Şəki, Ağdaş, Masallı, Sabirabad, Oğuz, Göyçay rayonlarında valideynlərdən uşaqlara gen vasitəsilə keçən ağır irsi qan xəstəliyi olan talassemiyaya daha çox rast gəlinir.
APA-nın xəbərinə görə, bu məlumat bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Sənəddə qeyd edilib ki, Azərbaycan da talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır, hər il respublikada 200-dən artıq uşaq bu xəstəliklə doğulur.
Qeyd edək ki Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 250 milyondan artıq talassemiya daşıyıcısı və təxminən 300 min talassemiyalı xəstə var.