İki gün əvvəl Şəkidə yol qəzasında xəsarət almış şəxs xəstəxanada vəfat edib. Şəki Rayon Mərkəzi Xəstəxanasından mətbuata verilən məlumatda deyilir ki, qəzada ağır kəllə-beyin xəsarətləri alan piyada reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq qəzada yaralanan Hasil Əsgərov ötən gecə xəstəxanada ölüb. Yol qəzası ilə əlaqədar Şəki Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Mətləb