Bazar ertəsi günü, 09 noyabr 2026
     

İstiləşmə dünya üçün gözlənildiyindən də böyük təhdidə çevrildi

Image


Sürətlənən qlobal istiləşmə milyonlarla insanın həyatına təsir edir: Təbii fəlakətlər və müəyyən bölgələrdə əhəmiyyətli iqlim dəyişikliyi bəşəriyyətin onilliklər ərzində öhdəsindən gəlməyə çalışdığı problemlərin miqyasını daha da genişləndirir.

Ətraf mühit insanların təkcə fiziki vəziyyətinə təsir etmir, həm də onların davranışlarını dəyişir, özlərini və dünyanın qalan hissəsini başqa cür dərk etməyə məcbur edir. Bundan irəli gələn xəstəlik qlobal iqtisadiyyata trilyonlarla dollara başa gəlir, vəziyyət sürətlə pisləşir və proqnozlar da ürəzkaçan deyil.

  • Azərbaycan iqlim dəyişikliyinə qarşı preventiv addımlar atan ölkələr sırasındadır

Monaş Universitetinin araşdırmasına görə, qlobal istiləşmə səbəbindən hər il beş milyon insan ölür. Əsrin sonuna qədər bu rəqəm 83 milyona çata bilər. Qlobal istiləşmə və onun nəticələri ilə mübarizə aparmaq üçün 2016-cı ildə 175 ölkə Paris İqlim Sazişini imzalayıb. Onun məqsədi Yerin temperaturunun əlavə 1,5 dərəcə Selsi yüksəlməsini məhdudlaşdırmaqdır. İqlimşünaslar dəfələrlə bu istiqamətdə atılan addımlara şübhə ilə yanaşdıqlarını bəyan ediblər. Çünki əksər ölkələrin atmosferin çirklənmə səviyyəsini azaltmağa, belə demək olarsa, vaxtı yoxdur. Qlobal istiləşmənin əsas günahkarları planeti xilas etmək üçün ümumi səylərə qoşulmaqdan çəkinirlər. Bura sənaye cəhətdən inkişaf etmiş ölkələr, məsələn, ABŞ, Çin və digərləri daxildir. 1980-ci illərdən bəri Avropada iqlim istiləşməsinin sürəti qlobal orta göstəricini iki dəfə keçib. Bunda yenə Paris sazişinə qoşulmayan ölkələrin rolu böyükdür.

Bunlar fonunda alimlər xəbərdarlıq edirlər ki, əsrin sonuna qədər bəşəriyyətin beşdəbirindən çoxu təhlükəli isti ilə qarşılaşa bilər. “Nature Sustainability” jurnalının yazdığına görə, mövcud iqlim siyasəti ilə dünyanı sənaye dövründən əvvəlki səviyyədən 2,7 dərəcə Selsi yuxarı istiləşmə gözləyir. BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası ekspertlər qrupuna görə, bu, "iqlim fəlakəti”nin qarşısını almaq üçün lazım olan 1,5 dərəcə Selsi istiləşmə həddini ötəcək. Bu cür istiləşmə baş verdikdə, 2100-cü ilə qədər 2 milyard insan, yəni Yer kürəsində gözlənilən əhalinin təxminən 20 faizi  həyat üçün təhlükəli istiyə və ekstremal hava şəraitinə məruz qalacaq. Hətta nisbətən sərin iqlimi olan yerlər daha çox sayda isti və quraqlıq dalğaların ilə üzləşəcəklər. Orta qlobal temperatur 29 dərəcə Selsini keçəcək, bu da bəşəriyyəti “insan iqlim yeri”ndən, yəni insanların yaşamağa öyrəşdiyi şəraitdən kənara çıxaracaq. İnsan üçün optimal temperatur 13-25 dərəcə Selsi təşkil edir. Mövcud vəziyyət göstərir ki, iqlim dəyişikliyi kimi bəşəri xarakterli problemin həlli üçün bu istiqamətdə qlobal əməkdaşlığın həyata keçirilməsi olduqca vacibdir. Əks təqdirdə bu problemin fəsadlarının aradan qaldırılması mümkün olmayacaq. Azərbaycan müxtəlif beynəlxalq tribunalardan dünyanın diqqətini qlobal iqlim dəyişikliklərinə yönəltməklə yanaşı, bir ölkə olaraq da qeyd edilən problemin həllinə mühüm töhfələr verir. Bundan irəli gəlir ki, Azərbaycan yeni hədəflə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və Vətən müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradıldığını bəyan edib. İşğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranıb. Azərbaycan prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində  isə iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb. Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu,  2016-cı ildə Paris Sazişini ratifikasiya edərək qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Qoşulduğu beynəlxalq razılaşmalar üzrə Azərbaycan üzərinə götürdüyü öhdəliklərə tam riayət edir.

  • Yüksək temperatur insan səhhətinə mənfi təsir edir

Müxtələif ölkələrin, o cümlədən Azərbaycanın səylərinə baxmayaraq, qlobal istiləşmənin ən görünən nəticəsi hesab edilən təbii fəlakətlərin sayı artır.  Artan  quraqlıqlar, daşqınlar, qasırğalar və meşə yanğınları bunun təsdiqidir.

BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, son 50 ildə dünyada kataklizmlərin sayı 5 dəfə artıb və gələcəkdə də artmaqda davam edəcək. Təbii fəlakətlər ölkələrin həm təbii fonduna, həm də iqtisadiyyatına böyük ziyan vurur.  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 2008-ci ildən bəri hər il orta hesabla 20 milyondan çox insan daşqınlar, qasırğalar, meşə yanğınları və ya həddindən artıq istilər səbəbindən evlərini tərk edir. Köçmə nəticəsində miqrantlar işlərini, əvvəlki sosial əlaqələrini və dəstəyini itirir. Dəyişikliklər psixi sağlamlığa təsir edir: sağ qalanlar depressiya, narahatlıq və travma sonrası stress pozğunluğuna çevrilə bilən halla üzləşirlər. Psixikaya dağıdıcı təsir göstərən təkcə təbii fəlakətlər deyil, həm də fəsadları o qədər də açıq olmayan iqlim dəyişikliyidir. Pekin və Texas AM Universitetləri tərəfindən aparılan araşdırmalar göstərir ki, temperatur insanların davranış modellərinə təsir edən ən mühüm ekoloji faktordur. Tədqiqatçılar 22 dərəcəni insanlar üçün ən rahat temperatur adlandırıblar. Honq-Konq Çin Universitetinin başqa bir araşdırması qeyd edir ki, 28 dərəcədən yuxarı temperatur insanın psixi vəziyyətinə mənfi təsir göstərir. Yüksək hava istiliyi mərkəzi sinir sisteminin işinə təhlükə yaradır. Temperatur stressi "xoşbəxtlik hormonları" olan serotonin və dopamin kimi biokimyəvi maddələrin istehsalına birbaşa təsir edir və bu prosesdə baş verən dəyişikliklər depressiya və şizofreniyanın inkişafına səbəb ola bilər. Qlobal istiləşmə insanların başqalarına münasibətinə də təsir edir - ekstremal hava şəraiti aqressiv davranış və məişət zorakılığı riskini artırır. İqlim dəyişikliyi, psixi pozğunluqlar və maliyyə itkiləri sanki öz aralarında bir qapalı dairə yaradır. Qlobal istiləşmə insanların cəmiyyətin fəal hissəsi olmasına, o cümlədən onun iqtisadi həyatında iştirakına mane olan psixi problemlərə gətirib çıxarır. Bu halda cəmiyyət insanın istehsal edə biləcəyi mal və ya xidmətləri, ödəyə biləcəyi vergiləri və hər hansı alış üçün verə biləcəyi vəsaiti itirir. Bu səbəbdən əksər ölkələr, o cümlədən Azəbaycan iqlim dəyişikliyinə qarşı səylərin daha səmərəli olmasına xüsusi diqqət edir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ