şənbə günü, 07 noyabr 2026
     

DƏYƏRLİ TƏDQİQAT ƏSƏRLƏRİ

Image


Əlyazmalar İnstitutnun maraqlı nəşrlərindən biri də f.ü.f.d. Vüsalə Musalının "Türk təzkirəçiliyi (biblioqrafiya)" kitabıdır. Kitab filologiya elmləri doktoru, professor Azadə Musayevanın elmi redaktorluğu ilə "Elm və təhsil" nəşriyyatında işıq üzü görmüşdür. 

Vüsalə Musalı babası Böyükağa Kərim oğlu Məmmədovun əziz xatirəsinə ithaf etdiyi kitabın "Ön söz"ündə təzkirələr haqqında əhatəli məlumat vermiş, onların ədəbiyyat tarixinin misilsiz qaynaqları olduğunu vurğulamışdır. Burada Səfəvi dövrü Azərbaycan ədəbiyyatının əsas mənbələindən olan Sam Mirzənin "Töhfeyi-sami" və Sadiq bəy Əfşarın "Məcçəül-xəvas" təzkirələrindən, Bağdadda yaşayan azərbaycanlı şairlərin əsərləri toplanmış Əhdi Bağdadinin "Gülşəni-şüəra" təzkirəsindən bəhs edilmiş və XVI-XX əsr osmanlı təzkirələrində də azərbaycanlı şairlərin əsərlərinin olduğunu qeyd olunmuşdur. 

Tədqiqatçı Müctəhidzadənin "Riyazül-aşiqin", Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan", "Təzkireyi-Nəvvab" və "Təzkireyi-Seyid Əzim Şirvani"dən, "Qulam Məmmədli təzkirəsi"ndən və s. təzkirələrdən danışmış və Əlyazmalar İnstitutunda xeyli əlyazma təzkirənin mühafizə olunduğunu diqqətə çatdırmışdır. 

Müəllifin "Türk xalqları ədəbiyyatında təzkirəçilik ənənələri" adlı yazısında təzkirələrin mənşəyi araşdırılmış, onların yaranma tarixinə ekskursiya olunmuş, müxtəlif  sahələrə aid təzkirələrin cədvəli də təqdim edilmişdir. "Təzkirə" sözünün izahını verən tədqiqatçı həm ərəbdilli, həm farsdilli, həm də türkdilli təzkirələri diqqətə çatdırmışdır. 

Tədqiqatçı yazır: "Təzkirələrdə bir və ya bir neçə şair deyil, bir və ya daha çox əsrin şairlərindən bəhs olunduğu üçün, hər şair haqqında eyni dəyər və ölçüdə məlumat vermək qeyri-mümkün idi. bunu doğuran bir neçə səbəb var idi. Belə ki, bir çox hallarda təzkirələr yüzlərlə şairi əhatə edirdi və o dövrdə məlumat toplama imkanları da məhdud idi. Bunlardan əlavə, təzkirəçilər öz dövrlərinin ədəbiyyat tarixçilərindən çox, ədəbiyyat tənqidçiləri hesab olunurdular. Onlar öz zövqlərinə görə, şairi və əsəri seçir və təzkirələrinə daxil edirdilər. Bu zaman təzkirənin subyektiv dəyərləndirilməsinə görə şairin məşhur və ya az tanınmış olması nəzərə alınır, bəzi ədiblərin əsərlərindən nümunələr verildiyi halda, digərlərindən belə örnək verilməsi "yaddan çıxırdı"...".        

Təzkirələrin struktur quluşundan bəhs edən müəllif tərtib prinsipinin cədvəlini də vermişdir. Burada İran təzkirəçiliyindən, Herat təzkirəçilik məktəbindən və Osmanlı təzkirəçiliyindən əhatəli bəhs açılmış, bəzi alimlərin fikirlərindən sitatlar verilmişdir.

Kitabın "Əlyazmalar" bölümündə 190 farsdilli, 473 türkdilli əlyazmanın təsviri verilmişdir. 

"Azərbaycan dilində" bölümündə 25 kitabın, 6 dissertasiyanın, 113 məqalənin, 38 təzkirəçiliklə bağlı mənbənin, "Türk dilində" bölümündə 76 kitabın, 353 məqalənin, 114 dissertasiyanın10 elektron kitabın, "Fars dilində" bölümündə 25 kitabın, "Rus dilində" bölümündə 10 kitabın, 11 haqqında məqalənin, 4 dissertasiya və avtoreferatın, "Digər dillərdə" bölümündə ingilis və alman dillərində 5 kitabın, 12 məqalənin, 18 haqqında mənbənin, özbək və tacik dillərində 7 kitabın, 37 məqalənin biblioqrafik göstəricisi verilmişdir.

Kitabın sonunda müəllif adları, coğrafi adlar, əsər adları və qısaltlalar təqdim olunmuşdur.

Kitab təzkirəçilik tədqiqatı ilə məşğul olan tədqiqatçılar, doktorantlar, tələbələr üçün dəyərli vəsaitdir.

***

Vüsalə Musalının "Mətnlərin nəşrə hazırlanması problemləri" adlı monoqrafiyası da "Elm və təhsil" nəşriyyatında çap olunmuşdur. kitabın elmi redaktoru filologiya elmləri doktoru Nəsib Göyüşov, rəyçisi pedaqoji elmlər namizədi, dosent Knyaz Aslandır. Müəllif kitabı hörmətli qaynatası Hacı Seyfulla Ağacan oğlu Musayevin əziz xatirəsinə ithaf etmişdir. 

Kitabın girişində yazının insan həyatında mühüm əhəmiyyət daşıdığını vurğulayan tədqiqatçı, Azərbaycanın kitab sənətkarlığından bəhs etmiş, ümumiyyətlə Şərqdə kitaba verilən dəyəri qeyd edərək XVI əsr osmanlı şair və təzkirəçisi Lətifinin "kitab" rədifli qəzəlini təqdim etmişdir. 

Kitab çapından, nəşriyyat işindən, mətbəələrin yaranmasından danışan müəllif Azərbaycanda nəşriyyat-poliqrafiya işinin tarixinə də nəzər yetirir və yazır: "Hazırkı kitabda elmi, elmi-kütləvi, klassik, uşaq ədəbiyyatının və dövri nəşrlərin redaktə məsələlərindən bəhs olunmuşdur. monoqrafiyada elmi kitabların növ və tipləri haqqında məlumat verilmiş, elmi kitabların nəşrə hazırlanması xüsusiyyətləri öyrənilmişdir. Klassik ədəbiyyatın nəşri məsələləri, növləri, elmi-tənqidi mətnlərin hazırlanması və digər problemlər tədqiqat obyektinə çevrilmişdir. Dövri nəşrlərin tipoloji əlamətləri və növləri şərh olunmuş, elmi jurnalların növlərindən, məqsəd və oxucu təyinatından asılı olaraq növ və janrlarından, elmi jurnalların nəşri tarixindən və mərhələlərindən bəhs edilmiş, nəşrə hazırlanma və redaktə xüsusiyyətləri, mərhələləri, gizli rəyçilərə göndərilmə və s. problemləri işıqlandırılmış, Azərbaycanda nəşr olunan elmi jurnalların, azərbaycanlı müəlliflərin elmi məqalələrinin Thomson reyestrində öz əksini tapması, ölkəmizdəki elmi jurnalların bu agentliyin impast factorunu alması məsələləri və qarşıda duran vəzifələr araşdırılmışdır".

Kitabın "Nəşrlərin növ-tipoloji tərkibi və təsnifatı" adlı I fəslində nəşrin konsepsiyası və ümumi modelindən, nəşrlərin sistemləşdirilməsindən söz açılır. Burada məqsəd təyinatına görə müxtəlif növ nəşrlər sistemləşdirilmişdir.

"Elmi nəşrlər: mahiyyəti, tipoloji əlamətləri və növləri" adlı II fəsildə informasiya xarakterinə görə elmi nəşrlərin növləri diqətə çatdırılır ki, bura monoqrafiya, elmi əsərlər toplusu,  avtoreferat, konfrans materialları və s. daxildir. Burada redakrə işinin metodları, elmi əsər üzərində redaktə, elmi kitabların məlumat aparatının hazırlanması, azərbaycanda elmi ədəbiyyatın nəşri kimi məsələlərə aydınlıq gətirilmişdir. 

III fəsil "Elmi-kütləvi nəşrlər" adlanır ki, burada elmi-kütləvi nəşrlərin tipoloji xarakteristikası və redaktə xüsusiyyətləri işıqlandırılmışdır. 

Kitabın "Klassik əsərlərin nəşrə hazırlanması və redaktəsi" adlı IV fəslində klassik əsər üzərində mətnşünaslıq işi, klassik ədəbiyyatın nəşr tipləri, soraq-məlumat aparatı və Azərbaycanda klassik əsərlərin nəşrinin vəziyyəti haqqında bəhs edilmişdir.burada müəllif elmi-tənqidi mətnlərin nəşrindən söz açarkən bir çox klassik əsərləri diqqətə çatdırmışdır, "Kitabi-Dədə Qorqud"un, Nəsiminin, Xətainin, Dədə Ömər Rövşəninin, Qövsi Təbrizinin, Xətai Təbrizinin, Şahi Səbsəvarinin, Füzulinin divanlarının, eyni zamanda İsanın "Mehr və Müştəri", Süleyman Çələbinin "Vəsilətün-nicat", Əşrəf Marağayinin "Riyazül-aşiqin" əsərlərinin elmi-tənqidi mətnlərinin tərtibindən bəhs etmişdir. 

"Dövri nəşrlərin tipoloji əlamətləri və növləri" adlı V fəsildə qəzet, bülleten, təqvim, referat,ekspress informasiya, kütləvi, elmi-kütləvi, ictimai-siyasi, ədəbi-bədii jurnallar haqqında məlumat verilmişdir. Burada jurnalların janrları, müəllif əlyazması üzərində redaktə işi, elmi jurnalların aparatının redaktəsi və s. məsələlər aydınlaşdırılmış, Azərbaycanda elmi jurnalların nəşri vəziyyəti və perspektivlər haqqında söz açılmışdır. Müəllif "Azərbaycanda dövri elmi nəşrlərin qarşısında qoyulan 36 tələbi də diqqətə çatdırmışdır. 

"Soraq-məlumat nəşrləri" adlı VI fəsildə ensiklopedik nəşrlər, ensiklopediyaların hazırlanması və redaktəsi, ensiklopedik məqalələrdə müraciət sistemi, sitatlar, eyni tipli məqalələrin sxemləri, lüğətlərin tərtibi və redaktəsi, soraq kitabçası ilə bağlı məsələlərdən bəhs edilmişdir. 

"Tədris ədəbiyyatı" adlı VII fəsildə tədris ədəbiyyatının funksiyaları, tədris ədəbiyyatı aparatının redaktəsi, dərsliklərin nəşrə hazırlanması, dərsliklərin soraq-məlumar aparatı, Azərbaycanda dərsliklərin nəşri məsələsi və bugünkü vəziyyət haqqında məlumat verilmişdir. 

"Uşaq ədəbiyyatının nəşrə hazırlanması" adlı VIII fəsildə uşaq ədəbiyyatının növləri, janr və formaları, redaktəsi, Azərbaycanda uşaq ədəbiyyatının nəşri məsələləri işıqlandırılmışdır. 

"Ədəbi-bədii əsərlərin redaktor hazırlığı" adlı IX fəsildə müəllif və redaktorun müsahibəsi və ya mübahisəsi, ədəbi-bədii əsərlərin seçimi və redaktəsi, illüstrasiyalar üzərində iş və s. məsələlərdən bəhs edilmişdir. 

"Təkrar nəşrlər adlı X fəsildə təkrar nəşrin tipoloji xarakteristikası, təkrar nəşrin çapa hazırlanması, təkrar nəşrin aparatının redaktəsi, Azərbaycanda təkrar nəşrlərin hazırlanması kimi məsələlər aydınlaşdırılmışdır.

Kitabın hər fəslindən sonra ədəbiyyat siyahısı verilsə də, sonda Azərbaycan, türk və rus dillərində ümumi ədəbiyyat siyahısı təqdim olunmuşdur.  Kitabda nəşriyyatların və mətbəələrin siyahısı, ünvanları və fəaliyyət dairəsi də qeyd olunmuşdur. 

Kitabı bu sahədə çalışan mütəxəssislər və tədqiqat işi aparan tədqiqatçılar, doktorantlar, habelə tələbələr üçün maraqlı və gərəkli vəsaitdir. Vüsalə xanıma yeni uğurlar arzulayırıq.

Sona XƏYAL



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ