Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, əgər Qərb diplomatiyası Ukraynadakı vəziyyətin həlli kontekstində barışıq səylərinə mane olmağa cəhd edərsə, Rusiya məqsədlərinə danışıqlar masasında deyil, hərbi yolla nail olacaq.
"Əgər Qərb diplomatiyası ağlabatan, balanslı və güzəştli təşəbbüslər irəli sürən ölkələri çəkindirməyə cəhd edirsə, qoy belə olsun. Bu məqsədlərimizə danışıqlar masasında deyil, ( bu bizim üçün daha uyğun olardı və Ankoric bunu sübut etdi), Rusiya Prezidenti Vladimir Putinin də dəfələrlə dediyi kimi, döyüş meydanında nail olacağıq" – deyə Lavrov bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Alyaskada keçirilən Rusiya-Amerika sammitindən sonra Avropa "sözün əsl mənasında ölümdən qorxmuşdu": "Onlar dərhal Rusiya prezidenti tərəfindən də qəbul edilmiş təşəbbüslərin qarşısını almaq üçün ABŞ prezidenti Donald Trampa təzyiq göstərməyə başladılar".
Rusiya xarici işlər naziri əlavə edib ki, iyun ayında ABŞ dövlət katibi Marko Rubio deyib ki, Ukraynanı birmənalı şəkildə dəstəklədiyi və silahlandırdıqları üçün onlar vasitəçi ola bilməzlər,
Tahir TAĞIYEV