Cümə günü, 02 oktyabr 2026
     

Ekologiya və ətraf mühitin mühafizəsi

Image


Ətraf mühitin qayğısına qala bilirikmi? Ətraf mühit deyəndə bizi əhatə edən fiziki mühit (atmosfer, torpaq və su), ətraf ekoloji mühit (bitkilər və heyvanlar ilə ətraf təbii mühit arasında qarşılıqlı əlaqə) və ətraf sosial mühit (insanlar, onların ailəsi, qrupları və sosial strukturları) nəzərdə tutulur. Sənayenin inkişafı təbii mühitdə fiziki-kimyəvi dəyişikliklərə səbəb olaraq biosferanın, yəni Yer kürəsinin həyat olan hissəsinin ekoloji tarazlığının pozulmasına, insan tərəfindən təbiətə birtərəfli, ancaq öz tələblərinin yerinə yetirilməsinə nail olmağa yönəlmiş münasibət son nəticədə təbii mühitin keyfiyyətinin pisləşməsinə və ehtiyatların tükənməsinə səbəb olur.
Əvəllər yaşayış yerlərinin, sənayenin miqyası Yerin ölçüsü ilə müqayisədə çox da böyük olmadığı üçün ekoloji nəticələr o qədər də gözə çarpmırdı. Bu isə insanı bol olan təbii ehtiyatlardan daha da geniş istifadə etməyə sövq edirdi. İndi təbiətdən istifadə həm kəmiyyət, həm də keyfiyyətcə artıb. Bu, sənayenin, energetikanın və digər sahənin inkişafı ilə qarşılıqlı surətdə əlaqəlidir. Lakin artıq təbii mühitin sıradan çıxmasına göz yummaq halları onlarca müxtəlif ekoloji problemlə nəticələnərək Yer kürəsini real təhlükə qarşısında qoyub. İndi təbiət üçün yaranan problemlər yalnız yerli xarakter daşımayaraq, daha iri miqyasa çatıb. Ayrı-ayrı ərazilərdə yaranan lokal problemlər artıq böyüyərək geniş əraziləri əhatə etdiyi üçün, onlar regional və qlobal miqyasda yayılıb.
Belə ki, bütün bu dediklərimiz ətraf mühit sahəsində siyasətlərin ətraflı təcəssümünün nümunəsidir. Ətraf mühit sahəsində problemlərin aradan qaldırılması əvəzinə "mənim obyektim burada olmalıdır" deyə ağacların kütləvi qırılması ekoloji tarazlığın pozulmasına gətirib çıxara bilir. Ekoloji tarazlığın pozulması hər bir halda nəzarət altında saxlanmalıdır, çünki bu, bəşəriyyətin böyük bir təhlükə ilə üzləşməsi deməkdir.

Ətraf mühitin mühafizəsi dövlətin güclü olmasının göstəricisidir
Sağlam ətraf mühitin insanlara nə verməsini araşdıraq. Belə ki, ətraf mühitin sağlam olması cəmiyyətin sağlam düşüncəsi, cəmiyyətin ətraf mühit sahəsində qanunvericiliyinin kifayət qədər uğurlu tətbiqi və sonda bəşəriyyətin bu dəhşətli təhlükədən xilas olması deməkdir. Ətraf mühitin cəmiyyətə verdiyi töhfədən daha çox dövlətə verdiyi töhfə önəmlidir və dövlətin dayanıqlı olmasının əsas meyarını təşkil edir. Belə ki, ətraf mühitin mühafizəsinin güclü olduğu dövlətlərə nəzərə yetirərkən biz sanki inkişaf səviyyəsinə görə daha qabaqcıl ölkələri görə bilirik. Bunun əsas səbəblərindən biri də ölkəyə turist axınının kütləvi olması ilə izah edilir. İnsanlar havası, suyu, ümumilikdə ətraf mühiti təmiz olan yerlərə daha çox uz tutur. Buna görə də ətraf mühit sahəsində dövlət və ictimai nəzarətin kifayət qədər yaxşı olması ümumilikdə "bəşəriyyətin təntənəsi" hesab edilməlidir.
Bu gün, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da ekologiya sahəsində müəyyən problemlər var. Ölkənin hazırda üzləşdiyi ekoloji problemlərin bir qismi iqtisadi inkişaf proseslərində ətraf mühitin davamlılığı məsələlərinin nəzərə alınmaması ilə bağlıdır. Ölkə ərazisinin müəyyən hissəsinin işğal edilməsi və insanların öz daimi yaşayış yerlərindən didərgin düşməsi nəticəsində əkin üçün yararlı torpaqların, suvarma və tullantıların idarə edilməsi sistemlərinin həddən artıq yüklənməsi ətraf mühitin mühafizəsi problemlərini daha da ağırlaşdırıb.
Dövlət tərəfindən qəbul edilən proqramların mahiyyəti, fəlsəfəsi, onlardan faydalanacaq subyektlərin əhatə dairəsi, ictimai əhəmiyyətliliyi barədə cəmiyyətdə kifayət qədər məlumat yoxdur. Bir sözlə, vətəndaş ekoloji maarifsizlikdən əziyyət çəkir. Müvafiq təşkilatlar gördükləri işlər barədə vaxtaşırı hesabat xarakterli çıxışlar edir. Amma etiraf edək ki, bu çıxışlar yalnız hesabat xarakteri daşıyır, daha geniş auditoriyaya gedib çatmır. Bunun üçün mətbuatın, QHT-lərin üzərinə böyük məsuliyyət düşür. Kütləvi informasiya vasitələri və QHT-lərin auditoriyası geniş və rəngarəng olduğundan, ekoloji maarifçiliyin həyata keçirilməsində böyük rol oynaya bilər. Çünki ətraf mühitin vəziyyəti əhalinin rifahına birbaşa və dolayı yolla təsir edir. Bunun üçün də maarifçilik işini genişləndirməklə həm əhalinin sağlamlığının qayğına qala, həm də ekoloji problemlərin, qismən də olsa, aradan qaldırılmasına nail ola bilərik.
İnsanlar arasında ekoloji mədəniyyətin, təfəkkürün, təhsilin formalaşması mövcud vəziyyətin qarşısının alınması istiqamətində atılan addım kimi dəryərləndirilir. Müxtəlif ekspertlərin əksəriyyətinin qənaətinə görə, insan təfəkküründə ekoloji maarifçiliyin formalaşdırılması üçün bu prosesə uşaqlıqdan başlamaq lazımdır. Burada ailənin, daha sonra isə müəllimlərin üzərinə böyük məsuliyyət düşür.
Qeyd edək ki, 8 iyun 1999-cu ildə qəbul edilmiş "Ekoloji təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununda ekoloji təhlükəsizlik anlayışından göründüyü kimi insan və cəmiyyətin vacib həyat maraqlarının qorunması və antropogen təsirlər nəticəsində ekoloji tarazlığın pozulması cəmiyyət üçün təhlükəli hal hesab edilməlidir. Bunun üçün ekoloji təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olan ölkənin inkişaf strategiyasının formalaşmasında və həyata keçirilməsində ekoloji təhlükəsizlik üstün qaydada təmin edilməlidir. Çünki bu, birbaşa dövlətin təbiətə olan münasibətinin əsas təminatlarından hesab edilməlidir. Ekoloji təhlükəsizliyin pozulması insanların sağlam ətraf mühitdə yaşamaq kimi konstitusion hüququnu pozur və bəzən başqa konstitusion hüquqları tapdalayır. Belə ki, ekoloji təhlükəsizliyin pozulması vətəndaşların təbii ehtiyatlara mülkiyyət, sahiblik və ondan istifadə hüquqlarını təhlükə altında qoyur.

Atmosferin qorunması üçün hər kəs bir iş görməlidir
Qeyd edək ki, son illər ərzində Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə "Avro-2", "Avro-3" və bu ilin 1 aprel tarixindən etibarən "Avro-4" standartlarının, ekoloji normalarının tətbiq edilməsi önəmli addım kimi qiymətləndirilməlidir.
2014-cü il 9 yanvar tarixində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında ekologiyanın qorunması, atmosferi çirkləndirən amillərə qarşı ciddi mübarizənin aparılması və vətəndaşların ekoloji təhlükəsizliyinin etibarlı təminatı ilə bağlı ölkə başçısı tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq bu istiqamətdə işlər sürətləndirilib. Bir sözlə, dünyanın kiçik bir parçası olan Azərbaycanda ekoloji problemlərlə mübarizədə son illər atılan addımların təqdirəlayiq olduğunu əminliklə demək olar.
Bütün görülən yaxşı işləri, həyata keçirilən önəmli tədbirləri qabartmaqla yanaşı, həm də etiraf etmək lazımdır ki, ölkəmizdə atmosfer havasının mühafizəsi ilə bağlı görüləsi işlər də az deyil. Atmosfer havası ilə bağlı vəziyyətin ideal olduğunu iddia etmək özünü aldatmaq olardı. Xüsusilə Bakı, Abşeron yarımadası və Sumqayıtın ekoloji durumunun ürəkaçan olmadığı bəllidir. Bunun da əsas səbəbi həmin zonaların iri sənaye mərkəzi olması, ölkə üzrə sənaye müəssisələrinin 60 faizdən çoxunun Abşeron yarımadasında yerləşməsi ilə bağlıdır. Yarımsəhra iqliminə malik Bakı şəhərində yaşıllıq da kifayət qədər deyil. Üstəlik, artıq meqapolisə çevrilən Bakıda nəqliyyat vasitələrinin sayı durmadan artır. Hazırda bütün ölkə üzrə havanın çirklənməsinin 70 faizi avtonəqliyyat vasitələrinin payına düşür. Son statistikaya görə, təkcə Bakıda 550 mindən artıq avtomobil qeydiyyatdadır. Bu baxımdan ölkəmizdə atmosfer havasının daha da təmiz olması üçün hər birimizin üzərinə böyük yük düşür.
Atmosferin qorunması üçün təkcə hansısa bir ölkə yox, bütün bəşəriyyət qolunu çırmayıb iş görməlidir. Atmosferin çirklənməsinin qarşısını almaqdan ötrü yaşıllıqlar artırılmalı, təbii meşə zolaqları qorunmalı, sənaye müəssisələrindən atmosferə buraxılan zərərli qazların miqdarına nəzarət olunmalı, onlar təmizlənməli, bunlara qarşı müvafiq tədbirlər görülməli, ekoloji cəhətdən təmiz və bərpa oluna bilən alternativ enerji mənbələrindən istifadə genişlənməli, üzvi yanacaqla (benzin, dizel) işləyən avtomobillərdən hidrogenlə və elektrik enerjisilə işləyən nəqliyyat vasitələrinə mümkün qədər tez keçid edilməlidir. Müdrik babalarımız "ziyanın yarısından qayıtmaq da xeyirlidir"-deyiblər. Yer kürəsi hamımızın evidir. Bu evin gözəgörünməyən damını xatırladan atmosferi-göy üzünü qorumaq da hamımızın işidir. Əks təqdirdə, o damı-göy üzünü nəzərə almadan aşağıdan yuxarı tolazladığımız, atdığımız, tulladığımız hər şey xəstəlik, təbii fəlakət, bəla kimi özümüzə qayıdacaq.

Ətraf mühitin monitorinqi
Ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinq fəaliyyəti davam etdirilib, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumatlar bazasının yaradılması həyata keçirilib, operativ və rejim məlumatları hazırlanaraq yayımlanması təmin edilib.
Respublikamızın əsas su arteriyaları olan Kür və Araz çaylarının qonşu dövlətlərin ərazilərindən keçməklə daha çox çirklənməyə məruz qaldıqlarını nəzərə alaraq, bu çaylarda və onların transsərhəd qollarında monitorinqlərin müasir tələblər səviyyəsində aparılması məqsədilə Qazax və Beyləqan rayonlarında müasir cihaz və avadanlıqlarla təchiz olunmuş analitik tədqiqat laboratoriyaları yaradılıb. Su hövzələrində bioloji resursların artırılması istiqamətində görülən işlər də diqqətəlayiqdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu Xəzərin Azərbaycana məxsus sahəsində su bioresurslarının say tərkibini, ehtiyatını, yem bazasını, qiymətli vətəgə əhəmiyyətli balıqların miqrasiyasını və təbii mühitini öyrənmək məqsədilə elmi tədqiqatlar aparıb.

Ətraf mühitə dair qanunvericilik təkmilləşdirilib
Ətraf mühitə dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra yeni qanunlar qəbul edilib, mövcud qanunlara əlavə və dəyişikliklər edilib.
Qanunvericiliyin təkmilləşdirilməsi əsasən atmosfer havası, su ehtiyatları, məişət və istehsalat tullantıları, su bioresursları, biomüxtəlifliyin qorunması sahələrini əhatə edib.
Ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində müəyyən olunmuş düzgün siyasət indiyə qədər respublikamıza yalnız uğur gətirir. Bu baxımdan qeyd edilməlidir ki, ətraf mühit sahəsində həyata keçirilən tədbirlər də ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş və davamlı inkişaf prinsiplərinə əsaslanan dövlət proqramları və tədbirlər planları vasitəsilə həyata keçirilir. Ümumilikdə, ölkəmiz üzrə sosial-iqtisadi siyasətin düzgün və uğurla həyata keçirilməsi nəticəsində onun tərkib hissəsi olan ekoloji siyasətin reallaşdırılması ilə əlaqədar ekoloji durumun sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə bundan sonra da nail olunacaq.

Günel CƏLİLOVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - FOTO

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ