Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Dövlətin muğam ustadlarına qayğısı...
Tarix: 03.10.2015 / 03:19
Bölmə: Sosial
Muğam sənəti Azərbaycan xalqının qədim-qayım mədəniyyətinin böyük bir hissəsini təşkil edir. Yaşı xalqımızın ömrü qədər uzun olan muğamlarımıza Azərbaycan dövləti böyük qayğı ilə yanaşır, bu sənətin qorunması üçün təqdirəlayiq işlər görür. Sözsüz ki, bu sahədə Heydər Əliyev Fondunun əməyi danılmazdır. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın muğama bəslədiyi böyük sevgi və qayğı, diqqət bu sənətin inkişafına güclü təkan verir, onu yeni inkişaf yollarına çıxarır.
Muğam sənətinin UNESCO-nun Dünya İrs Siyahısına salınması Mehriban xanımın əməyi sayəsində mümkün olub, bu nəcib işin başında o durur.
Azərbaycan dövləti muğamın inkişına böyük töhfələr verib. Muğam sənətinin inkişafında xidmətləri olan sənətkarları qiymətləndirir, onlara fəxri adlar, təqaüdlər, mükafatlar, orden və medallar verir. Mübaliğəsiz deyə bilərik ki, bu gün bütün muğam məktəblərinə yüksək diqqət, qayğı bəslənir. Əlbəttə, dövlətin həyata keçirdiyi qayğı siyasəti muğam sənətkarları ilə yanaşı, tamaşaçıların da ürəyincədir. O da məlumdur ki, görkəmli muğam ifaçılarının yubileyləri keçirilir, onların sənətinə layiqli qiymət verilir. Dövlət muğam sənətinin bütün nəsillərinə dəyər verir, istər yaşlı, istər orta yaşlı, istərsə də gənc xanəndələr tam olaraq dövlətimizin qayğısı ilə əhatə olunub. Hətta dünyadan köçən xanəndələr də unudulmur, dövlət tərəfindən onların xatirə günləri, yubileyləri qeyd olunur.
Azərbaycan dövlətinin muğam ifaçılarının sənətinə, fəaliyyətinə, xalqın sərvətini könlündə daşıyanlara verdiyi önəm misilsizdir.
Azərbaycan muğam ifaçılığında bir şəxsiyyət var ki, onun ifası, pedaqoji fəaliyyəti, gördüyü bütün işlər həm tamaşaçıların, həm də dövlətin nəzərindədir.
Oktyabrın 1-də 55 yaşını qeyd edən Azərbaycan Dövlət Akademik və Opera Teatrının solisti, xalq artisti, professor, "Şöhrət" ordenli Mənsum İbrahimov muğamın inkişafında, xüsusən də bu sənətin yeni dövrünün təkmilləşməsində müstəsna rol oynayıb. Müəllim kimi, xanəndə kimi, münsif kimi, vətəndaş, ziyalı kimi onun xidmətləri ölçüyəgəlməzdir.
Qeyd edək ki, Azərbaycan dövləti Mənsum İbrahimov yaradıcılığına, şəxsiyyətinə, fəaliyyətinə çox böyük dəyər verib.
Məlum olduğu kimi, 2010-cu ildə Beynəlxalq Muğam Mərkəzində xalq artisti Mənsum İbrahimovun 50 illik yubileyinə həsr edilən tədbir keçirilib. Azərbaycan dövlətinin xanəndə üçün keçirdiyi yubiley tədbiri doğrudan da muğama verilən dəyərli qiymət idi. M.İbrahimovun Azərbaycan musiqisinin inkişafı, təbliği və gənc nəslə öyrədilməsi istiqamətində gördüyü əvəzsiz işlər qiymətlidir.
Onu da vurğulayaq ki, 2010-cu il 30 sentyabr tarixində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinə görə Mənsum İbrahimov "Şöhrət" ordeni ilə təltif edilib.
Qeyd edək ki, Mənsum İsrafil oğlu İbrahimov 1960-cı il oktyabrın 1-də Azərbaycan Respublikasının Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni-Maarif fakültəsində təhsil alıb. 1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunan müsabiqədə I dərəcəli diploma layiq görülüb. Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunub. 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu oynayır. Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoysa da, hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı rollarını ifa edib. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər həm də xalq və bəstəkar mahnıları, muğamların gözəl ifaçısıdır. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində - İran, Türkiyə, İraq, Fransa, Belçika, Lüksemburq, Kipr, ABŞ və Kanadada ləyaqətlə təmsil edir. Bununla bərabər pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyası və Konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir. Yetirmələri Azərbaycanda keçirilən muğam müsabiqələrində uğurla çıxış edirlər. 1998-ci ildə Azərbaycanın əməkdar artisti, 2005-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident mükafatına layiq görülüb. Azərbaycan Milli Konservatoriyasının professorudur.
M.İbrahimov dəfələrlə qeyd edib ki, həyatını muğamın inkişafına həsr edib və bütün bilik, bacarığını, səylərini bu sənətin inkişafına töhfə verməyə yönəldib. Müsahibələrindən birində qeyd edib ki, xanəndə muğamı təbliğ və tərənnüm etməlidir, əgər ifaçı fəxri ad üçün çalışırsa, o zaman bitir: "İfaçı fəxri ad üçün çalışırsa, o zaman bitir. Fəxri ad alan kimi çalışmağa son qoyulur. Dövlətimiz zəhmətimizə böyük qiymət verib. Əlbəttə, bu xoşdur. Amma hər yeni ad alanda elə bilirəm çiynimə ağır bir yük götürürəm. Ona görə ki, o etimadı doğrultmaq lazımdır. 50 yaşımda "Şöhrət" ordeni ilə təltif olundum. Bu çox nadir hallarda baş verir. Bizim arxamızca böyük bir tələbə ordusu gəlir. Gənclərin konsertlərini təşkil edirik. "Gəncləşən muğam" layihəmiz var. Artıq 6 layihə başa çatıb. Hər dəfə Heydər Əliyev Sarayında 40-50 gəncin konsertini təşkil edirik. Konsertlərdə eyni zamanda tar və kamança ifaçıları da çıxış edir. Məqsəd gəncləri bir araya toplayıb dəstək olmaqdır. Zamanımız dar olsa da, bunu da edirik ki, gənclər arasında mehribançılıq olsun. Orada ilk dəfə səhnəyə çıxanlar olur, bu layihədə yeni üçlüklər yaranır".
Görkəmli xanəndə, professor, ustad Arif Babayev M.İbrahimov sənətinə yüksək qiymət verərək bildirir ki, M.İbrahimov xalq tərəfindən sevilir: "Mən Mənsum haqqında ürəkdolusu söz deyə bilərəm. Öz üzərində çalışan, xalq tərəfindən sevilən xanəndədir. Sizə deyim ki, xanəndə üçün xalq tərəfindən sevilmək böyük uğurdur. Onun ən yaxşı cəhəti budur ki, xalq mahnıları, muğamlara bağlıdır, onları yaşadır. O çalışır ki, bizim muğamlarımız, xalq mahnılarımız yaşasın. Köhnə mahnıları götürüb işləyirlər. Onun gözəl müşayiətçiləri var. Mənsum haqqında çox danışmaq olar. Bu yaxınlarda Ağdama, onun 55 illiyini qeyd etməyə gedəcəyik. Ona uğur, can sağlığı arzulayıram. Həmişə sevilsin, xalq tərəfindən unudulmasın".
M.İbrahimov haqqında səhnə dostu, həmkarı, xalq artisti Nəzakət Teymurova da fikirlərini bildirib: "...Mənsum müəllimin ad günü bizim şad günümüzdür. Bu ili ona həsr edirik. Bölgə-bölgə gəzirik, sevgimizi bölüşürük. O bizim yaxın dostumuz, yaxın insanımızdır. Buna görə də onun cəfasını çəkmək bizim üçün xoşdur. Təbrik edirəm. Allah can sağlığı versin. "Qarabağ" triosu da yanınızdan əskik olmasın. Çünki siz birlikdə çox gözəl görünürsünüz".
Azərbaycan muğam sənətinin görkəmli simalarından olan M.İbrahimovun həm bu il 55 yaşı tamam oldu, həm də Akademik Opera və Balet Teatrında fəaliyyətə başlamağının 30 ili tamamlanıb.
Xalq artisti, yubilyar M.İbrahimov "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycan dövlətinin muğam sənətinə qayğısı böyükdür və bunun nəticəsində sənət inkişaf edir: "Dövlətimiz mənə hər zaman böyük diqqət-qayğı göstərib, sənətimə, fəaliyyətimə dəyər verib. Buna görə ölkə başçısı cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya xüsusi təşəkkürümü bildirirəm. Bilirsiz ki, uzun illərdir muğam sənətindəyəm. Bu sənətə gələndə əziyyətli, çətin günlərim çox olub, ancaq şükür Allaha ki, yolumdan dönməmişəm, həmişə sənətə sadiq olmuşam. Sənətə çoxları gələ bilər, amma burada qalmaq çətindir. Sənətdə qalmaq, onun cəfasına qatlaşmaq fədakarların işidir. Mən o vaxtdan danışıram, indi sənətə gəlməyin nəyi var, çox asandır, çünki dövlət böyük qayğı göstərir, gəncləri qiymətləndirir. Sənətə verilən dəyər bizə stimul verir. Özümü muğam sənətinə həsr etmişəm, dövlət mənim fəaliyyətimə böyük dəyər verir. Bu gün biz özümüz gəncləri, yeniyetmələri axtarıb üzə çıxarırıq, onlara şərait yaradılır, amma o vaxt belə deyildi. Bildiyiniz kimi, ölkəmizdə 5 televiziya və 4 beynəlxalq muğam müsabiqəsi keçirilib. Nəticədə bütün bölgələrdən istedadı olan uşaqları seçib üzə çıxardırıq. Bu işdə bizi dəstəkləyən Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın rolu danılmazdır. Mehriban xanım muğama o qədər bağlıdır ki, sanki özü də muğamşünasdır. Bu insanın adı muğamla sıx bağlıdır. Mehriban Əliyeva Azərbaycan mədəniyyətini, xalqını çox sevir. Bizimlə görüşəndə həmişə fikrimizi, problemimizi, səhhətimizin vəziyyətini soruşur. Muğam gününün Mehriban xanımın ad günü ilə eyni vaxtda olması böyük hadisədir. Yeri gəlmişkən, Mehriban xanımı ürəkdən təbrik edirəm. O xanımın, digər sahələrdə olduğu kimi, muğamımızın inkişafında rolu böyükdür. Mehriban xanım bu sənətə xüsusi stimul verdi. Dövlətin diqqətindən sonra gənclərin bu sənətə marağı daha da artdı".
Mənsum müəllim bildirdi ki, Akademik Opera və Balet Teatrında fəaliyyətə başlamasının 30 ili tamam oldu: "Mən toy müğənnisi olmamışam, sırf sənətlə, pedaqoji fəaliyyətlə məşğul olmuşam. Artıq mənim opera səhnəsinə gəlməyimin 30 ili tamamlanıb. Sevinirəm ki, peşəkar səhnədə olmuşam. Bilirsiz, operada işləmək çox çətindir, sənətkarın sağlamlığını, enerjisini alır əlindən. Bu çətinliyə baxmayaraq, həmişə məsuliyyətlə işləmişəm. Bilirsiz ki, hər zaman baş rollarda çıxış etmişəm. Mənim fəaliyyətimi, əməyimi qiymətləndirən hər kəsə təşəkkür edirəm".
Mənsum müəllim sonda onu da qeyd etdi ki, 55 illik yubileyini keçirmək üçün oktyabrın 4-də Ağdama - doğulduğu rayona gedəcək. M.İbrahimovun sözlərinə görə, Arif Babayev, Rəmiş və digər ağdamlı sənətkarlar başda olmaqla, bu yurdda doğulan bütün xanəndələr, musiqiçilər həmin tədbirə qatılacaq: "Mən öz arzumla 55 illik yubileyimi Ağdamda əsgərlərlə birgə keçirəcəyəm. Bu mənim özümə yubiley hədiyyəmdir. Bu günlərdə ağdamlı bir balamız şəhidimiz oldu, onların ailəsinə gedib başsağlığı verəcəyəm. Mənim borcum Vətənə, el-obaya, xalqa, dövlətə xidmət etmək, muğamlarımızı yüksək səviyyədə təbliğ etməkdir. Ön cəbhədə əsgərlərlə birgə yubiley keçirmək hesab edirəm ki, çox yaxşı haldır və bu mənim ürəyimdən gəlir".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ