Azərbaycanda son illərdə ailələrdə 4 və 5-ci uşaqların dünyaya gəlməsi halları yenidən artmağa başlayıb.
Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, 1995-ci ildə Azərbaycanda doğum ardıcılllığına görə 9817 uşaq ailədə 4-cü, 5294 uşaq 5-ci və çox uşaq dünyaya gəlib. Lakin sonrakı illərdə bu göstəricilər azalmağa başlayıb. Nəticədə 2010-cu ildə doğum ardıcıllığına görə ölkədə 4-cü uşaq kimi dünyaya gələnlərin sayı azalaraq hətta 3018-ə, 5-ci və cox uşaq kimi dünyaya gələnlərin sayı 702-ə enib. Lakin 2011-ci ildə ölkədə 5 və daha çox uşaqlı ailələrin sayında artım olmasa da, həmin ildən 4 uşaqlı ailələrin sayı artmağa başlayıb. 2012-ci ildən isə doğum ardıcıllığı üzrə 5-ci və çox uşaq kimi dünyaya gələnlərin sayında da artımlar müşahidə edilir.
2011-ci ildə Azərbaycanda doğum ardıcıllığına görə 3130 uşaq 4-cü, 643 uşaq 5-ci və çox uşaq kimi, 2012-ci ildə 3625 4-cü, 752 uşaq 5-ci və çox uşaq, 2013-cü ildə 3827 uşaq 4-cü, 846 uşaq beşinci və çox uşaq kimi dünyaya gəlib.
Ümumilikdə, ölkədə həm şəhər, həm də kənd yerlərində 4, 5 və daha çox uşaqlı ailələrin sayı artsa da, bu artım daha çox kənd yerlərində müşahidə edilir.