şənbə günü, 10 oktyabr 2026
     

Azərbaycan daha bir beynəlxalq ölkələr qrupunun rəhbərliyinə seçildi...

Image


Tural İsmayılov: “32 ölkənin birləşdiyi bu platformanın Azərbaycan üçün əsas əhəmiyyəti ondan ibarətdir ki...”

Türkmənistan 2027-2028-ci illər üçün Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr Qrupuna (DÇÖÖ) sədr seçilib. Qərar Qrupun Nyu-Yorkda BMT-dəki daimi nümayəndələrinin iclasında qəbul edilib. BMT-dəki Türkmənistan Missiyasının məlumatına görə, ölkə Qrupun bütün üzvlərinin yekdil dəstəyi ilə sədr seçilib. Onun səlahiyyət müddəti 1 yanvar 2027-ci ildə başlayacaq. Sədr müavini kimi Azərbaycan, regional qruplardan isə Laos, Burundi, Çad, Ruanda və Paraqvay da İdarəetmə Bürosuna seçilib. Azərbaycan daha bir beynəlxalq ölkələr qrupunun sədr müavini seçilib.

Bu Azərbaycan nə verə bilər?

Siyasi ekspert Tural İsmayılov baki-xeber.com-a bildirdi ki, Azərbaycanın bu qrupda sədr müavini seçilməsi ilk baxışda coğrafi baxımdan paradoksal görünə bilər. “Çünki Azərbaycan klassik mənada dənizə çıxışı olmayan ölkə deyil. Lakin məsələnin mahiyyəti məhz buradadır: Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı dünya bazarlarına bağlayan nəqliyyat və logistika platformasına çevrilib.

Bu səbəbdən Azərbaycanın LLDC qrupunda iştirakı sadəcə diplomatik titul kimi qiymətləndirilməməlidir. Əksinə, Bakı burada özünün əsas geoiqtisadi üstünlüyünü – dənizə çıxışı olmayan ölkələrin dəniz limanlarına, qlobal bazarlara və beynəlxalq nəqliyyat dəhlizlərinə çıxışını təmin edən tranzit imkanlarını təqdim edə bilər.

32 ölkənin birləşdiyi bu platformanın Azərbaycan üçün əsas əhəmiyyəti ondan ibarətdir ki, burada klassik diplomatik gündəmdən daha çox nəqliyyat, logistika, ticarət, rəqəmsal bağlantılar və qlobal bazarlara çıxış məsələləri müzakirə olunur”. T.İsmayılovun sözlərinə görə, Azərbaycan isə məhz bu sahələrdə özünü regional bağlantı mərkəzi kimi təqdim edir.

“Azərbaycan bu ölkələrdən nə qazana bilər? Ən vacib məsələ yeni bazarlar və yeni tərəfdaşlıqlardır. Afrika, Asiya və Latın Amerikasındakı dənizə çıxışı olmayan dövlətlərlə siyasi münasibətlərin gücləndirilməsi Azərbaycanın diplomatik coğrafiyasını genişləndirə bilər. Bu ölkələrin böyük hissəsi üçün əsas problem məhsul istehsal etməkdən çox, həmin məhsulu dünya bazarına çıxarmaqdır. Azərbaycan isə onlara Bakı limanı, Orta Dəhliz, dəmir yolu və multimodal daşımalar üzərindən alternativ marşrutlar təklif edə bilər.

Burada Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Gürcüstan–Türkiyə istiqaməti yalnız Azərbaycanı Şərqlə Qərb arasında tranzit ölkəyə çevirmir. Eyni zamanda dənizə çıxışı olmayan dövlətlərin beynəlxalq ticarət sisteminə inteqrasiyası üçün əlavə imkan yaradır”.

T.İsmayılov qeyd etdi ki, amma məsələ yalnız Azərbaycanın bu ölkələrə nə verə bilməsi ilə məhdudlaşmır:“Azərbaycan özü də həmin qrupdan siyasi kapital əldə edə bilər. 32 dövlətin bir platformada təmsil olunması BMT sistemində Azərbaycanın diplomatik manevr imkanlarını artırır. Səsvermələrdə qarşılıqlı dəstək, iqtisadi layihələr, investisiya imkanları və yeni diplomatik koalisiyaların formalaşdırılması baxımından bu, kifayət qədər ciddi resursdur.

Məsələn, LLDC ölkələri üçün Azərbaycan üzərindən logistika paketləri, Bakı Limanına çıxış imkanları, Orta Dəhliz üzrə xüsusi tarif və tranzit mexanizmləri, rəqəmsal gömrük həlləri və investisiya platformaları formalaşdırıla bilər.

Başqa sözlə, Azərbaycan bu qrupdan diplomatik dəstək və yeni tərəfdaşlar qazana, qrupa isə logistika və tranzit imkanları verə bilər.

Burada daha böyük strateji məqam da var. Azərbaycan son illər öz xarici siyasətində özünü yalnız Cənubi Qafqaz dövləti kimi deyil, Avropa ilə Asiya arasında bağlantı yaradan regional güc kimi mövqeləndirir. LLDC qrupunun rəhbərliyində yer almaq da bu xəttin məntiqi davamıdır.

Ona görə də bu sədr müavinliyinə protokol xarakterli vəzifə kimi yox, Azərbaycanın “tranzit ölkədən geoiqtisadi mərkəzə” çevrilməsi siyasətinin növbəti mərhələsi kimi baxmaq daha doğru olar. Azərbaycanın əsas üstünlüyü isə sadədir: dənizə çıxışı olmayan ölkələr dənizə çıxış axtarır, Azərbaycan isə həmin çıxışın yollarından birini idarə edir”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ