Cümə günü, 02 oktyabr 2026
     

Əhalinin az qala 70-80 faizini əhatə edən xəstəlik...

Image


Tibb Universitetinin professoru maraqlı tövsiyələrini də verdi

Hazırda damar və venaların xroniki xəstəlikləri dünyada ən çox yayılmış xəstəliklər sırasındadır. Bunlar arasında daha çox varikozun adı çəkilir. Bu xəstəliklərin yaranma səbəbi, profilaktikası, müayinə və müalicəsi haqqında Azərbaycan Tibb Universitetinin (ATU) professoru, tibb elmləri doktoru, Dünya və Avropa Damar Cərrahları Assosiasiyasının üzvü Məhəmməd Kərimov maraqlı fikirlərini bölüşüb.
- Varikoz xəstəliyi doğrudanmı dünyada çox yayılıb? Bu xəstəliyin ən çox hansı növünə rast gəlinir və səbəbi nədir?
- Dünya üzrə statistikaya görə, hazırda əhalinin 40-50 faizi varikozdan əziyyət çəkir. Aşağı ətrafların (ayaqların) venalarının, yəni dərialtı səthinin venalarının varikoz genişlənməsi daha çox yayılıb. Varikozun başlanğıc formasını (kiçik damarların genişlənməsini) də bura əlavə etsək, demək olar ki, varikoz xəstəliyi az qala əhalinin 70-80 faizini əhatə edir. Azərbaycanda varikozu artıq "xalq xəstəliyi" adlandırırlar.
Beynəlxalq araşdırmaların nəticələrinə görə, varikoz xəstəliklərinə qadınlar arasında daha çox rast gəlinir. Statistikaya fikir versək, qadınlar arasında varikoza 35-50 faiz, kişilər arasında 25-35 faiz civarında rast gəlinir. Səbəbi odur ki, qadınlar varikoza meylli olur. Qadın hamiləlik keçirərsə, bu, aşağı venozlara əlavə ağırlıq verir və varikozun yaranma ehtimalı daha da artır. Qadın bir dəfə hamilə olarsa 40 faiz, üç dəfə hamiləlik keçirərsə, varikozun yaranma ehtimalı 360 faiz olur.
Varikozun yaranmasında üçüncü önəmli amil - birləşdirici toxuma sisteminin anadangəlmə zəifliyi sindromudur. İnsan orqanizmində iki skelet var: sümük skeleti və ona birləşik toxumadan ibarət olan skelet. İkinci skeletimiz bizim həyatımız üçün çox önəmli rol oynayır. Və bu toxuma bütün orqanlarda var, xüsusilə damarların divarında. Bu sistemdə anadangəlmə zəiflik varsa, varikozun yaranma ehtimalı daha çox olur. Anadangəlmə varikozu olan qadınların anası, xalası və yaxud digər qohumunda bu xəstəlik olur. Yəni bu, həm də irsi xəstəlikdir.
- Belə çıxır, varikoz əsasən anadangəlmə faktorlarla əlaqəlidir?
-Yox, digər amillər həyatda rast gəlinən faktorlardır. Məsələn, oturaq həyat, saatlarla ayaqüstə durmaq, ağır fiziki işlə məşğul olmaq, yük qaldırmaq və s. davranışlar da varikozun əmələ gəlməsində böyük rol oynayır. Bunlardan başqa, piylənmə, ağır çəki, xroniki kolitlər, qəbzlik də varikoz yaradan əsas faktorlardandır.
Varikoz xəstəliyinin daha çox C2 və C3 variantlarına rast gəlinir. Yəni əsasən diametri 3 mm-dən böyük olan damarların genişlənməsi ilə bizə daha çox müraciətlər olunur. Varikoz xroniki gedişə malik xəstəlikdir, uzun illər davam edir. Əsasən yay aylarında qadınlarda ağrılar artır, soyuq aylarda isə azalır.
Varikozun daha çox rast gəlinən fəsadları arasında bunları saymaq olar: trombozlar, kəskin tromboz, tromboflebit . qanaxmalar, trofiki dəyişikliklərin və trofiki qanaxmaların baş verməsi. Bizə müraciət edən xəstələrin əksəriyyətində varikozun bu və ya digər fəsadı müşahidə olunur. Trafkiyaları olan xəstələrdə yaralar uzun illərlə sağalmır. Və onların sağalması, demək olar, qeyri-mümkün olur.
- Varikozun müalicəsində hansı yeniliklər tətbiq edilir?
- Son 15 ili varikozun müalicəsində inqilabi bir dövr adlandırmaq olar. Əvvəllər varikoz adi metodlarla müalicə olunurdu, bu da çoxsaylı kəsiklərlə müşayiət olunurdu, əməliyyatlardan sonra xəstənin ayağında izlər qalırdı.
Lakin indiki dövr lazerlə müalicə (EVLA - Endovenoz Lazer Ablasiyası) dövrüdür. Yəni damar daxilinə bu və digər kimyəvi vasitəni daxil etməklə, damarları çıxarmadan müəyyən müddət ərzində varikozun aradan götürülməsinə nail oluruq. EVLA prosedurası varikoz xəstəliyinin ən son müalicə metodu olub, damar divarına daxildən lazer enerjisi ilə təsir etməklə onun bağlanmasına əsaslanır.
Lazer müalicəsinin üstünlükləri kəsiksiz, ağrısız, qansız, yerli anesteziya ("keyitmə") ilə icra olunmasıdır. Digər tərəfdən, proseduradan dərhal sonra pasient ayağa duraraq sərbəst gəzir.
Endovenoz lazer koaqulyasiyası və yaxud varikozun lazer müalicəsi son vaxtlar çox köklü dəyişikliklərə məruz qalıb. Son illər ərzində yeni növ lazer - suya təsir edən lazer və yeni lazer ötürücüsü - radial ötürücü kəşf edilib. Yeni növ lazer şüalarının təsirindən damar divarının kollagen lifləri zədələnir və onun bütün qatları bir növ əriyərək çapıq toxuması ilə əvəz olunur. Bu, ilk nəsil lazerlərdən - hemoqlobin lazerindən əsaslı şəkildə fərqlənir, damar daxilində tromb yaratmır. Bu səbəbdən prosedurada tromboembolik fəsadların yaranma ehtimali sıfıra bərabərdir, yəni demək olar ki, tam təhlükəsizdir. Beləliklə, bu müalicədən sonra biz içərisi trombla dolmuş vena yox, çapıqlaşmış vena görürük.
- Hazırda Azərbaycanda belə əməliyyatlar icra olunurmu?
- Fəxrlə qeyd etmək istərdim ki, yeni innovasion texnologiyanın həyatda özünə çox çətinliklə yol açmasına baxmayaraq, biz buna maksimum qısa müddətdə - 3 ay ərzində nail olduq. Artıq Azərbaycanda "üçüncü nəsil" adlandırılan son lazerlə uğurlu əməliyyatlar aparmışıq.
Təəssüf ki, hələlik Azərbaycanda aparılan əməliyyatların yalnız 1 faizi lazerlədir, yerdə qalan hallarda klassik - flebektomiya üsulundan istifadə olunur. Halbuki, dünyada göstəricilər tam əksinədir. Təəssüf ki, bu, həkimlərimizin yeni texnologiyaları öyrənməyə az meyl göstərməsi ilə əlaqədardır.
-Endovenoz üsulla aparılan əməliyyatlardan sonra xəstədə yenidən varikoz əmələ gəlmə ehtimalı varmı?
-Klassik üsulla aparılmış əməliyyatdan sonra bu risq 15-20%-dir, lazer müalicəsindən sonra isə 1-2 %-dir. Bu da bir daha lazer müalicəsinin üstünlüyünü vurğulayır. Biz xəstələri 1 il müşahidə edirik, kiminsə çətinlik yaşadığını görməməişik.
Qeyd edim ki, varikoz xəstəliyin müasir müalicə metodları arasında Radiodalğalı ablasiya (RDA) adını çəkmək olar. Bu üsul radiodalğalar vasitəsilə genişlənmiş damara təsir etməklə onun yığılmasına və sorulub itməsinə əsaslanır. Digər üsul - miniflebektomiya - dəridə kəsik aparmadan, kiçik dəliklərdən xüsusi alətlər vasitəsi ilə varikoz venaların çıxarılmasıdır. Mikrodəliklər steril striplər (steril plastrlar) vasitəsilə örtülür. Qısa müddətdən sonra dəliklər iz buraxmadan tamimilə sağalır.
Skleroterapiya - damar daxilinə xüsusi preparatın (sklerozantın) yeridilməsi ilə onun sorularaq aradan qaldırılmasıdır. Bu metod daha çox dəridaxili retikulyar venaların və damar ulduzcuqlarının (teleangioektaziyaların ) müalicəsində istifadə olunur.
-Məhəmməd müəllim, ayaqlarında varikoz damarları olan insanlara nə tövsiyə etmək olar?
-Dərhal fleboloq və ya damar cərrahına müraciət etmək lazımdır. Gündəlik həyatda isə uzun müddət ayaqüstə və ya oturaq vəziyyətdən imtina etmək, hündür dabanlı ayaqqabı geyməmək lazımdır. Fleboloqlar 5 sm-dən hündür dabanlı ayaqqabı geyməyi məsləhət görmür.
Həmçinin, hansısa isidici prosedurlardan (müxtəlif növ fizioterapiyalar) uzaq olmaq, isti vanna və saunadan istifadə etməmək məsləhətdir. Kompression corablardan istifadə etmək, uzanarkən ayaqların altına yastıq qoyaraq qaldırmaq, müalicə tədbirlərinə mümkün qədər tez başlamaq gərəkdir. Hamilə qalmaq istəyən xanımların bu tip problemi varsa, mütləq fleboloqa müraciət etməli, fleboloqun məsləhətlərindən sonra hamilə qalmalıdırlar.
 





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - FOTO

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ