Cümə günü, 06 noyabr 2026
     

Vüsal Tahirov haqqında deyilənlərdən...

Image


(Onuncu yazı)

Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri, Xocavənd və Şuşa rayonları uğrunda xüsusi şücaət və qəhrəmanlıqlar göstərmiş Tahirov Vüsal Mehdi oğlu haqqında xatirələr bitmir. Haqqında deyilənlərdən bəzi seçmələri böyük qürur və minnətdarlıq hissi ilə təqdim edirik.

Abşeron rayon Xırdalan şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Xavər Fərhadova Vüsalla bağlı xatirələrini isti mehribanlıqla bizimlə bölüşdü:

- Vətən uğrunda canlarını fəda etmiş bütün oğulların müqəddəs ruhları qarşısında baş əyirəm. Məktəbimizin şagirdi Vüsal Tahirov da qəhrəman oğulların sırasındadır.

Heç bir valideyn övladının, yaxud heç bir müəllim şagirdinin şəhid olmasını istəməz... Dərs dediyim şagirdlərdən üç nəfəri Vətən müharibəsində şəhid oldu. Vüsal da Vətən naminə şəhadət şərbətini içdi. Allah bilir ki, mən Vüsalın və o biri şagirdlərimin şəhid olduqlarını eşidəndə hansı hallara düşmüşdüm...

Vüsal Tahirov ağıllı, nəzakətli davranışları olan uşaq idi. Fiziki görkəmcə zəif cüssədə idi, ancaq ağlı, sakit təbiəti ilə çoxlarından fərqlənirdi.

Mən Vüsala “İnsan və cəmiyyət” fənnindən dərs deyirdim. Tapşırırdım ki, dərsi əzbərləməyin, necə dərk edirsinizsə, o cür də danışın. Məni inandırın ki, kitabdan oxuduğunuzu insan və cəmiyyət fonunda xarakterizə edə bilirsiniz.

Vüsal dərsi rəvan, səlis nitqlə danışırdı. Hərdən də deyirdi ki, Xavər müəllimə, biz dərsdən çox sizi sevirik. Allah şahiddir, mən də onları tərbiyəli və əqidəli olmalarına görə hədsiz sevirdim.

Vüsal idmanla məşğul olurdu, deyirdi ki, idman boyuma təsir edə bilər. Etdi də, biz onu artıq zəif cüssədə yox, normal bədən formasında görürdük.

Vüsal ünsiyyətcil idi, kollektivi, kollektivçiliyi sevirdi. Sakit, qarabuğdayı çöhrəsi böyüdükcə ciddilik və zəmlə dolurdu.

Məktəbimizdə vətənpərvərlik hissi çox güclüdür və şagirdlərimiz artıq Vətən sevgisi ilə dolublar. Biz demək olar ki, hər gün foyedə - Vüsalın və o biri iki şəhid şagirdimizin stendi önündə onlara 44 günlük müharibəni aşılayır, onlara qürurlu, məğrur və mübariz böyümək şansı veririk. Bu da Vüsal kimi qəhrəman oğulların qəhrəmanlıq örnəkləridir...

Allahdan bütün şəhidlərimiz rəhmət, valideynlərinə səbr diləyirəm.

Abşeron rayon Xırdalan şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbinin biologiya müəllimi Minarə Əhmədova Vüsal haqqında bunları dedi:

- Mən Vüsal Tahirova biologiya fənnindən dərs demişəm. Qarabuğdayı, cılız vücudu olan bir uşaq idi. Dostlarına nisbətən zəif cüssəsi var idi. Həmişə arxa oturacaqda otururdu; çox sakit, ancaq çox nəzakətli davranışlara malik idi. Əlaçı olmasa da, dərslərini yaxşı mənimsəmək üçün çalışır, ciddi-cəhd göstərirdi. Bir dəfə deməzdi ki, dərsə hazır deyiləm. Dərsi bacardığı səviyyədə danışırdı.

Mən hər dəfə məktəbə daxil olanda onun foyedəki şəklini görüb ayaq saxlayır, bir anlıq Vüsalın əvvəlki çağlarını gözlərimin önündən keçirirəm. Doğrudan da, kimin böyüyəndə kim və nəçi olacağını yalnız Allah bilir...

Hər dəfə də uşaqlara aşılayırıq ki, Vüsal və digər iki şəhidimiz Vətən uğrunda canlarını fəda ediblər. Onların qəhrəmanlıqları sizin üçün bir örnək olmalıdır. Nə xoş ki, şagirdlərimiz Vüsalın və o biri iki şəhidimizin qəhrəmanlıqlarını əxz edə bilirlər...Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Vüsalın valideynlərinə Allahdan səbr arzulayıram.

Vüsalın riyaziyyat müəllimi Naibə Nəzərəliyeva içindəki kövrək xatirələri dilə gətirdi:

- Mən Vüsala riyaziyyat fənnindən dərs demişəm. O, mənim xatirəmdə çox yaxşı izlər qoyub...

Cılız, qarabuğdayı, sakit təbiətli, yüksək davranışlı uşaq idi, dərslərinə ciddi yanaşırdı. Həmişə də arxa oturacaqda otururdu. Tapşırıqları yerinə yetirir, öz üzərində ciddi çalışırdı. Hətta tənəffüslərdə də bayıra çıxmır, dərsləri ilə məşğul olurdu...

Bir gün eşitdim ki, Vətən müharibəsinə qatılıb, xüsusi bacarıq və şücaət göstərir. Həmin an bir qədər təəccüb etdim ki, o cür sakit uşaq bunu necə bacardı?! Deməli, insanı baxışları yox, içindəki təpər bəlli edirmiş...

Mən Vüsalla fəxr edir, qürur duyuram. Sevinirəm ki, məktəbimizin onun kimi qəhrəman şagirdi var.

Məktəbimizin üç şəhidi var, hər üçünə dərs demişəm. Vüsal o biri şəhid şagirdlərdən aşağı sinifdə - Qəmər müəllimin sinfində təhsil alırdı.

Artıq 6-cı ildir ki, biz şagirdlərimizə məktəbimizin şəhidlərini təbliğ edir, onların qəhrəmanlıq örnəyini şagirdlərimizə aşılayırıq. Onlar artıq yaxşı bilirlər ki, Vətən sevgisi nədir, insan Vətən uğrunda necə şəhid ola bilir...

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların yeri Cənnətdir.

Vüsalın valideynlərinə Allahdan səbr diləyirəm.

Vüsalın dostu Ümid illərlə bir yerdə yaşadıqları anlara belə rakurs etdi:

- Vüsalla yaxın dost idik. Ürəyini mənə açır, əsl dostluq nümunəsi sərgiləyirdi. Əliaçıq uşaq idi, cibindəki pulu son qəpiyinə qədər xərcləyirdi. Çox dostcanlı idi. Məhlədə, küçədə, ya haradasa başqa uşaqlarla sözümüz-söhbətimiz, ya dava-dalaşımız olurdusa, Vüsal sonadək yanımızda olur, bizi müdafiə edirdi. Çox qorxmaz, cəsarətli idi.

Vüsal iman əhli idi, tez-tez onunla məscidə gedir, dualar edirdik. Onun içində Allaha və vətənə xüsusi bir sevgi var idi.

Çoxları üçün qarabaq təsiri bağışlasa da, çox gülərüz, hərəkətli idi. Yaxşı futbol oynayırdı. Məhlədə tez-tez futbol oynayırdıq, hər dəfə də Vüsalın vurduğu qollar sayəsində qalib gəlirdik. Mən ona “məhləmizin Messisi” deyirdim.

Vüsal xatirimdə çox yaxşı dost kimi qalıb. Şəhid olmasını eşidəndə, səmimi deyirəm, şok keçirtdim. Bir anlıq inana bilmədim ki, qardaş qədər sevdiyim insan artıq həyatda yoxdur... Allah ona şəhidlik nəsib edib. Məzarı daim ziyarət yeri olacaq.

Allah ruhunu şad etsin!

Şərur rayon sakini, Vüsal Tahirovun hərbçi dostu Ağayev İbrahim Ramiz oğlunun dediklərindən:

- Vüsal Tahirovla 2018-ci il avustun 8-də tanış olduq. Onda Vüsalgil kursda idilər. Tez qaynayıb-qarışdıq. Olduqca mehriban, gülərüz insan idi. Onunla bir neçə dəfə Batabatda meşə təlimlərində olmuşuq. Yemək zamanı bir yerdə olur, səmimi söhbətlər edirdik. Soyadım Ağayevdir deyə nədənsə mənə “ağa” deyirdi. Onun məndə şəkli də var. Unutmayacağım dostdur. Nə vaxt telefonumda onun adını yığıram, ekranda dərhal şəkli görünür...

2019-cu ilin mart ayında biz dağa qar təliminə getdik. Bir həftədən çox orada qaldıq, xüsusi geyimdə döyüş təlimləri barədə təlimatlandıq.

Adları yadımda qalan şəhid dostlarım çoxdur: gizir Bağır Əsəd oğlu Ələkbərov, Xaməmmədov Şirxan Xaməmməd oğlu, Həsənov Elməddin Elşən oğlu, qrup komandirim Feyzullayev Zahir Eyvaz oğlu və kəskin snayperçi Tahirov Vüsal Mehdi oğlu.

Buz Vüsalla hər gün bir yerdə idik. Səhərdən axşama onunla əsl dostluq ünsiyyətimiz olurdu. Çox vaxt atışmalar zamanı poliqonlarda qalırdıq. Təlim-dərslərdə həmişə fərqlənirdik.

Vüsal ucaboy, yaraşıqlı, səliqəli insan idi. Çox sonralar bildim ki, Vüsal Şərur rayonunun Danyeri kəndindəndir. Onun xalası oğlu da tez-tez bizimlə ünsiyyət qururdu... Onu da mənə elə Vüsal təqdim etmişdi.

Heyif ki, Vüsal kimi mərd oğulları, vətəni canından artıq sevən qəhrəmanları itirdik. Təsəllimiz odur ki, Vüsal və onun kimi cəsur oğullar şəhidlik zirvəsinə ucalıblar.

Əslində, müharibələr insan taleyi ilə faktlaşan kabuslardır, tarixin alt qatlarında gizlənən gerçəklərdir. Vətən müharibəsi də bu qəbildən diqqət çəkir. Minlərlə soydaşımız bu müharibədə canını qurban verdi. Vüsal Tahirov da tarixə bəlli olmayan həqiqətləri üzə çıxarıb, öz milli vətənpərvərlik iradəsini nümayiş etdirən cəsur oğullardan biri kimi yaddaşımızda qaldı.

8 Noyabr tariximizə Qələbə günü kimi yazıldı. Qələbə günü - bu xüsusi əhəmiyyət daşıyan, bu olduqca möhtəşəm çöhrəsi ilə diqqət çəkən parlaq gün tarixin qan yaddaşına misilsiz an kimi köçdü, ölkəmiz üçün bu işıqlı gün olduqca zəruridir. Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş Vüsal Tahirov heyif ki, qələbədən xəbər tuta bilmədi. Noyabrın 8-də ağır qəlpə yarası ilə komaya düşdü, 8 gün sonra - noyabrın 16-da xəstəxanada şəhidlik zirvəsinə ucaldı. Onun qəhrəmanlığı təbii ki, heç vaxt yaddaşlardan silinməyəcək. Çünki bu qəhrəmanlıq gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Allahdan Vüsala rəhmət, doğmalarına səbr diləyirəm

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ