini artıran təşviq tədbirləri alınmalıdır;
e) elmin irəliləməsi üçün lazım olan hər cür maddi, sosial, texniki şərtlər və imkanlar hazırlanmalıdır;
f) elmə, elmi əsərlərə və elm adamlarına hörmət edilməli, etibarları təmin olunmalıdır;
g) insanların diqqət və əlaqələrini elmi mövzulara çəkmə çalışmaları aparılmalıdır;
h) dövlətin liderləri elmin inkişafı üçün lazım olan tədbirləri təsbit edib dərhal tətbiq etməlidirlər".
Biruni bəşəri, mənəvi elmlər sahəsindəki bəzi prinsipləri əsas alırdı. O bu barədə belə deyir: "Bu elmlərlə məşğul olanlar əvvəl ürəklərini pozuq etiqad, pis xasiyyət və düşüncələrdən təmizləməlidirlər. İnsanların çoxu mənəvi xəstəliklərə tutulub. Bu xəstəliklər sahibini haqq və həqiqəti görə bilməz hala gətirər, ürəyi kor, qulağı kar edər. Fanatizm, başqalarına üstün gəlmə, pis arzu və həvəslərin, məqam və mövqe sövdasının ardınca getmə və bunlara bənzər pis xasiyyətlər elm adamına yaraşmaz. Buna görə də hər kəs elm adamı ola bilməz. Elmin yolu çətin bir yoldur. Haqq və həqiqəti araşdırarkən mümkün olan ən sağlam məlumatlar əsas alınır və o sahənin nüfuz sahibinə və ya əsərlərinə müraciət edilir. Yəni hər kəsin sözünə və əsərinə deyil, hər kəs tərəfindən qəbul olunan alimlərin əsərlərinə müraciət edilir və təsbiti mümkün olan həqiqətlər ortaya çıxarılır".
Biruni müxtəlif mövzulara dair 196 əsər yazıb. Biruninin əsərləri tədqiq edildikdə onun əsaslı bir din mədəniyyəti almış olduğu, aldığı bu mədəniyyəti tam mənasıyla həzm etmiş və bütün həyatına, elmi çalışmalarına sirayət etdirmiş olduğu görünür. Biruninin dahiliyini və elmi sahələrdə əldə etdiyi müvəffəqiyyətlərin sirrini məhz bu istiqamətdə aramaq lazımdır.
Biruni bütün həyatını elmə verib və əsərlərini, çox azı istisna olmaqla, ərəbcə yazıb. O zamanlar və daha sonraları çox zəngin bir dil olan ərəbcə ədəbi və elmi bir dil olaraq istifadə edilib. Dahi Biruni bu mövzuda: "Əgər mən əsərlərimi öz dilimdə yazacaq olsaydım, bunlar çox saf ərəb cinsi atlar sürüsünün arasında zürafələr kimi qərib bir şey olardı", - deyib.
Biruni dünyadakı bütün elm adamlarının təsdiq etdiyi kimi, sözün əsl mənasında dahi bir alimdir. Bu dahi atamız üçün elmi-tədqiqat işləri fitri bir arzu, təbii bir ehtiyac dərəcəsində olub. O, başqa şeylərə etibar etməz, dünya malında gözü olmazdı.
Belə ki, Qəznəli Sultan Məsudun ona hədiyyə olaraq göndərdiyi bir fil yükü gümüş pula dönüb baxmayıb və onu səmimi qəlbdən dövlətin xəzinəsinə təhvil verib. Qəlbində mal, mövqe və mənfəət duyğularına yer verməyib.
Fazil QARAOĞLU,
professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ