Azərbaycan Təhsil Nazirliyi ali məktəblərin məzunlarına diplomların verilməsi prosedurunu elektron formaya keçirəcək. Trend xəbər verir ki, bunu nazirliyin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov bildirib.
Onun sözlərinə görə, bu, diplomların verilməsini yubanma olmadan həyata keçirməyə imkan verəcək: "Hazırda "Elektron hökumət" portalında 2012-2013-cü illərin məzunlarına diplomların verilməsi haqqında məlumat yerləşdirilib. Məlumat həm bakalavriat, həm magistratura, həm də ölkənin orta məktəblərinin məzunlarını əhatə edir. Məlumat bazasına təxminən 32 min bakalavr, 3 min magistr və 15 min orta məktəb məzunu haqqında məlumat yerləşdirilib".
İ.Sadıqov bildirib ki, 2014-cü il məzunları haqqında məlumat bazasının hazırlanması üzrə işlər tamamlanma mərhələsindədir.