Cümə axşamı günü, 01 oktyabr 2026
     

“Yalanların həqiqəti inkar etməsi mümkünsüzdür” - Vüqar Rəhimzadə

Image


Azərbaycanın milli mənafeyini şəxsi ambisiyalarına qurban verən radikal düşərgə nümayəndələri, xaricdəki antimilli ünsürlər sosial media platformasında yalan danışmağı, şər-böhtan atmağı adi hala çeviriblər. Təxminən 30 ilə yaxın müddətdə xarici anti-Azərbaycan dairələrə maşalıq edən bu antimilli ünsürlər ancaq dağıdıcılığı, inkarçılığı, pozuculuğu təbliğ etməklə məşğuldurlar.

Azərbaycanın uğurlarını, Zəfərlərini heç cür həzm edə bilməyən bu ünsürlər xəstə təxəyyülə əsaslanan şərhləri, qeyri-ciddi fikirləri ilə ictimai rəyi çaşdırmağa, özlərini gündəmdə saxlamağa səy göstərir, bununla da özlərinə qarşı ictimai qınağı son hədəfə çatdırırlar. Bu ünsürlər unudurlar ki, ictimai qınaq ən böyük cəzadır. Ağa qara deməklə ölkəmizdə mövcud olan inkişafa, sabitliyə, demokratik mühitə kölgə salmaq cəhdləri hər zaman boşa çıxsa da, “bəlkə alındı” prinsipini fəaliyyətlərinin əsasında saxlamaqla belə ikrah doğuran əməllərini davam etdirirlər. Onların anti-Azərbaycan qüvvələrlə işbirliyi inkaredilməz həqiqətdir. Həmin qüvvələrin hər fürsətdə ölkəmizin əleyhinə təbliğat aparmaları, uğurlarımızı görməzdən gəlmələri cəmiyyətdə nifrət hissini daha da artırır. Bu gün ölkəmiz öz daxili imkanları hesabına azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərini həyata keçirərək, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışını təmin edir. Prezident İlham Əliyev tarixi Zəfərimizdən dərhal sonra bərpa işlərinə başlanan andan belə bir çağırışı etdi ki, Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevriləcək, bura qayıdan soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri addımlar atılacaq. Bu gün böyük əminliklə qeyd edirik ki, Qarabağda və Şərqi Zəngəzurda görülən işlər Azərbaycanın şəhərsalma təcrübəsinin dünyaya təqdimatıdır. Bu qədər nəhəng işləri həyata keçirən dövlətin siyasətini təqdir etmək əvəzinə sosial mediada platformasında qarayaxma ilə məşğul olmaq avantürizmdir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, xəbis xislət, Azərbaycanın uğurlarını həzm edə bilməmək həmin qüvvələrin həqiqətləri etiraf etməsinə imkan vermir. Belə olmasaydı həmin qüvvələr eyni mərkəzdən alınmış tezislər əsasında dövlətimizin uğurlu siyasətinə kölgə salmağa çalışmazdılar. Məsələn, hər fürsətdə Azərbaycana qarşı qarayaxma ilə məşğul olan Kərimov Əli gah sosial siyasəti tənqid edir, gah xarici siyasəti. Amma dediklərinin Azərbaycan reallığı ilə heç bir əlaqəsi yoxdur. Hər zaman bu xatırlatmanı etməyi özümüzə borc bilirik ki, kərimov əlilər yaxşı olar ki, özlərinin də təmsil olunduğu AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə yarıtmaz siyasətlərinin, idarəçilik qabiliyyətlərinin yoxluğunun ucbatından ölkədə yaratdıqları xaosu, anarxiyanı, özbaşınalıqları, ən əsas torpaqlarımızın bir-birinin ardınca işğalına şərait yaratmalarını yada salsınlar. 1992-ci ildə hakimiyyəti zorla zəbt edən bu ünsürlərin xəyanətkar siyasəti nəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə vətəndaş müharibəsi başlamışdı. Respublika dərin böhrana sürüklənmişdi. Azərbaycan bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Anarxiya, hərc-mərclik, talançılıq, korrupsiya, rüşvət baş alıb gedirdi. 1993-cü ildə ölkəmizi o ağır vəziyyətdən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xilas etdi.

Vüqar Rəhimzadə bildirib ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində anti-Azərbaycan dairələrdən aldıqları sifarişlər əsasında dövlətimizin beynəlxalq aləmdəki imicinə kölgə salmağa cəhd etmək, ölkəmizin inkişafı, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımları qaralamaq, populist çıxışlar etmək, bitib-tükənməyən iftiralar və qarayaxmalar “yalan maşınına” çevrilən bu qüvvələrin əslində iflasa uğradığının göstəricisidir. Bu üzdəniraq qüvvələr hər fürsətdən istifadə edərək Azərbaycan dövlətinin ünvanına iftiralar səsləndirirlər. Məsələn, 12 gün davam etmiş İsrail-İran müharibəsi zamanı və ondan sonra həmin xəyanətkar qüvvələr Azərbaycanın İsrailə kömək etdiyi yalanını tirajlayırdılar. Amma İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani bəyan edib ki, 12 günlük müharibədə Azərbaycanın İsrailə yardım etdiyinə dair heç bir sübut yoxdur. İndi nə deyəcəksiniz, ay xəyanətkarlar! Bu qədər riyakar, satqın, avantürist olmaq olarmı?!

Millət vəkili vurğulayıb ki, ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti sayəsində regionda və dünyada öz mövqelərini daha da möhkəmləndirən, söz sahibinə çevrilən, dayanıqlı iqtisadi inkişafa malik olan, Cənubi Qafqazın yeni inkişaf perspektivlərini müəyyənləşdirən, yeni dünya nizamının formalaşmasına töhfələri ilə diqqətdə olan Azərbaycanın öz uğurları ilə radikal qüvvələri, xəyanətkarları, sosial mediada ölkəmizin əleyhinə təbliğat aparan bədxahlarımızı çox ciddi narahat etdiyi inkaredilməzdir. “Sapı özümüzdən olan baltalar” daim xarici anti-Azərbaycan qüvvələrin cızdığı ssenarilərə uyğun olaraq Azərbaycanın uğurlarına kölgə salmaq üçün cəhdlər edirlər. Amma onların bu avantüraları, sayıqlamaları fiaskoya məhkumdur. Yalanların həqiqəti inkar etməsi mümkünsüzdür. Bu gün beynəlxalq ictimaiyyət qalib, yeni dövrə qədəm qoyan Azərbaycanın dünyaya təqdim etdiyi təkmil inkişaf modelinin şahididir. Bu model Azərbaycanı Zəfərdən zəfərə aparır.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ